Məhkəmə qərarları › İş №2(011)-6732/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6732/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6732/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2013-cü il tarixli İP1-1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi R.H.Tağızadə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh bankın hüquqi ünvanının ünvan 1rtalanması Fondunun hüquqi ünvanının isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 olduğundan mülki işin ərazi aidiyyatı üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili M.İ.Dəmirov məhkəmə iclasında izahat verərək iddia ərizəsinin aiddiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən cavabdehlərin poçt ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, ünvan 3ehlərdən biri olan Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu , Bül-bül prospekti 40, digəri LPO Cavabdeh1 ASC-nin hüquqi ünvanı isə ünvan 5dir ki, hazırkı mülki iş, ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar