Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7011/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, X1, İddiaçının İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Akhundova Bachram-zadə Nana və qeyrilərinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və çıxarışın etirabarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Akhundova Bachram-zadə Nanaya, 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariusu X4 və üçüncü şəxs ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı- 2 saylı Bakı “Asan xidmət” Mərkəzində notarius ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 29 iyun 2022-ci il tarixli 42-1190 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Akhundova Bachram-zade Nanaya ƏMDK-mn yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli reyestrlə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariusu tərəfindən 29 iyun 2022-ci il tarixdə 42-1190 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, eyni zamanda DƏDRX-dən verilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Neftçilər prospekti, ev 145, mənzil 23-də xx xxxxx 1942-ci ildə anadan olmuşdur. Həmin mənzil valideyinləri rəhmətə getdikdən sonra xx.xx.2021 tarixdə ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş **********15-05101 reyestr nömrəli,********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 38,25 kv/m olmaqla onun mülkiyyətində olmuşdur. O yaşı ilə əlaqədar olaraq 2022-ci ilin iyul ayında öz istəyi ilə belə qərara gəlib ki, mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklarını Almaniya Respublikasında yaşayan doğma qızı xx.xx.1971-ci il təvəllüdlü X5 vəsiyyət etməlidir. Ona görə də xx.xx.2022-ci il tarixdə 2 saylı ’’Asan Xidmət” Mərkəzində onun vəsiyyəti rəsmiləşdirilərək, reyestrdə 2V-429 nömrə ilə qızı X7 verilmişdir. O, rus dilli vətəndaşdır və Azərbaycan dilində yazıb danışa bilmir. Vəsiyyətnamə hadisəsindən 28 gün sonra qızının etibarnamə əsasında nümayəndəsi X11 ona bildirdi ki, vəsiyyətnaməyə aid bir sənədə də imza atmaq lazımdır,o razılaşıb və gedib “Asan Xidmət” Mərkəzində onun və nümayəndənin şəkli olan bir vərəqə imza atıb. Sentyabr 2022-ci il tarixdə ikinci dəfə yəni, 29 iyun 2022-ci ildə imza atdığı sənədi bir nəfər tanışı hüququşünasa göstərdib ki, bu sənəd nə üçündür? Tanışı ona bildirib ki, birinci dəfə yəni 01 iyun 2022-ci ildə imza atdığı sənəd onun tərəfindən ölənədək ona məxsus olan daşınar və daşınmaz əmlaklarını qızı Nanaya vəsiyyət etməyi barədədir. Amma 29 iyun 2022-ci il tarixində təsdiqlənən sənəd yaşadığı Neftçilər prospektindəki 145 nömrəli evin, 23 saylı mənzilini qızına bağışlaması barədədir. Bundan sonra onda əsaslı şübhələr yaranmağa başladı, belə ki, fikirləşib ki, əgər o ölənədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını qızı Nanaya vəsiyyət etmişsə, bəs nə səbəbə 28 gün sonra onun Azərbaycan dilini bilməməyindən istifadə edərək, tərcüməsiz bu bağışlama əməliyyatna əl atıblar. Nəhayət çox götür-qoydan sonra belə nəticəyə gəlib ki, onun yaşadığı 145 nömrəli bina “Pilot layihə” əsasında yaxın vaxtlarda sökülüb yerində şəhərə münasib bina tikiləcəkdir. O zaman köçürmədə həmin mənzil onun mülkiyyətində olmadığı üçün onu küçəyə ata bilərlər. Deməli aydın oldu ki, qızı və onun nümayindəsi Nizami Axundov onun dil bilməməyindən istifadə edərək, tərcüməçi ilə təmin etmədən, notariusla əlaqə yaradaraq, onu aldadaraq 23 saylı mənzilin bağışlanılması müqaviləsini də almışlar. Onu şübhədən yayındırmaq məqsədilə qızı Nana Almaniyadan elektron qaydada bir öhdəlik ərizəsi göndərib ki, ********** nömrəli mülkiyyətə dair çıxarışla ona məxsus olan Neftçilər prospektindəki 145 saylı binanın 23 saylı mənzilində anası İddiaçı ölənədək yaşamasına heç bir etirazı yoxdur. Çox məntiqlidir. Əgər həmin bina bu gün və ya sabah sökülərsə qızı o ölənədək hansı mənzildə yaşamağına təminat verir. İkincisi isə o öldükdən sonra vəsiyyətnamə əsasında bütün daşınar və daşınmaz əmlakı ona qalırdısa, belə olan halda aldatma yolu ilə mənzilin bağışlanması müqaviləsi vasitəsilə öz adına mülkiyyətə dair çıxarış alması nə məqsəd daşımışdır? Bəlkə qızı, nümayindəsi və digərləri ilə sui-qəsd nəticəsində onu aradan götürüb mənzili satıb bölüşdürmək niyyətləri vardır. Hesab edir ki, qızı Nana və onun etibarnamə əsasında nümayəndəsi X8 onaqarşı pis niyyətləri üzündən onunla onlara olan etibarnamədən sui-istifadə etməklə və aldatma yolu ilə iki cür əqd bağlamağa nail olmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339-cu maddəsi ilə belə əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Həmin əqdlər bağlanarkən 2 saylı Bakı “Asan Xidmət“ Mərkəzinin notariat ofisinin notariusu X3 da təqsiri üzündən qanunvericilik pozuntusuna yol verilərək Azərbaycan dilini bilmədiyini bilə-bilə onu tərcüməçi ilə təmin etməmiş və həmin əqdlərin ayrı-ayrı məzmunlu əqdlər olduğunu ona izah etməmişdir. Hesab edir ki, qızı Nana və onun etibarnamə əsasında nümayəndəsi Nizami Axundov həmin əqdləri aldatma yolu ilə onunla bağlayarkən ona cismani və maddi zərər vurmaqla fayda götürmək niyyətləri olmuşdur. Ona görə də həm vəsiyyətnaməni ləğv edəcək, həm də məhkəmə müdafiəsindən istifadə edərək mənzilin bağışlanılması müqaviləsinin və onun əsasında qızına üçüncü şəxs Bakı şəhər Ərazi İdarəsindən verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmədən qərar qəbul etməsini xahiş etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh Akhundova Bachram-zade Nana məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. X15-zade Nananın nümayəndəsi X11 məhkəməyə razılıq ərizəsi göndərərək, iddiaçının qaldırdığı iddia ilə razı olduqlarını, etirazlarının olmadığını və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdeh 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin (nümayəndəsinin) məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Akhundova Bachram-zade Nana arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38,25 kv.metr olan mənzilin Akhundova Bachram-zade Nanaya bağışlanması haqqında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, daşınan və daşınmaz əmlakını xx.xx.1971-ci il təvəllüdlü qızı X5 vəsiyyət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə təmsilçi X2 olaraq vəsiyyətnamənin və bağışlama müqaviləsinin ləğv etdirilməsi barədə rəy bildirilməsi, əks təqdirdə məhkəməyə müraciət edilməsi barədə məlumat göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 üzərində Akhundova Bachram-zade Nananın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X11 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, Nana Axundovanın etibarlı şəxsi kimi, bağışlanma müqaviləsinin ləğv olunmasına hazır olmasını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanunazidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyib, cavabdehin iddianı etiraf etməsini qəbul edib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Neftçilər prospekti, ev 145, mənzil 23 iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklarını xx.xx.1971-ci il təvəllüdlü X5 vəsiyyət etmişdir, xx.xx.2022-ci il tarixdə 2 saylı ’’Asan Xidmət” Mərkəzində onun vəsiyyəti rəsmiləşdirilərək, reyestrdə 2V-429 nömrə ilə qeydə alınmışdır. Daha sonra 29 iyun 2022-ci il tarixində İddiaçı ilə cavabdeh Akhundova Bachram-zadə Nana arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İddiaçı 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariusu tərəfindən 29 iyun 2022-ci il tarixdə 4Ə-1190 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini, eyni zamanda DƏDRX-dən verilmiş çıxarışın etibarsız hesab olunmasını tələb edir. Cavabdeh iddianı qəbul edir və təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış 29 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməli və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair 13 iyul 2022-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarış etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Akhundova Bachram-zadə Nana arasında 29 iyun 2022-ci il tarixdə 4Ə-1190 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair 13 iyul 2022-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarış etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7011/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7011/2022
21.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver