Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7124/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Hal-hazırda ondan tutulan alimentin ümumi miqdarı minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunmaqla 280 manat olması, uşağın ayın 8 gününün mənim yanımda olmasının nəzərə alınmasını, maddi durumumda problemlər olmasını, işsiz olmağımı, kirayədə yaşadığımı, adımda heç bir daşınmaz əmlak olmadığını və s., yuxarıda qeyd edərək göstərdiyim bir sıra məsəllələr nəzərə alınmaqla alimentin miqdarı azaldılaraq əvvəlki sabit məbləğdə 175 manat alimet pulunun tutulması ilə bağlı qətnamə qəbul edilməsini və internetdən və məhkəmə elektron sistemindən istifadə etmədiyini və rayonda kənd ərazisində yaşadığını, asan və.s., imzası olmadığını, məhkəməyə elekron ərizə vermək iqtidarında olmadığını şikayətini, ərizələrini, etirazlarını, vəsatətlərini yazılı formada (əl yazmasında) məhkəməyə təqdim olunmasına şərait yaradılmasını və iş üzrə qəbul edilən sənədlərin ünvan 1i ünvanına rəsmi surətdə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 dekabr 2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə İddiaçı sabit məbləğdə 175 manat aliment tutulması barədə qətnamə qəbul edilmişdir (qətnamə elan edildiyi gündən müəyyən edilmişdir). Tələbkar (hal-hazırda cavabdeh) Cavabdeh apellyasiya şikayəti vermiş iddia tələbi təmin edilərək yeni qətnamə qət edilmişdir (Bakı Apellyasiya Məhkəməsində baxılaraq 16 noyabr 2021 -ci il tarixli 2(103)-8878/2021 saylı qətnamə) və qətnamədə alimentin tutulması ərizənin verildiyi gündən müəyyən edilmişdir. Tələbkar (hal-hazırda cavabdeh) Cavabdeh yenidən 2025-ci ildə məhkəməyə müraciət etmiş alimentin artırılması ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsi alimentin artırılması iddasın (təmin etməmişdir) rədd etmişdir (2(011)- 162/2025 saylı mülki iş). Alimentin indeksasiya edilməsi barədə yenidən 2025-ci il tarixində iddia ərzizəsi ilə müraciət etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən İş № 8(001)-372/2025 (İş № 8(001)-372/2025-007) saylı iş üzrə xx.xx.2025- ci il tarixində qəbul olunmuş qərardad (Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə tələb təmin edilmişdir və həmin qərardada Bakı Apellyasiya Məhkəməsində iddiaçının apellyasiya şikayəti əsasında yenidən baxılaraq xx.xx.2025-ci il tarixli 8(103)- 419/2025 saylı qərardad qəbul edilmişdir (İş № 8(001)-372/2025 (İş № 8(001)-372/2025- 007) saylı iş üzrə xx.xx.2025- ci il tarixində qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan (eyni zamanda qeyd edilən qətnamələrdən) Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququn məhdudlaşdırılmaqla Azərbaycan Respublikası Konstitusiyasında bütün məhkəmə instansiyalara müraciət etmək (şikayət və ya kasasiya şikayəti ilə müraciət etmək) hüququ kobud surətdə pozulmuşdur. Eyni zamanda qeyd olunan qətnamələr və qərardadlar (qeyri- qanuni olması) üzrə Azərbaycan Respublikası Konstitusiyasının, Ailə Məcəlləsinin və digər qanunvericiliyin (Maddi və Prosesual qanunvericiliyin) tələbləri müvafiq məhkəmələr tərəfindən hüquqlarım kobud surətdə pozulmuşdur. Hal-hazırdada birinci instansiya məhkəməsinə müraciət etməkdə məqsədi qanunvericiliyin tələblərinə uyğun olaraq pozulmuş hüquqlarımı yenidən mübahisələndirərək və qət edilmiş qərardadlarda (qətnamələrdə) iddiaçıdan tutulması müəyyən olunan alimentin miqdarının mövcud maddi durumu ilə əlaqədar və işsiz olmağı (müxtəlif məhkəmələr tərəfindən maddi durumumda problemlər olmasını təsdiqləyən qərardadlar qəbul edilməsi dövlət hesabına vəkillə təmin olunma) və.s., səbəblər üzündən azaldılması ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edirəm və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq alimentin miqdarının azaldılması iddia tələbinin təmin olunması ilə bağlı qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, 27 dekabr 2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə İddiaçı sabit məbləğdə 175 manat aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş iddia tələbi təmin edilərək yeni qətnamə qət edilmişdir (Bakı Apellyasiya Məhkəməsində baxılaraq 16 noyabr 2021 -ci il tarixli 2(103)-8878/2021 saylı qətnamə) və qətnamədə alimentin tutulması ərizənin verildiyi gündən müəyyən edilmişdir. Cavabdeh yenidən 2025ci ildə məhkəməyə müraciət etmiş alimentin artırılması ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsi alimentin artırılması iddasını təmin etməmişdir. (2(011)-162/2025 saylı mülki iş). Alimentin indeksasiya edilməsi barədə yenidən 2025-ci il tarixində iddia ərzizəsi ilə müraciət etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən İş № 8(001)-372/2025 (İş № 8(001)-372/2025-007) saylı iş üzrə xx.xx.2025- ci il tarixində qəbul olunmuş qərardad (Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə tələb təmin edilmişdir və həmin qərardada Bakı Apellyasiya Məhkəməsində iddiaçının apellyasiya şikayəti əsasında yenidən baxılaraq xx.xx.2025-ci il tarixli 8(103)-419/2025 saylı qərardad qəbul edilmişdir 8(001)-372/2025 (İş № 8(001)-372/2025-007) saylı iş üzrə xx.xx.2025- ci il tarixində qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququn məhdudlaşdırılmaqla Azərbaycan Respublikası Konstitusiyasında bütün məhkəmə instansiyalara müraciət etmək hüququ kobud surətdə pozulmuşdur. Eyni zamanda qeyd olunan qətnamələr və qərardadlar üzrə Azərbaycan Respublikası Konstitusiyasının, Ailə Məcəlləsinin və digər qanunvericiliyin (Maddi və Prosesual qanunvericiliyin) tələbləri müvafiq məhkəmələr tərəfindən hüquqlarını kobud surətdə pozulmuşdur. Hal-hazırdada birinci instansiya məhkəməsinə müraciət etməkdə məqsədi qanunvericiliyin tələblərinə uyğun olaraq pozulmuş hüquqlarını yenidən mübahisələndirərək və qət edilmiş qərardadlarda iddiaçıdan tutulması müəyyən olunan alimentin miqdarının mövcud maddi durumu ilə əlaqədar və işsiz olmağı və.s., səbəblər üzündən azaldılması ilə bağlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ilə bağlı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxaraq, bildirmişdir ki, hər üç uşağı onunla birgə yaşayır, qızının bütün xərclərini özü çəkir, iddiaçı tərəfindən verilən aliment onun tərəfindən yalnız uşağına xərclənir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 yanvar 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması, aliment məbləği qətnamənin elan edildiyi, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq dövlət mədaxilinə alınması qət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001 )-372/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-602/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 60 manat mediasiyaya dair xərci ödəmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 8.7-ci bəndində əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 yanvar 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, aliment məbləği qətnamənin elan edildiyi, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq dövlət mədaxilinə alınması qət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-372/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-602/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda iddiaçı tərəf alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsi uşaqların sayından asılı olaraq onlar üçün valideynlərdən məhkəmə qaydasında hər ay tutulan alimentin miqdarını (qazancın və (və ya) başqa gəlirlərin hissəsi kimi) müəyyən edir. Həmin Məcəllənin 76.2-ci maddəsi nəzərdə tutur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin tələb olunan həddə qədər azaldılması uşağın mənafeyinə zidd olduğundan iddia qismən təmin edilməlidir. Göründüyü kimi, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir. Odur ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək iddiaçıdan tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiin 8(001)-372/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı azaldılaraq, xx.xx.2012-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “internetdən və məhkəmə elektron sistemindən istifadə etmədiyini və rayonda kənd ərazisində yaşadığını, asan və.s., imzası olmadığını, məhkəməyə elekron ərizə vermək iqtidarında olmadığını şikayətini, ərizələrini, etirazlarını, vəsatətlərini yazılı formada (əl yazmasında) məhkəməyə təqdim olunmasına şərait yaradılmasını və iş üzrə qəbul edilən sənədlərin ünvan 1i ünvanına rəsmi surətdə göndərilməsinə” dair hissəsinə münasibətdə hesab edir ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və iddia tələbi bu hissədə tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiin 8(001)-372/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı azaldılaraq, xx.xx.2012-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7124/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7124/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver