Məhkəmə qərarları › İş №2(011)-674/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-674/2022

07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-674/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı - 16.05.2019-cu ildə Bakı şəhərində anadan olmuş X8 atasının xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş Cavabdeh olması faktının müəyyən edilməsi və 24.05.2017-ci il təvəllüdlü X4 üçün 175 manat, 16.05.2019-cu il təvəllüdlü X1 üçün 175 manat yetkinlik yaşına çatana qədər və 16.05.2019-cu il X8 3 yaşına çatana qədər saxlanılması üçün 100 manat, cəmi 450 manat sabit pul məbləği şəklində hər ay Cavabdeh tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh qohum vasitəsilə tanış olmuşdur. Tanışlıqdan bir müddət sonra 01.06.2016-cı ildə qohumlarının iştirakı ilə Samirin evinə gəlin köçmüşdür. Kəbinləri olsa da cavabdeh nikahlarını rəsmiləşdirməyə söz vermiş, lakin sonradan verdiyi sözə əməl etməmişdir. Aralarında olan nikahı rəsmiləşdirməkdən boyun qaçırmışdır. Birgə yaşadıqları dövrdə 24.05.2017-ci il tarixdə X17, 16.05.2019-cu ildə X13 anadan olmuşdur. 2021-ci ilin aprel ayında onu 2 uşqla yaşadıqları evdə qoyub getmişdir. Himayəsində 2 azyaşlı uşağı olduğu üçün işləyə bilmir. X15 atalıq verilmişdir. X13 üçün atalıq verilməmiş, bunun üçün Asan Xidmət mərkəzinə müraciət etmişdir. Cavabdeh atalıq verəcəyinə söz versə də, verdiyi sözə əməl etməmişdir. Ona görə də, hesab edir ki, uşağın atalığı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən 16.05.2019-cu ildə Bakı şəhərində anadan olmuş X8 atasının xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş Cavabdeh olması faktının müəyyən edilməsi və 24.05.2017-ci il təvəllüdlü X4 üçün 175 manat, 16.05.2019-cu il təvəllüdlü X1 üçün 175 manat yetkinlik yaşına çatana qədər və 16.05.2019-cu il X8 3 yaşına çatana qədər saxlanılması üçün 100 manat, cəmi 450 manat sabit pul məbləği şəklində hər ay Cavabdeh tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8814/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 24.05.2017-ci il təvəllüdlü X3 üçün 175 manat sabit pul məbləği şəklində hər ay Cavabdeh tutulması barədə tələbi, 16.05.2019-cu ildə Bakı şəhərində anadan olmuş X8 atasının xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan Cavabdeh olması faktının müəyyən edilməsi, 16.05.2019-cu il təvəllüdlü X1 üçün 175 manat yetkinlik yaşına çatana qədər və 16.05.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləği şəklində hər ay Cavabdeh tutulması barədə iddia tələbləri ayrılmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qarşı iddiasını X9 atasının müəyyən edilməsi hissəsində geri götürür. 16.05.2019-cu il təvəllüdlü X2 üçün 175 manat yetkinlik yaşına qədər və 16.05.2019-cu il təvəllüdlü X9 3yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləği şəklində Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İV nömrəli, 418598 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqında şəhadətnamənin surətindən görünür ki, X13 16.05.2019-cu il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında 08.02.2020-ci il tarixdə 822 nömrəsi ilə qeyd edilmişdir. X7, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ nömrəli, 421123 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 16.05.2019-cu il tarixdə doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 07.01.2022-ci il tarixdə 0002 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Odur ki, uşağın maraqları üstün tutulmaqla və iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh 24.05.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat, 16.05.2019-cu il təvəllüdlü X14 3 yaşına çatanadək, yəni 16.05.2022-ci il tarixədək Cavabdeh 25.11.2021-ci il tarixdən hesablanmaqla, hər ay 100 (bir yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manadan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu (uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat məbləğində tutulması nəzərdə tutulan) 2100 manat olduğundan, eyni zamanda uşaq 3 yaşına çatanadək iddiaçı Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə istinad edərək keçmiş ərdən saxlanması üçün aliment tələb etdiyindən və həmin alimentin tutulması 16.05.2022ci il tarixədək nəzərdə tutulduğundan, həmin müddətədək ödəniləcək pul məbləğinin miqdarı 600 manat təşkil edəcəyindən (25.11.2021-ci il tarixdən 16.05.2022-ci il tarixədək, yəni 6 ay müddətinə hər ay 100 manat olmaqla), yəni cavabdeh tərəfindən 1 il ərzində ödənilməli olan məbləğin məcmusu, cəmi 2700 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30+17 manat, cəmi 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 16.05.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25.11.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və 16.05.2019-cu il təvəllüdlü X14 3 yaşına çatanadək, yəni 16.05.2022-ci il tarixədək Cavabdeh 25.11.2021-ci il tarixdən hesablanmaqla, hər ay 100 (bir yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar