Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7420/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2000-ci il təvəllüdlü fəaliyyət qabiliyyətli olmayan, İİ qrup əlil İddiaçı saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və 125 manat əlavə xərcləri olmaqla, cəmi 300 manat məbləğində pulun tutularaq, qəyyum kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı oğlu İddiaçı qanuni nümayəndəsidir. X6 Cavabdeh ilə birgə nikahından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. İddiaçı doğuşdan autizm sindromlu, ağıl zəifliyi, nitq və davranış pozğunluqları olan, öz hərəkətlərini tam dərk etmək iqtidarında olmayan, fəailiyyət qabiliyyətsiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan şəxsdir. 03.07.2008-ci il tarixdə X3 ilə Cavabdeh Əlisəfa oğlu arasındakı nikah pozulmuşdur. Cavabdeh Əlisəfa oğlu nikah pozulduqdan sonra doğuşdan autizm sindromlu, xüsusi diqqət və qayğıya ehtiyyacı olan oğlu ilə qətiyyən maraqlanmamış, onun heç bir maddi və mənəvi ehtiyaclarının ödənilməsində iştirak etməmişdir. 28.03.2019-cu il tarixində X5 uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş, xx.xx.2000-ci il təvəllüdlü, İddiaçı atasından isə uzun müddətdir ki xəbər alınmadığı üçün, valideynlərinin himayəsindən məhrum olmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10.01.2020-ci il tarixli 2(003)- 118/2020 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyətli olmayan hesab edilmiş, Xəzər rayon İcra Hakimiyyəti başçısının 16.06.2020-ci il tarixli sərəncamı ilə o, İddiaçı qəyyumu təyin edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3505/2021 saylı 06.05.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. İddiaçı İİ qrup əlil olsa da, dövlət tərəfindən verilən 130 manat müavinətlə onun saxlanılması mümkün deyil. Hazırda İddiaçı saxlanılması ilə bağlı bütün maddi təminatlar onun üzərinə düşür. Lakin maddi vəziyəti ilə əlaqədar onun xərclərini ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də Əlisəfanın atası, iş üzrə Cavabdeh valideyin olaraq vəzifələrinin qanunla yerinə yetirməsini tələb edir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək hə ay 50 manat aliment ödəmək imkanının olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3505/2021 saylı 06.05.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10.01.2020-ci il tarixli 2(003)-118/2020 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə baxışı zamanı aşağıdakılar müəyyən edilmişdir: - xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı atası Cavabdeh Əlisəfa oğlu, anası X4r. - Cavabdeh Əlisəfa oğlu ilə X2 nikahları pozulmuş və bununla bağlı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.07.2008-ci il tarixli 227 nömrəli akt qeydləri kitabında qeyd aparılmışdır. - X8 ilə X1 nikahları pozulmuş və bununla bağlı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.01.2016-cı il tarixli 05 nömrəli akt qeydləri kitabında qeyd aparılmışdır. - X5 28.03.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş Xəzər rayon İcra Hakimiyyəti başçısının 16.06.2020-ci il tarixli, 97 saylı sərəncamının surətindən görünür ki, Qanuni nümayəndə Xəzər rayon məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 09,10.2000-ci ıl təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. X12 tərəfindən tərtib edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 06.09.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Əlisəfa oğlu ilkin mediasiya sessiyasıda iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsinə əsasən, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10.01.2020-ci il tarixli 2(003)-118/2020 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini, Xəzər rayon İcra Hakimiyyəti başçısının 16.06.2020-ci il tarixli sərəncamı ilə Qanuni nümayəndə onun qəyyumu təyin edilməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyətli olmayan İddiaçı dövlət tərəfindən müavinət ödənildiyinə, iddiaçının qanuni nümayəndəsi tərəfindən iddia tələbinin əlavə xərclərdə iştiraka cəlb olunma hussəsi kifayət qədər əsaslandırılmadığına görə iddi tələbi qismən təmin edilməli, cavabdehdən hər ay 140 manat aliment tutularaq iddiaçının qəyyumuna ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh fəaliyyət qabiliyyəti olmayan xx.xx.2000-ci ıl təvəllüdlü İddiaçı saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qəyyumu Qanuni nümayəndə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına 17 sentyabr 2021-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7420/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7420/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver