Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6763/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X5, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Sumqayıt şəhər 4 saylı Notariat ofisinə və Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi, kredit faizlərinin azaldılması və dəbbə pulunun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Sumqayıt şəhər 4 saylı Notariat ofisinə və Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi, kredit faizlərinin azaldılması və dəbbə pulunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddiaçı iddia ərizəsində Sumqatıt şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8-İ-7741 nömrəli icra qeydi və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8 İ-9880 nömrəli icra qeydinin ləğv edilməsini, "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-0099-17/19 A saylı Əlavə kredit müqaviləsi üzrə hesablanmış əsas borcun olduğu kimi saxlanılaraq 57188.56 manat, ümumi faiz borcunun azaldılaraq 2859 manat, dəbbə borcunun silinərək, cəmi borc məbləğinin 60047 manat müəyyən edilməsini, "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, DEN-A0049-17/19A saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borcun olduğu kimi saxlanılaraq 22122.34 manat, ümumi faiz borcunun azaldılaraq 1105 manat, dəbbə borcunun silinərək, cəmi borc məbləğinin 23217 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş məbləğdə deyil, ümumilikdə 138 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş və dövlət rüsumlarının məbləğləri artırılmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Sumqayıt şəhər 4 saylı Notariat ofisinə və Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi, kredit faizlərinin azaldılması və dəbbə pulunun silinməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6763/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6763/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver