Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7610/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sığorta ödənişinin ödənilməsi, borcun qalan hissəsinin hüquqi varislərdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 ödənilməmiş borcunun "xxxx" ASC tərəfindən ödənilməsi, borclu olmaları barədə X2 hüquqi varisləri-həyat yoldaşı 04 noyabr 1956-cı il təvəllüdlü Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 məlumatlandırılması və borcun qalan hissəsinin onlardan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum iş yoldaşı X4 15 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə GTGK1550106A108 saylı kredit müqaviləsi bağlayaraq 4.500 manat kredit götürmüşdür. İddiaçı isə ona zamin durmuşdur. Eyni zamanda mərhum Qətibə Talıbova ilə "xxxx" ASC arasında həm 100 qat həyat sığortası, həm də kredit götürən şəxslər üçün həyat sığortası müqaviləsi bağlanmışdır. 20 yanvar 2020-ci il tarixdə X4 ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. "xxxx" ASC bu barədə məlumatlandırıldıqdan sonra üç aylıq kredit ödənişini həyata keçirmiş, ondan sonra müqavilə şərtlərini pozaraq ödənişdən imtina etmişdir. "xxxx" ASC isə müqaviləyə uyğun olaraq sığortaçıdan öz vəzifəsinin icrasını tələb etmək əvəzinə kredit borcu üzrə aylıq tutmaları zaminin, yəni iddiaçının əmək haqqına yönləndirmişdir. Bundan başqa mərhum Qətibə Talıbovanın hüquqi varisləri həyat yoldaşı, oğlu və qızı var. Əvvəlcə onlar çağırılıb mərhumun kredit borcu barədə məlumatlandırılmalı və eyni zamanda hüquqi varis kimi cavabdeh olduqları onlara izah olunmalı idi. Onlar ödənişdən rəsmi qaydada imtina etdikdən sonra tutma iddiaçıya yönəldilə bilərdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, 15 oktyabr 2019-cu il tarixdə X4 ilə "xxxx" ASC-nin Həzi Aslanov filialı arasında kredit müqaviləsi bağlanmış, Qətibə Talıbova bankdan 48 ay müddətinə illik 27.84% dərəcəsi ilə 4.500 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə də İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə əsas borclu Qətibə Talıbova ilə "xxxx" ASC arasında həm 100 qat həyat sığortası, həm də kredit götürən şəxslər üçün həyat sığortası müqaviləsi bağlanmışdır. İddiaçı zaminlik müqaviləsi əsasında mərhum X4 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Qətibə Talıbova 20 yanvar 2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bank tərəfindən ölmüş şəxsin qanuni vərəsələri müəyyənləşdirilmədən tələb birbaşa zaminə yönəlmiş, kredit borcu onun əmək haqqından tutulmağa başlanmışdır. Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarının bu məsələ ilə bağlı hüquqi mövqeyindən görünür ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqress qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Yuxarıda izahı verilmiş qaydaya əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə "xxxx" ASC-yə qarşı iddia qaldırmalı olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif olunsa da, o bu təklifi rədd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iddia tələbinin mərhum X2 ödənilməmiş borcunun "xxxx" ASC tərəfindən ödənilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, sığorta müqaviləsi mərhum X4 ilə "xxxx" ASC-nin arasında bağlanmış, müqavilə üzrə faydalanan şəxs isə "xxxx" ASC və vəfat edən şəxsin vərəsələri olmuşdur. İddiaçı nə sığorta müqaviləsinin tərəfi, nə də faydalanan şəxs olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC 07 iyul 2020-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək, kredit borcu üzrə ödənişin həyata keçirilməsini xahiş etmişdir. "xxxx" ASC banka cavab məktubu ilə müraciət edərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə məhkəmə yuxarıda istinad olunanlara əsasən hesab edir ki, iddiaçı hazırkı iddia tələbini sığorta şirkətinə qarşı irəli sürməkdə haqlı deyildir. Məhkəmə iddia tələbinin borcun Qətibə Eyvaz qızının hüquqi varisləri-həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 tutulması hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə, borclunun ölümündən sonra onun borclarının ödənilməsi öhdəliyini vərəsələr daşıyırlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə borclunun vərəsələri müəyyən edilmədən bank tərəfindən kredit borcu birbaşa zamindən tutulmağa başlanmışdır. Qanunvericiliyin tələbinə əsasən, bank ilk növbədə ölmüş şəxsin vərəsələrini müəyyən etməli, kredit borcunu onlardan tələb etməli, əgər vərəsələr yoxdursa, bu halda borc tələbini zaminə qarşı irəli sürməli olmuşdur. Lakin hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhum Qətibə Talıbovanın vərəsələri olması ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə olunmamış, bu hal məhkəmə araşdırması zamanı aşkarlanmamışdır. Həmin şəxslər Qətibə Talıbovanın ailə üzvləri olsalar da, onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ölmüş şəxsin vərəsəsi təyin edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi hazırkı hissədə də əsassızdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclu Qətibə Talıbovanın vərəsələri olması halı qanunla müəyyən edilmiş qaydada təsbit edildiyi halda iddiaçı müqavilə üzrə kredit borcunu tam şəkildə ödədikdən sonra Mülki Məcəllənin müddəalarına əsasən (475-ci maddə) onlara qarşı iddia tələbi irəli sürə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mərhum X2 ödənilməmiş borcunun "xxxx" ASC tərəfindən ödənilməsi, borclu olmaları barədə X2 hüquqi varisləri-həyat yoldaşı 04 noyabr 1956-cı il təvəllüdlü Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 məlumatlandırılması və borcun qalan hissəsinin onlardan tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7610/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7610/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver