Məhkəmə qərarları › İş №2(011)-6503/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6503/2020

04.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6503/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin borclu Məmmədova Borclu qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC borclu Məmmədova Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1993-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 624 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 644 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, kreditorun tələbi aşkar olmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən, tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə; tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.5-ci maddəsinə əsasən, məhkəmə əmrinin çıxarılması barədə verilmiş ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından məhkəmə imtina edir. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırkı iş üzrə kreditor ərizədə borclu ilə aralarında nisyə alğı-satqı müqaviləsi ilə tənzimlənən münasibətlərinin olmasını göstərsə də, iş materiallarına borc müqaviləsini əlavə etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.2.1 və 279.2.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə belə hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Kreditor MMC-nin Borclu qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar