Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7173/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 9840 manat borcun, 500 manat mənəvi ziyanın və həmçinin ödədiyi 80 manat dövlət rüsumunun cəmi 10420 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsilli müəllimədir, Cavabdeh müəllim tanışının vasitəsi ilə tanımışdır.İddiaçı bildirir ki, cavabdeh bankdan pul götürmək istəyirdi lakin ona pul vermirdilər ki, zamin lazımdı və o da iddiaçıdan xahiş etdi ki, ona zamin dayansın. İddiaçı ona inanaraq, zamin dayanmış və o BOKT "xxxx" ASC-dən 4357.93 ABŞ dolları kredit pul götürmüşdür. Lakin cavabdeh sonra başladı pulu ödəməməyə. İddiaçı həmin işdə zamin olduğu üçün onun təqaüdündən hər ay pul tutulmağa başlamışdır.. Hazırda 3 ildir ki, pul tutulur. İddiaçı həmin puldan bir qəpik də olsun götürməmiş, sadəcə insanlıq edib ona zamin durmuşdur. İddiaçı qeyd edir ki, onun təqaüdündən bu vaxta kimi 6000 manat pul tutulmuşdur. Hazırda da tutulma davam edir. İddiaçı təqaüdçüdür və ondan başqa gəlir yeri də yoxdur. 3 il ərzində çox əsəb və stres keçirmiş, cavabdeh həm maddi həm də mənəvi ziyan vurmuşdur,indiyə kimi əsəb dərmanları qəbul edir. Banka cavabdeh ödəniş etmədiyi Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 8058/2016 saylı məhkəmə əmri ilə xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və 23.06,1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müştərək qaydada 4357.93 ABŞ dolları əsas borc və 1274.05 ABŞ dolları faiz borcu, cəmi 5631.98 (beş min altı yüz otuz bir ABŞ dolları, çoxsan səkkiz sent) ABŞ dollan (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ünvan 3 ünvanında yerləşən BOKT "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Yəni Azərbaycan manatı ilə cəmi 9840 manat borc yaranmışdır.Bu borc hal-hazırda iddiaçıdan tutulur.Qanunsuz olaraq tutulur.Cavabdeh həmin pulu ödəməkdən imtina edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1955-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı müştərək qaydada 4357.93 ABŞ dolları əsas borc və 1274.05 ABŞ dollan faiz borcu, cəmi 5631.98 (beş min altı yüz otuz bir ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 20 manat dövlət rüsumu tutularaq ünvan 5 ünvanında yerləşən BOKT "xxxx" ASC-nin xeyrinə pul tutulmuşdur. İş materiallarında olan, BOKT "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 210 saylı məktubdan görünür ki, məhkəmə əmri üzrə Cavabdeh tərəfindən 302,50 ABŞ dolları ( 514,25 manat) ödənilmiş, həmin borcdan 1598,97 ABŞ dolları AR Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanına əsasən güzəşt edilmişdir, xx.xx.2023-cü il tarixdən bu günədək İddiaçı təqaüdündən 1709,20 ABŞ dolları (2905,64 manat) tutulmuş, qalıq borc 2021,31 ABŞ dolları (3436,23 manat) və 20 manat dövlət rüsumu təşkil edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********* və ********** saylı qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən, 64 manat və 80 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2016 saylı, xx.xx.2016cı il tarixli məhkəmə əmri ilə xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1955-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı müştərək qaydada 4357.93 ABŞ dolları əsas borc və 1274.05 ABŞ dollan faiz borcu, cəmi 5631.98 (beş min altı yüz otuz bir ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 20 manat dövlət rüsumu tutularaq ünvan 5 ünvanında yerləşən BOKT "xxxx" ASC-nin xeyrinə pul tutulmuşdur. Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissəhissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür. Zaminlik öhdəliyinin icra edilməsi ilə kreditorun əsas (təmin olunan) öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə ona keçir. Beləliklə, əsas öhdəlik əsasında kreditorun ona mənsub olan tələb hüququ zaminə keçir və zamin yeni kreditor rolunda çıxış edir. Lakin əsas (təmin olunan) öhdəlik bu halda dəyişmir, saxlanılır. Başqa sözlə desək, əsas (təmin olunan) öhdəlikdən kreditor çıxır, onun yerini isə zamin adlı yeni kreditor tutur və əvəz edir. Kreditorun hüquqları, beləliklə, zaminə keçir. Hüquqların zaminə keçməsi isə qanuna, yəni qanunda ifadə edilən göstərişə əsaslanır. Belə təsəvvür yaranır ki, bu halda tələblərin güzəşti formasında (növündə) öhdəliklərdə şəxslərin dəyişməsi konstruksiyası göz qabağındadır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə BOKT "xxxx" ASC -yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, zamin İddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da BOKT "xxxx" ASC qarşısında Cavabdeh pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, zamin İddiaçı onunla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. BOKT "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 210 saylı məktubdan görünür ki, məhkəmə əmri üzrə Cavabdeh tərəfindən 302,50 ABŞ dolları ( 514,25 manat) ödənilmiş, həmin borcdan 1598,97 ABŞ dolları AR Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanına əsasən güzəşt edilmişdir, xx.xx.2023-cü il tarixdən bu günədək İddiaçı təqaüdündən 1709,20 ABŞ dolları (2905,64 manat) tutulmuşdur. Məhkəmə iddia tələbinin “500 manat mənəvi ziyanın ödənilməsinə” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən iddia tələbi həmin hissə də əsassızdır. Yuxarıda sadalananlara əsasən zaminin kreditorun tələbini ödədiyi həcmdə yerinə yetirmiş öhdəliyi əsas borcludan tələb edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, zamin tərəfindən ümumilikdə 2905,64 manat (1709,20 ABŞ dolları) məbləğində pul banka ödənilmişdir. Buna görə də iddia qismən təmin edilməli və 2905,64 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi 2905,64 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 49,06 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2905,64 (iki min doqquz yüz beş manat, altmış dörd qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 49,06 (qırx doqquz manat, altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7173/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7173/2024
22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver