Məhkəmə qərarları › İş №2(011)-7267/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7267/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7267/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin avqut ayından hesablanaraq hər ay sabit pul məbləğində 200 manat məbləğində alimentin və mediasiya sessiyası üçün ödədiyi 50 (əlli) manat məbləğində alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nuikahdan 1 övladıxx.xx.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdehlə birgə yaşamağın davamı mümkün olmamışdır. Lakin artıq uzun müddətdir ki, cavabdehlə münasibətlərimiz pozulmuş, iddiaçının münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. İddiaçı bütün bunlara baxmayaraq, milli adətənənələrə uyğun olaraq ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz sayır. Beləliklə, artıq iddiaçı özü də nəticə çıxarmışdır ki, ailə mövcud deyildir, ailə formal xarakter daşıyır. Tərəflər artıq xeyli müddətdir ki, ər-arvad kimi yaşamırlar və ümumi təsərrüfat aparmırlar. Ona görə də, ayrılmışlar Birgə nikahdan anadan olmuş ^01.2019-cu il təvəllüdlü X11 iddiaçının himayəsindədir. Cavabdeh uşağın atası olmasına baxmayaraq, uşağın saxlanılması ilə əlaqədar iddiaçıya heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. İddiaçı isə heç bir gəlir əldə etmir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmiş və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı 245096 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, atası Cavabdehdur, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzinin 19 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh AR ƏƏSMN Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Odur ki, uşağın maraqları üstün tutulmaqla və iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh 01.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın alimentin 2022-ci ilin avqust ayından hesablanılması ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Yuxarıda göstərilən qanunvericilik normasının müddəalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlərin görüldüyünə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddianın alimentin 2022-ci ilin avqust ayından hesablanılması ilə bağlı hissəsi təmin edilməməlidir Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hər iki tərəf mediasiya sessiyasında iştirak etdiyinə görə mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələb təmin edilməməlidir.məlii. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edil26.sin. 01.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində altutularaq iment İddiaçı xeyrinə tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova İş № 2(011)-45832022 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Bakı şəhəri Xətai Rayon Məhkəməsi 16 avqust 2022-ci il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı X2 İddiaçı X2 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh X3 qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh X1 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar