Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6749/2020 11.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2010-cu il təvəllüdlü qızları Fidanın atası olmasının müəyyən olunması, övladları xx xxxxxx 2010-cu il təvəllüdlü Fidanla xx xxxx 2014-cü il təvəllüdlü Nihadın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2010-cu ildə qeyri-rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxxx 2010-cu il təvəllüdlü Fidan adlı övladları doğulmuşdur. Sonrdan iddiaçı cavabdehlə xx xxxxxx 2011-ci il tarixdə 1833 saylı aktla Sabunçu rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Rəsmi nikahdan isə xx xxxx 2014-cü il təvəllüdlü Nihad adlı övladları doğulmuşdur. Lakin müəyyən səbəbdən övladı xx xxxxxx 2010-cu il təvəllüdlü Fidanın doğum haqqında şəhadətnaməsini alarkən atası iştirak etməmiş və atalıq təsdiq edilməmişdir. Tərəflər ailə münasibəti qurduqdan sonra münasibətləri normal olmuş, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Onlar bir müddətdir ki, ayrılmışlar. Hazırkı vaxtadək cavabdeh uşağın atalığını təsdiq etmək üçün qeydiyyat şöbəsinə müraciət etməmiş və atalıq təsdiq edilməmişdir. Bundan başqa cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh 2010-cu ildən 2011-ci ilədək qeyri-rəsmi nikah münasibətlərində olmuşlar. Onların qeyri-rəsmi münasibətdən övladları xx xxxxxx 2010-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah xx xxxxxx 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Rəsmi nikahdan xx xxxx 2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq, uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. BMT-nin xx xxxxxx 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiyası”nın 7-ci maddəsi müəyyən edir ki, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir və iştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürmüşlər. Əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında nikah bağlanmamış, xx xxxxxx 2010-cu il təvəllüdlü X6 qeyri-rəsmi nikahdan doğulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 onun övladı olmasını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Cavabdeh İddiaçı doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X2 atası olması müəyən edilməlidir. xx xxxxxx 2010-cu il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək uşağın soyadı qrafasında “Piriyeva”, ata qrafasında “Cavabdeh”, ana qrafasında isə “İddiaçı” qeyd edilməlidir. Nə qədər ki, rəsmi nikahdan doğulmuş uşağın-xx xxxx 2014-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnamədə “Piriyev” qeyd edilmişdir, ona görə də xx xxxxxx 2010-cu il təvəllüdlü X2 da soyadı “Piriyeva” kimi qeyd edilməlidir. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsi Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Daha sonra məhkəmə xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5 görə cavabdehdən alimentin tutulması barədə iddia tələbinə qiymət verərək hesab edir ki iddia bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasını ağlabatan hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx xxxxxx 2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X2 atası olması müəyən edilməli, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək uşağın soyadı qrafasında “Piriyeva”, ata qrafasında “Cavabdeh”, ana qrafasında isə “İddiaçı” qeyd edilməli, doğum haqqında şəhadətnamdə düzəliş edilməsi Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilməli, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə cavabdehin qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X2 atası olması müəyən edilsin. xx xxxxxx 2010-cu il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək uşağın soyadı qrafasında “Piriyeva”, ata qrafasında “Cavabdeh”, ana qrafasında isə “İddiaçı” qeyd edilsin. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsi Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. xx xxxxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə cavabdehin qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6749/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6749/2020
11.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver