Məhkəmə qərarları › İş №2(011)-7499/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(011)-7499/2021

24.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(011)-7499/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Bakı şəhəri Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı “borc tələbi”nə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən 29 dekabr 2019-cu il tarixli EHK5828181 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 4.550 manat olan məişət avadanlığı almışdır. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 3.250 manat borcu qalmışdır. Ona görə də borcludan 3.250 manat əsas, 20 manat dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli EHK5828181 saylı kredit müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 4.550 manat dəyərində məişət avadanlığı almışdır. Borclunun hazırda 3.250 manat borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 99, 77 saylı mənzilində qeydiyyatda olan Borclu 3.250 (üç min iki yüz əlli) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 3.270 (üç min iki yüz yetmiş) manat pul vəsaiti Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar