Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6815/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay aliment məbləğinin artırılaraq 193 (yüz doxsan üç) manat müəyyən edilməsi; xx.xx.2020-ci il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü oğlumuz X1 üçün 193 (yüz doxsan üç) manat məbləğində sabit pul və 3 yaşa çatana kimi 100 (yüz) manat məbləğində alimentin hər ay Cavabdeh alınaraq İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü qızları X13 doğulmuşdur. Ailə qurduqları ilk dövrdə münasibətləri yaxşı olmuş, lakin sonralar xasiyyətlərinin fərqli olduğu və yola gedə bilmədikləri üçün ‘'nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Nizami rayon məhkəməsinin 2(007)- 3454/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah ləğv edilmiş, azyaşlı övladı X13 iddiaçının himayəsində saxlanılmaqla hər ay 160 (yüz altmış) manat və bundan əlavə uşağın 3 (üç) yaşına çatanadək hər ay 100 (yüz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin sonradan cavabdeh dəfələrlə iddiaçı ilə barışmaq üçün cəhdlər etdi və nəticədə onlar yenidən barışmışlar, birgə yaşamağa başlamışlar, lakin rəsmi nikaha daxil olmamışlar. Qeyri-rəsmi nikahdan xx.xx.2020-ci il tarixində X14 doğulmuşdu. Baxmayaraq ki, dəfələrlə dalaşıb barışmışlar, lakin ailəni qoruyub saxlamaq mümkün olmamışdır. Artıq üç həftədir ki, cavabdehlə bir evdə yaşamırlar və o iki azyaşlı övladıyla birgə valideynlərinin yanında onların evində qalır. İddiaçı müəllimə kimi işləsə də tək onun aylıq əmək haqqıyla övladlarının normal və sağlam şəraitdə yaşamaları üçün bu məbləğ azlıq təşkil edir. Qanunvericiliyin tələbinə uyğun olaraq, birgə nikahdan olan 14 iyul 2018-ci il təvəllüdlü X13, xx.xx.2020-ci il təvəllüdlü X14 adlı övladları onun himayəsində saxlanılmalı və yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər biri üçün sabit pul məbləğində 193 manat aliment, bundan əlavə xx.xx.2020-ci il təvəllüdlü X7 3 yaşı tamam olanadək hər ay əlavə olaraq 100 (yüz) manat aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmiş və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilən hallar nəzərə alınmaqla, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(011)- 3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə “2 saylı Bakı ASAN xidmət” X12 bağlanmış və 1516 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X6 anası X5 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay 160 manat məbləğində, bundan əlavə uşağın 3 yaşına çatanadək hər ay 100 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 142635 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X8 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 534628 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə X8 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 415907 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahı xx.xx.2020-ci il tarixdə pozulmuşdur, Nikah pozulduqdan sonra qadına Zeynalova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində sabit pul şəklində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində alimentin hər ay Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X2 üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti X10 münasibətdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, xx.xx.2020-ci il təvəllüdlü X11 münasibətdə isə iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan yəni xx.xx.2022-ci il tarixdən başlanmalı və dərhal icra edilməlidir. Məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X9 3 yaşına çatanadək 100 manat məbləğində alimentin hər ay Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində qiymə verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı çalışır, aldığı rəsmi əmək haqqı məbləği 700 manatdır, cavabdehin isə əmək haqqı məbləği 966 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınsa, cavabdehdən iddiaçı üçün alimentin tutulması əsassızdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X9 iddiaçının himayəsində saxlanılması hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, uşaq hal-hazırda iddiaçının himayəsində olduğuna görə iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(011)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılsın. 14 iyul 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 193 (yüz doxsan üç) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 10 avqust 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 (yüz doxsan üç) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6815/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6815/2022
07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver