Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6547/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 07 fevral 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 184 nömrəli akt qeydi əsasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra cavabdeh İddiaçı ilə birgə nikahdan doğulmuş övladları 29 iyun 2007-ci il təvəllüdlü X3, 06 sentyabr 2010-cu il təvəllüdlü X4 və 08 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ananın himayəsində qalmaları, İddiaçı ilə birgə nikahdan doğulmuş övladları 29 iyun 2007-ci il təvəllüdlü X3, 06 sentyabr 2010-cu il təvəllüdlü X4 və 08 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulub anaya ödənilməsi, iddia ərizəsi tərtib edilərkən dövlət rüsumu olaraq "xxxx" ASC-yə ödədiyi 50 manat nağd pulun, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiyaya dair xərcin Bakı 16 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat nağd pulun İddiaçı alınıb X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 07 fevral 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 184 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 29 iyun 2007-ci il təvəllüdlü X7 atası - İddiaçı, 06 sentyabr 2010-cu il təvəllüdlü X8 və 08 fevral 2016-cı il təvəllüdlü X2 anaları - Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, 06 sentyabr 2010-cu il təvəllüdlü X4 və 08 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün İddiaçı 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Ümumiyyətlə, nikah pozulmamışdan qabaq uşaqlar vaxtlarının çox hissəsini atası ilə keçirir, bütün xərclərini atası ödəyir. Lakin buna baxmayaraq cavabdeh yenə də rəsmi qaydada iddiaçıdan aliment tələb etmiş və bu barədə qanuni tədbirlər görülmüşdür. Baxmayaraq ki, iddiaçı qeyri-rəsmi şəkildə uşaqların bütün xərclərini ödəmiş, cavabdeh bunları nəzərə almamış, yenə də icra qaydasında həmin məbləğləri iddiaçıdan tələb etməkdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 29 iyun 2007-ci il təvəllüdlü X3 atası - İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Yəni qanuni və rəsmi olaraq 08 aprel 2024-cü il tarixdən aliment almaq hüququ yaranmışdır. Habelə bununla bağlı aralarında danışıqlar getsə də, iddiaçının himayəsində qalan uşağa görə aliment tələb etsə də, o söz vermişdir ki, məsələni öz aralarında həll edəcəklər. Lakin görünən odur ki, cavabdeh heç bir formada mübahisəni könüllü şəkildə həll etmək istəmir. Buna görə məcbur qalaraq məhkəməyə müraciət edilmişdir. Bununla əlaqədar 30 may 2024-cü il tarixdə rəsmi qaydada mediasiya təklifi göndərilmiş və sonra mediasiya təşkilatına müraciət edilərək, 02 iyul 2024-cü il tarixdə Mediasiya arayışı alınmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 29 iyun 2007-ci il təvəllüdlü X1 üçün hər ay üçün 235 manat alimentin cavabdehdən tutulması və mediasiya üçün ödənilmiş 57,75 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, iddiaçı fəhlə işləyir, daimi iş yeri yoxdur. İddiaçı uşaqların saxlanması üçün bacardığı qədər ödəniş edir, lakin cavabdehə uşaqların saxlanması üçün aliment tələb etdiyindən, hazırda iddiaçının ödənilməmiş aliment borcu yığılmışdır. İddiaçı ona görə himayəsində olan uşağın saxlanması üçün aliment tələb edir ki, iddiaçı da öz tələbini geri götürsün. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 fevral 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 184 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29 iyun 2007-ci il təvəllüdlü X3 atası – cavabdeh İddiaçı, 06 sentyabr 2010-cu il təvəllüdlü X8 və 08 fevral 2016-cı il təvəllüdlü X2 anaları – iddiaçı Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, 06 sentyabr 2010-cu il təvəllüdlü X4 və 08 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından üç övladları doğulmuş, onların birgə nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1177/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, 29 iyun 2007-ci il təvəllüdlü X3 atası –İddiaçı, 06 sentyabr 2010-cu il təvəllüdlü X8 və 08 fevral 2016-cı il təvəllüdlü X2 anaları – Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, 06 sentyabr 2010-cu il təvəllüdlü X4 və 08 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı himayəsində olan 29 iyun 2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən 235 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin himayəsində iki azyaşlı övladının olmasını, eləcə də iddiaçının cavabdehdən aliment tələb etməsinin uşağın saxlanması üçün deyil, cavabdehin aliment tələbindən imtina etməsinə təsir etmək məqsədi ilə olduğunu, eyni zamanda cavabdehin ona aliment ödəmək üçün kifayət qədər qazancının olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən : İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6547/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6547/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver