Məhkəmə qərarları › İş №2(011)-6545/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6545/2022

07.10.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6545/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor Borclu qarşı “məhkəmə əmri çıxarılması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə doğulmuş Borclu 2670 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2770 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə, baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələb Borclu 2670 manat əsas borcun alınaraq Kreditor MMC-yə ödənilməsi barədədir, mübahisə məişət avadanlıqlarının alqı-satqısı barədədir, müqavilə borc müqaviləsidir, iş materiallarına 01 iyun 2021-ci il və 27 iyun 2021-ci il tarixli borc müqavilələri və arayış əlavə edilmişdir. 01 iyun 2021-ci il tarixli Borc müqaviləsinin qalıq məbləğinin 18 ay müddətində, 27 iyun 2021-ci il tarixli borcu müqaviləsinin 12 ay müddətində ödənilməsi və hər iki müqavilə üzrə tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirilənədək qüvvədə olması barədə tərəflər arasında mövcud müqavilə şərtləri, tələbin aşkar və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin xx.xx.1982-ci ildə doğulmuş Borclu 2670 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2770 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar