Məhkəmə qərarları › İş №2(011)-7239/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7239/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7239/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Şəmkir rayon qeydiyyat şöbəsində 141 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2010-cu il tarixində nikah haqqında şəhadətnamə verilmişdir. Onların birgə nikahlarından 3 uşaqları, xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızı, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 vardır. Ailə qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir və bu da ailələrində yerli-yersiz münaqişələrin yaranmasına səbəb olur. Cavabdehlə hal-hazırda birgə yaşamırlar. O, bir ata kimi öz öhdəliklərini yerinə yetirmir və uşaqları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların maddi və mənəvi tələbatları yalnızca onun hesabına həyata keçirilir. Uşaqlar isə böyüdükcə onların baxım xərclərinin qarşılanması daha da çətinləşir. Həmçinin o, da uşaqlarla birlikdə hal-hazırda kirayədə yaşayır və kirayə haqqını öz hesabına ödəyir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ailə münasibətlərinə aid mübahisənin məhkəmədən kənar mediasiya vasitəsi ilə həll edilməsi təklif etsə də, cavabdeh tərəfindən təklifi cavablandırılmamışdır. Həmçinin mediasiya təşkilatı tərəfindən 22 sentyabr 2022-ci il tarixli arayış təqdim edilmişdir. Eyni zamanda o, hesab edir ki, birgə nikahlarından anadan olan 3 övladı üçün hər ay hər bir uşağa görə 193 manat, ümumilikdə 579 manat məbləğində alimentin, xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində əlavə alimentin, həmçinin övladı Əhmədova Şövkət Eşqin qızının sağlamlıq imkanları məhdud olan uşaq olduğuna görə onun aldığı reablitasiya xidmətlərinə maddi kömək baxımından əlavə 100 manat Cavabdeh alınaraq onun xeyrinə tutulmalıdır. Əhmədova Şövkət Eşqin qızı nitq qüsurlu uşaqdır və buna görə də müalicə alır. Maddi cəhətdən uşağın təmin olunmasında atanın iştirak etməsi zəruridir. Məhz bu səbəbdən sağlamlıq imkanları məhdud olan uşağın aldığı reabitasiya xidmətlərinə maddi kömək baxımından əlavə 100 (bir yüz) manat cavabdehdən alınaraq ona ödənilməsi qanunauyğun hesab edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızı, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 193 manat, ümumilikdə 579 manat məbləğində alimentin, xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində əlavə alimentin, həmçinin Əhmədova Şövkət Eşqin qızının sağlamlıq imkanları məhdud olan uşaq olduğuna görə onun aldığı reablitasiya xidmətlərinə maddi kömək baxımından əlavə 100 manat Cavabdeh alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, iddiaçı tərəfindən tələb olunan aliment məbləğinin yalnız 50% hissəsinə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmadır. Belə ki, iş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 552748 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əhmədova (Dəmirova) Leyla Famil qızı arasında 16 fevral 2010-cu il tarixdə nikah bağlanmış və 141 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova Şövkət Eşqin qızı 31 avqust 2010-cu il tarixdə Şəmkir rayonunda anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 oktyabr 2020-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 aprel 2013-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 2 №-li X3 tərəfindən verilmiş X1 surətindən görünür ki, 31 avqust 2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızı həqiqətən həmin mərkəzdə reabilitasiyadan keçmiş və ona “Serebral iflic, Uşaq serebral iflici. Ataksik serebral iflic. İnkişaf mərhələlərinin ləngiməsi. Əqli, zehni, nitq inkişafının geri qalması, intelektin geriliyi. Qavramanın zəif olması. Nitq və dilin inkişafının spesifik pozuntuları” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 059460 №-li vəsiqənin surətindən görünür ki, Əhmədova Şövkət Eşqin qızı sağlamlıq imkanları məhdud uşaq - əlildir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat məbləğində alimentin tutulmasını, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində əlavə alimentin, həmçinin Əhmədova Şövkət Eşqin qızının sağlamlıq imkanları məhdud olan uşaq olduğuna görə onun aldığı reablitasiya xidmətlərinə maddi kömək baxımından əlavə 100 manatın tutulmasını xahiş etsə də, iddiaçı cavabdehin qazancı barədə müvafiq sübutları məhkəməyə təqdim etmədiyi üçün, aliment tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızı, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı üçün 50 manat məbləğində aliment, həmçinin xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızının sağlamlıq imkanları məhdud uşaq olmasını nəzərə alaraq reablitasiya xidmətlərinə görə əlavə 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızı, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı üçün 50 manat məbləğində aliment, həmçinin xx.xx.2010-cu il təvəllüdlü Əhmədova Şövkət Eşqin qızının sağlamlıq imkanları məhdud uşaq olmasını nəzərə alaraq reablitasiya xidmətlərinə görə əlavə 50 manat əlavə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar