Məhkəmə qərarları › İş №2(011)-7152/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7152/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7152/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən anadan olan övladı 02 mart 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi, Cavabdeh ilə birgə münasibətlərindən anadan olan övladı 02 mart 2018-ci il təvəllüdlü X6 bu günə qədər saxladığı üçün ona 6 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb ona verilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 8 saylı X5 rüsumu olaraq ödədiyi 56 manat nağd pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2017-ci il tarixində vətəndaş nikahı ilə (qeyri rəsmi) münasibətdə olmuşdur. Cavabdehlə birlikdəliyindən 02 mart 2018-ci il təvəllüldü X9 adlı övladı anadan omuşdur. İddiaçı və azyaşlı övladı 02 mart 2018-ci il təvəllüldü X9 hazırda Cavabdeh onların yaşaması üçün 2018-ci ildən təşkil elədiyi ünvan 1 ünvanında kirayəçi yaşayırlar. Cavabdehlə birlikdəliyindən anadan olan 02 mart 2018-ci il təvəllüldü X9 hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Cavabdehlə birlikdəliyindən anadan olan 02 mart 2018-ci il təvəllüdlü övladı X9 anadan olandan 3 il ərzində cavabdehin öz sənədini iddiaçıya təqdim etməməsi, atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə imza etməməsi nəticəsində iddiaçı övladına sənəd ala bilməmişdir. 3 ildən sonra cavabdehin iş yerində iddiaçının özünə qəsd etdikdən sonra və mülki qaydada atalığın müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət etdikdən sonra, ekspertiza keçirildikdən sonra iddiaçı övladına sənəd ala bilmişdir. Cavabdeh arada, müəyyən vaxtlarda gəlib 02 mart 2018-ci il təvəllüdlü oğlum X7 görüb, lakin maddi yardım göstərməyib. Hazırda 02 mart 2018-ci il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının və 6 il ərzində iddiaçıya ödəmədiyi alimentin dəqiq hesablanaraq Cavabdeh tutulması zərurəti yaranmışdır. Lakin uşaqlar üçün nəzərdə tutulmuş 220 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Belə isə uşağın normal yaşantısının təmini məqsədi ilə uşaq üçün hər ay 500 manat vəsaitin olması zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında şifahi qaydada 220 manat alimentin ona ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, iddiaçıya hər ay 220 manat sabit pul məbləğində ödəməyə etiraz etmir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflərin birgə münasibətlərindən 02 mart 2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Uşaq hazırda iddiaçının yanındadır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, cavabdeh X8 02 mart 2018-ci il təvəllüdlü X4 atasıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(011)- 3514/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı 02 mart 2018- ci il tarixdə doğulmuş oğlan uşağının, yəni X2 atası olması müəyyən edilmiş, X2 02 mart 2018-ci il tarixdə Bakı şəhərində anadan olmasına dair 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 mart 2019-cu il tarixdə aparılmış 1381 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, adı “Ömər”, soyadı “Həsənov”, ata adı “Seymur”, atası qrafasında – “Cavabdeh” yazılması qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 02 mart 2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı 500 manat sabit pul məbləğində alimentin və uşağı bu günə qədər saxladığı üçün 6 il ərzində cavabdehin ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq ona ödənilməsini istəmişdir. Məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verməsə də izahatında bildirmişdir ki, cavabdehdən 220 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, həmçinin cavabdehin aliment ödəməyə razı olmasını, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə qismən təmin edilməsini və cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin uşağı bu günə qədər saxladığı üçün ona 6 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən edilərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən aliment alınması üçün zəruri tədbirlərin görülməsi və cavabdehin aliment ödəməkdən boyun qaçırması halları müəyyən edilməmiş, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulma müddətinə qiymət verərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 16(011)-1077/2023 saylı qərarı ilə iddia tələbi üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Cavabdeh 02 mart 2018-ci il təvəllüdlü X1 üçün 19 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Odur ki, iddia tələbi üzrə araşdırma 02 noyabr 2023-cü il tarixdə yekunlaşaraq qətnamə qəbul edildiyindən məhkəmə hesab edir ki, alimentin tutulmağa başlanması da 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 02 mart 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin 56 manat mediasiya xərcinin ödənilməsi tələbinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 56 manat mediasiya xərci ödənilmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilərək Cavabdeh 56 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 02 mart 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödədiyi 56 (əlli altı) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar