Məhkəmə qərarları › İş №2(011)-650/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-650/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-650/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi İlham Rüstəmovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 üçün 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin gecikdirilməsinə görə 3.757,42 manat məbləğində dəbbə pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş 21 noyabr 2022-ci il tarixdə 2(011)- 7588/2022 sayda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur və məhkəmənin 22 noyabr 2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Aygün Həsənovanın icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli 2(011)-581/2015 saylı icra vərəqəsinə əsasən 30 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 sentyabr 2014-cü il tarixdən başlayaraq Cavabdeh oğlndan hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 13 may 2019-cu il tarixli, 2(011)-4870/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli 2(011)-581/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 30 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməlidir. Qətnamə 19 iyun 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh alimenti ödəməkdən imtina edir. Alimentin ödənilməməsinə görə 24 iyun 2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarı ilə cavabdehin adına olan mənzilə həbs qoyulmuşdur. 05 iyul 2019-cu il tarixdə məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq bir il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra da o, alimenti ödəməmişdir. 26 oktyabr 2022-ci il tarixdə alimenti ödəmədiyinə görə Xətai Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış borc üzrə dəbbə məbləği 3.757,42 manatdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 üçün 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin gecikdirilməsinə görə 7.544,12 manat məbləğində dəbbə pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş 21 noyabr 2022-ci il tarixdə 2(011)-7587/2022 sayda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur və məhkəmənin 22 noyabr 2022-ci il tarixli qərardadı ilə hakim Şəhriyar Əliyevin icraatına götürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3506/2010 saylı, 05 sentyabr 2010-cu il tarixli icra sənədi üzrə 08 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2010-cu ildən başlayaraq cavabdehin hər aylıq qazancının ¼ hissəsi qismində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh aliment ödəməkdən imtina edir. 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış dəbbə məbləği 7.544,12 manatdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(011)-650/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddiasına dair 2(011)-650/2023 saylı mülki işlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddiasına dair 2(011)-649/2023 saylı mülki işin birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi İlham Rüstəmov iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xətai rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İlham Rüstəmov iddiaçının atasıdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3506/2010 saylı, 05 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə 07 sentyabr 2010-cu il tarixdən hesablanaraq 08 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədinə əsasən 26 sentyabr 2014-cü il tarixdən hesablanaraq 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı, 13 may 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 saylı, 11 fevral 2015-ci il tarixli icra sənədi üzrə alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, yəni 19 iyun 2019-cu il tarixdən hesablanaraq 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında mövcud olan sənədlərə əsasən Cavabdeh 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində aliment borcu 12.431 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3506/2010 saylı, 05 sentyabr 2010-cu il tarixli icra sənədi üzrə 2010-cu il oktyabr ayından 2022-ci ilin noyabr ayınadək olan 24.835,72 manat aliment borcuna görə gecikdirilmiş məbləğ üzrə hər gün üçün 0.01 faiz hesablanmaqla dəbbə pulunun 6.524,85 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 3(011)-1399/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 108.2-ci maddəsinə görə, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hazırkı iş üzrə iddianın təmin edilib-edilməməsi məsələsinə qiymət verərkən əsas olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə istinadən cavabdehin hərəkətlərində təqsirin olub-olmamasını müəyyən etməyi zəruri hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment öhdəliklərini lazımi qaydada icra etməmiş və bununla bağlı onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində borclu ilə bağlı könüllü və məcburi icra hərəkətlərinin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3(103)-235/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarını ləğv edərək qeyd etmişdir ki, cavabdehin məcburi icra hərəkətləri çərçivəsində əmlakının müəyyən edilib üzərinə həbs qoyularaq zəruri halda satılması ilə bağlı tədbirlər həyata keçirilmədən birbaşa inzibati qaydada həbslə bağlı məhkəməyə müraciət edilməsi düzgün olmamışdır. İş materiallarında olan sənədlərdən, həmçinin də məhkəmə araşdırması zamanı izahatı dinlənmiş icra məmurunun qeyd etdiklərindən və icra işinin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 8(062)-291/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 62 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. 30 yanvar 2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-nə müraciət edilmiş, əmlak 100.000 manat dəyərində qiymətləndirilmişdir. 06 iyul 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən “X4” MMC-yə sözügedən mənzilin satılmasına dair sifariş göndərilsə də, hərracın baş tutmaması səbəbindən “İcra haqqında” AR Qanununun 53.3-cü maddəsinə əsasən sənədlər toplusu 03 noyabr 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsinə qaytarılmışdır. Bu səbəbdən də borcun ödənilməsi baş tutmamışdır. Eyni zamanda, cavabdehin aliment tutulandan bu günkü dövrədək mütəmadi olaraq aliment ödənişləri etdiyi araşdırma zamanı müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin verdiyi izahatdan görünür ki, saxlanılması üçün aliment tələb olunan 08 iyul 2009-cu il təvəllüdlü Nuray adlı uşaq avqust ayından etibarən onun yanında qalır. 2023-cü ilin aprel ayında Xətai Rayon Məhkəməsinin icraatında olmuş inzibati xəta ilə bağlı işə baxılarkən cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan maddənin tərkibi olmadığından həmin işin icraatına xitam verilmişdir. Beləliklə, yuxarıda istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin hərəkətlərində təqsirin olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də iddia təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza rəylərinin keçirilməsinə dair bildirişlərdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 195 manat müəyyən edilmişdir. Odur ki, cavabdehdən 195 manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar