Məhkəmə qərarları › İş №2(011)-6739/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6739/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6739/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2, onun vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ipoteka və kredit müqaviləsinin etibarsız hesab edilməsi, hüquqi nəticələrin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilə dair mülkiyyət hüququnun tanınması və sair” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə "xxxx" ASC arasında 21 iyun 2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və 21 iyun 2018-ci il tarixli 2119 SBFAK saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, bununla bağlı bütün hüquqi nəticələrin və “Kia Cerato” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş AD N:269045 saylı 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi G4FGDH670911, ban nömrəsi KNAFX4116E521458, 2014-cü il buraxılışlı avtomobilə iddiaçının mülkiyyət hüququnun tanınması və həmin avtomobillə bağlı iddiaçıya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 18 sentyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi və 2080 SBFAK saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka predmeti “Kia Cerato” markalı avtomobildir. Müqavilənin predmeti tərəflərin qarşılıqlı razılığı ilə 12.800 ABŞ dolları, 20.100 manat məbləğində qiymətləndirilir. İddiaçı tərəfindən "xxxx" ASC-yə 5.700 ABŞ dolları ödənilmişdir. Məhkəmə qərarlarına əsasən iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X8 Stasionarında məcburi müalicəyə göndərilmişdir. Onun müalicəsi hələ də davam edir. İddiaçının müalicədə olduğu müddətdə onun xəstəliyindən istifadə edərək "xxxx" ASC-nin iddiaçı ilə bağladığı 18 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi və 2080 SBFAK saylı kredit müqaviləsinin qüvvədə olmasına baxmayaraq, həmin müqavilələr ləğv edilmədən, iddiaçıya məlumat vermədən “Kia Cerato” minik markalı avtomobillə bağlı cavabdehlə "xxxx" ASC arasında 21 iyun 2018-ci il tarixdə ipoteka müqaviləsi və 2119 SBFAK saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti tərəflərin qarşılıqlı razılığı ilə 7.100 ABŞ dolları, 18.400 manat məbləğində qiymətləndirilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini və xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X6, onun vəkili X4 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, “Kia Cerato” minik markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, “Kia Cerato” minik markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh satılmışdır. 21 iyun 2018-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, müqavilənin predmeti “Kia Cerato” minik markalı avtomobil olmuşdur. Eyni tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Kia Cerato” minik markalı avtomobilin alınması məqsədilə "xxxx" ASC-dən kredit götürmüşdür. 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Cerato” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə İddiaçı onun müalicədə olduğu müddətdə Cavabdeh onun xəstəliyindən istifadə edərək müqavilə bağlamasına istinad etmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 1(101)-99/2016 saylı qərarı ilə İddiaçı barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 7(008)-278/2018 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının X8 Stasionarında məcburi müalicəsinin dəyişdirilməsi, onun məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X5 Şəxsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 09 fevral 2017-25 may 2018-ci il tarixdə xəstəxanada məcburi müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, məhkəməyə təqdim olunmuş sənədlər əsasında İddiaçı xəstə olması və uzunmüddətli müalicələr alması sübut olunmuşdur. Lakin iddiaçının öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu hal məhkəmə iclasında da aşkarlanmamışdır. Məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə sorğu göndərilmiş, cavab olaraq 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Müqavilədəki imzanın ona məxsus olması İddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatda etiraf edilmişdir. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən mübahisəli avtomobil İddiaçı alınıb Cavabdeh adına keçirilmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı iddiasının haqlı olduğunu sübut edən halları göstərə və ya məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qərarları ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçı tərəfin müqavilə bağlanarkən xəstə olması və öz hərəkətlərinin mənasını bilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, tərəflərin izahatlarından məlum olur ki, İddiaçı müqavilə bağlanarkən və bundan sonra da daim öz hərəkətlərinin mənasını dərk etmiş və öz iradəsinə uyğun əqd bağlamışdır. Müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş, həmin müqavilədə hər hansı şərtlər müəyyən edilməmişdir. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin ərizəsini araşdıraraq onun iddianı etiraf etməsi barədə ərizəsini qəbul etmir. Belə ki, hazırkı iş üzrə iddia tələbi üçüncü şəxsin hüquqlarına toxunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(011)-858/2021 saylı qətnaməsi ilə Cavabdeh və X2 “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə bərabər olmaqla ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - cavabdehlə "xxxx" ASC arasında 21 iyun 2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və 21 iyun 2018-ci il tarixli 2119 SBFAK saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, bununla bağlı bütün hüquqi nəticələrin və “Kia Cerato” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş AD N:269045 saylı 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi G4FGDH670911, ban nömrəsi KNAFX4116E521458, 2014-cü il buraxılışlı avtomobilə iddiaçının mülkiyyət hüququnun tanınması və həmin avtomobillə bağlı iddiaçıya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar