Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6552/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdeh X5 hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat pulun sabit pul məbləği şəklində alimentin tutulub İddiaçı aliment kimi ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X8 ilə 2016-cı ildə el adəti ilə evlənməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahları isə nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 01-də 62 №-si ilə qeyd edilmiş və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-3775/2022 №-li qətnaməsi ilə həmin nikah pozulmuş və 10 may 2018-ci il təvəllüdlü övladımız X9 tərbiyəsi və saxlanılması üçün iddiaçının yanında qalması qət edilmişdir. İddiaçı övladı ilə birlikdə yaşayır. X3 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün maddi cəhətdən köməyə ehtiyacı var. Nikah pozularkən İddiaçı aliment istəməmişdi. Lakin indi isə cavabdehdən aliment tələb edirə və bu uşağın mənafeyi naminədir. Cavabdehin bir uşağa görə hər ay 193 manat aliment ödəməyə imkanı olar. Amma bununla əlaqədar cavabdehlə İddiaçı aramda alimentin ödənilməsi barədə heç bir saziş yoxdur və belə bir saziş də bağlanmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı 117507 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Qasımova (Heydərova) Türkanə Soltan qızı ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 01 aprel 2016-cı il tarixli 62 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması,10 may 2018-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün atası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 561 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7225/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X15 ilə Əliyeva (Heydərova) Türkanə Soltan qızı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahın bağlanması barədə 07 sentyabr 2012-ci il trixdə 1377 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan 23 iyun 2013-cü il tarixdə anadan olmuş X17 anası Əliyeva (Heydərova) Türkanə Soltan qızının yanında saxlanılmış, tərəflərin birgə nikahından 23 iyun 2013-cü il tarixdə anadan olmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün X10 17 oktyabr 2014-cü il tarixdən başlayaraq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və uşaq üç yaşına çatanadək ana üçün 50 manat tutularaq Əliyeva (Heydərova) Türkanə Soltan qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 138 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X15 Bakı şəhəri, Xətai rayonu 138 nömrəli tam orta məktəbin 3b inklüziv sinfində oxuyur. İş materiallarında olan ambulator kitabçadan görünür ki, X16 yüngül qəli gerilik və nitq inkişafının spesifik pozuntusu müşahidə olnurur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X8 01 aprel 2016-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 10 may 2018-ci il təvəllüdlü X12 anadan olmuşdur. Tərəflərin nikahı xx.xx.2022-ci il tarixdə pozulmuşdur və 10 may 2018-ci il təvəllüdlü X4 Natiq Sucayətoviçin yanında qalmışdır. Eyni zamanda X6 əvvəlki nikahından anadan olmuş 23 iyun 2013-cü il təvəllüdlü X17 onun himayəsindədir. 23 iyun 2013-cü il təvəllüdlü X17 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun daim qulluq və müalicə tələb edən davranış pozuntusu olduğundan X6 hər hansı əmək fəaliyyəti ilə məşğul olması mümkün deyil, yeganə qazancı X2 üçün təyin edilmiş alimentdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olsa da, faktiki şəraitdə X6 himayəsində daim qulluğa və müalicəyə ehtiyacı olan azyaşlı uşağın olduğunu, eyni zamanda X6 əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini nəzərə alaraq İddiaçı cavabdeh X7 qarşı xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdeh X5 hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat pulun sabit pul məbləği şəklində alimentin tutulub İddiaçı aliment kimi ödənilməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsasssız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X7 qarşı xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdeh X5 hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat pulun sabit pul məbləği şəklində alimentin tutulub İddiaçı aliment kimi ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6552/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6552/2022
30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver