Məhkəmə qərarları › İş №2(011)-681/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-681/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-681/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. İddiaçı nikaha daxil olduğu vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Ailə həyatı qurduqdan sonra cavabdehlə münasibətləri normal olsa da, 2024-cü ilin iyul ayından münasibətləri pozulmuş və həmin vaxtdan faktiki olaraq ailə münasibətləri pozulmuşdur. Hazırda aralarında olan nikahın pozulması ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş və məhkəmənin icraatında 2(011)-7365/2024 saylı iş vardır. Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediatoru X5 tərəfindən təsdiqlənmiş MŞB/8/2024-01724 nömrəli Barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişində Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi əmlaklar ½ hissədə bölünməsinə baxmayaraq, birgə nikah dövründə üzərlərinə götürdükləri öhdəliklər (kredit müqavilələrinə əsasən) bölünməmişdir. Belə ki, "xxxx" ASC-nin Neftçilər filialı ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən faiz dərəcəsi 12.00% olmaqla, 4 il müddətinə 10000 manat kredit götürmüşdür. Kredit və ona hesablanmış fazilərin ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixinə sözügedən kredit üzrə banka 7181,12 manat borc qalmışdır. Bundan başqa iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə banka 957,05 manat borcu qalmışdır. Həmçinin iddiaçı ilə Yelo Bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə hazırda həmin banka 3287,78 manat borcu vardır. İddiaçı qeyd edilən kredit müqavilələri üzrə götürdüyü pulları yuxarıda qeyd edilmiş Cavabdeh ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediatoru X8 tərəfindən təsdiqlənmiş MŞB/8/2024-01724 nömrəli Barışıq sazişinə əsasən aralarında 1/2 hissədə bölünməsinə razılaşdıqları ünvan 1 ünvanında yerləşən 0,398 ha torpaq sahəsi və üzərində yerləşən (inşa edilən) 1 mərtəbəli (mansardlı), 3 otaqlı fərdi yaşayış evinin tikinti və təmirinə xərcləmişidir. Eyni zamanda Yelo Bankla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə illik 14,9 % olmaqla 3000 manat kredit götürmüş, Kredit müqaviləsinin 1 saylı əlavəsinə əsasən xx.xx.2024-cü il tarixinə sözügedən kredit üzrə banka 2559,6 manat borc qalmışdır. Yuxarıda qeyd edilən kredit müqavilələri üzrə iddiaçı götürdüyü pulları isə Cavabdeh ilə birlikdə 2024-cü ilin iyul ayı Avropaya gedən zaman orada xərcləmişdir. Göründüyü kimi Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 8 saylı Mediasiya təşkilat mediatoru X5 tərəfindən təsdiqlənmiş MŞB/8/2024-01724 nörr Barışıq sazişi imzalanmasına və həmin barışıq sazişində Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar 1/2 hissədə bölünməsinə baxmayaraq, birgə nikah dövründə üzərlərinə götürdükləri öhdəliklər (kredit müqavilələrinə əsasən) bölünməmişdir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün 30 sentyabr 2024-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etsən cavabdeh mediasiyada iştirak etməmişdir. Bununla bağlı Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-001430 nömrəli mediasiya arayışı və xərclərə dair bildiriş məhkəməyə təqdim olunmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, yuxarıda göstərilən kredit müqavilələri üzrə yaranmış öhdəliyin (ümumilikdə 13985,55 manatın) 1/2 hissəsinin, yəni 6992,77 manatın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd olunanlara əsasən kredit müqavilələri üzrə yaranmış öhdəliyin (ümumilikdə 13985,55 manatın) ½ hissəsinin, yəni 6992,77 manatın Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh oğluna qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, yenicə öyrənmişdir ki, İddiaçı birgə nikahda olduqları dövrdə birgə nikah dövründə qazanılmış gəlir hesabına “REAL-2016" MTK ilə xx.xx.2018-ci il tarixli, 237 nömrəli mənzil alqı-satqısı haqqında müqavilə bağlamış və MTK-ya 20000 manat məbləğində pul ödəmiş, ödənişə dair maliyyə arayışı və 558882 nömrəli kassa mədaxil orderi verilmişdir. Daha sonra bir mənzilin bir-neçə nəfərə satılması səbəbindən MTK rəhbərliyinin barəsində edilən şikayətlər nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “212006049" nömrəli cinayət işi başlanmış və rəhbər məsuliyyətə cəlb edilmişdir. İddiaçı da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin gedişində isə MTK tərəfindən İddiaçı 20000 manatın 19500 manatı qaytarılmışdır. Cavabdeh son 3 günədək bunlardan xəbərsiz olmuş, İddiaçı birgə nikah dövründə qazanılmış pulla mənzil almasını, daha sonra həmin məbləğin ona qaytarılmasını bilməmiş, İddiaçı bunu bilərəkdən Cavabdeh gizlətmişdir. İndiki halda qarşılıqlı iddia tələbi üzrə iddiaçı hesab edir ki, İddiaçı mənzil almaq üçün MTK- ya ödədiyi və sonradan geri qaldığı 19500 manat məbləğində pul vəsaiti birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla, onun 1/2 hissəsi İddiaçı tərəfindən Cavabdeh ödənilməlidir. Bunun üçün qanuni əsaslar vardır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, İddiaçı 9750 manat pulun, 117 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, cəmi 10167 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Fuad Zeylanov həmçinin bildirmişdir ki, aralarındakı nikah 2025-ci ilin yanvar ayında pozulsa da, 2024-cü ilin iyul ayından faktiki olaraq ayrılmışlar, xanım evi tərk etmişdir. İlk dəfə krediti 2023-cü ildə, Türkan qəsəbəsində yerləşən evin tikintisi üçün götürmüşdür. Məhkəmə iclası barədə ilkin iddia tələbi üzrə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2025, 06 yanvar 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah Evində 1545 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8-01724 nömrəli barışıq sazişindən görünür ki, tərəflər nikahın pozulması, uşaqların ananın himayəsində qalması, aliment və əmlak tələbi ilə bağlı məsələlər üzrə qarşılıqlı razılığa gəlmişdirlər. İş materiallarında olan "xxxx" Bankı ASC-nin Neftçilər filialı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı 19 aprel 2023-cü il tarixdə 12% dərəcəsi ilə, 4 il müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı illik 14.9% dərəcəsi ilə, 23 ay müddətinə 3000 manat kredit verilmişdir. İş materiallarında olan icraçı "xxxx" MTK ilə payçı X4 arasında bağlanmış 237 saylı, 21 sentyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 53.02 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 79 №-li mənzili pay kimi payçıya ayırmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 21 sentyabr 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə xx.xx.2017-ci il tarixli “X2” haqqında müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi, yeni qiymətlərlə satışı, maliyyə arayışının verilməsi, tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhvil-təslimi razılaşdırılmışdır. Bu binanın İİİ giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 53.02 kv.m olan 1 otaqlı, 79 saylı mənzilin pay dəyəri 34463 manat payçı X4 tərəfindən ödənilmişdir. İş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş 07 mart 2025-ci il tarixli məktubdan görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılır. Sorğuya əsasən bildirilmişdir ki, həm İddiaçı, həm də Cavabdeh hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Ona görə də, onlarla bağlı olan sənədlər cinayət işinin materiallarına əlavə edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra bu Məcəllənin maddələrinə istinad ediləcək) 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəyə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəyə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36-cı maddə müəyyən edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37-ci maddəyə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və 1545 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2025, 06 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah Evində 1545 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Eyni zamanda Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8- 01724 nömrəli barışıq sazişindən görünür ki, tərəflər nikahın pozulması, uşaqların ananın himayəsində qalması, aliment və əmlak tələbi ilə bağlı məsələlər üzrə qarşılıqlı razılığa gəlmişdirlər. Hazırda ilkin iddia tələbi üzrə İddiaçı kredit müqavilələri üzrə yaranmış öhdəliyin (ümumilikdə 13985,55 manatın) ½ hissəsinin, yəni 6992,77 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə gedişatı dövründə həmin kredit müqavilələri məhkəməyə təqdim edilməmiş, məhkəməyə yalnız banklar tərəfindən verilmiş hesabdan çıxarışlar təqdim edilmişdir. İlkin iddia tələbi üzrə iddiaçı həmin kreditlərin hansı məqsədlə götürülməsi, həmin məbləğlərin ailənin ehtiyacları üçün xərclənməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiasının onunla əsaslandırmışdır ki, İddiaçı ilə birgə nikahda olduqları dövrdə birgə nikah dövründə qazanılmış gəlir hesabına “REAL-2016" MTK ilə xx.xx.2018-ci il tarixli, 237 nömrəli mənzil alqı-satqısı haqqında müqavilə bağlanmış və MTK-ya 20000 manat məbləğində pul ödənilmiş, daha sonra həmin mənzilin bir neçə nəfərə satılması səbəbindən MTK rəhbərliyinin barəsində edilən şikayətlər nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “212006049" nömrəli cinayət işi başlanmış və rəhbəri məsuliyyətə cəlb edilmiş, İddiaçı da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh həmin cinayət işinin gedişində MTK tərəfindən İddiaçı 20000 manatın 19500 manatı qaytarıldığını iddia edərək, həmin pul vəsaitinin ½ hissəsinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırası zamanı İddiaçı ilə “REAL-2016" MTK arasında xx.xx.2018-ci il tarixli, 237 nömrəli mənzil alqı-satqısı haqqında müqavilənin bağlanması təsdiqini tapmamışdır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, həmin müqavilə "xxxx" MTK ilə payçı X4 arasında bağlanmışdır. Eyni zamanda məhkəmə tərəfindən sözügedən cinayət işi barəsində məlumatların təqdim edilməsi üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş 07 mart 2025-ci il tarixli məktubdan da müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılır, həm İddiaçı, həm də Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Məhkəmə qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar