Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7693/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh “Aqro İnvest və İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ümumilikdə ödənilməyən 3951 manat son haqq-hesabı cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ona ödənilməyən 2348 manat əmək haqqı, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 1603 manat və eyni zamanda gecikdirlməyə görə isə 45786 manat olmaqla ümumilikdə 49737 manat pul vəsaitinin cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2018-cı ilin fevral ayında əmək müqaviləsi bağlanılaraq Cəmiyyətə marketinq şöbəsinə keyfiyyət üzrə Menecer vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 1500 (bir min beş yüz) manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. 2019-cu ilin aprel ayının 12-də öz xahişimlə cavabdehlə aramızda bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşam. Qeyd edim ki, işdən azad olunarkən mənim 2019-cu ilin mart-aprel ayları üzrə əmək haqqım ve 2018-2019-cu illər üzrə istifadə etmədiyim əmək məzuniyyətimə görə hesablanmış vəsait, son haqq-hesab ödənilməmişdir. Uzun müddətdir ki, işsizəm və başqa heç bir yerdən gəlirim yoxdur. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etməyimə baxmayaraq bu günə kimi son haqq-hesabım ödənilməmişdir. Belə ki, iddia ərizəmə əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən mənə ünvanlanmış xx.xx.2024 tarixli məktubunda müraciətin araşdırıldığı qeyd olunsa da heç bir nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Göründüyü kimi cavabdeh bu günə qədər Azərbaycan Respublikasının qanunlarını, ölkə başçısının bununla əlaqədar verdiyi fərmanları heçə sayaraq mənə ödənilməli olan 2348 manat əmək haqqı və eyni zamanda 1603 manat istifadə etmədiyim məzuniyyətlərin əvəzi olmaqla ümumilikdə 3951 manat son haqq-hesabı ödəməkdən yayınır. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, mən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2018-ci ilin fevral ayında əmək müqaviləsi bağlanılaraq Cəmiyyətə marketinq şöbəsinə keyfiyyət üzrə Menecer vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsinə əsasən İddiaçıya hər ay 1500 (bir min beş yüz) manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. 2019-cu ilin aprel ayının 12-də öz xahişimlə cavabdehlə aramızda bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşam. Qeyd edim ki, işdən azad olunarkən mənim 2019-cu ilin mart-aprel ayları üzrə 1603 manat əmək haqqım və 2018- 2019-cu illər üzrə istifadə etmədiyim əmək məzuniyyətimə görə hesablanmış 2348 manat olmaqla Ümumilikdə 3951 manat son haqq-hesab vəsaitimi ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət ünvanlanmasına baxmayaraq, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciətlər edilməsinə baxmayaraq cavabdeh vəsaiti ödəməkdən yayınmışlar. Tərəfimdən X7 Xidmətinin araşdırılmasının nəticəsini gözlədiyim üçün iddia müddətini buraxmışam. Bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş edirəm. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2.348 manat məbləğində əmək haqqının və 1.603 manat məbləğində istifadə edilməmiş məzuniyyətlərə görə hesablanmış vəsaitin — cəmi 3.951 manat son haqq-hesabın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edirik ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır. Cavabdeh MMC tərəfindən iddiaçıya qarşı əmək hüquqlarının pozulması ilə bağlı hər hansı hüquq pozuntusu törədilməmişdir. İddiaçı işəgötürənlə əmək münasibətləri xx.xx.2019-cu il tarixində onun öz ərizəsi əsasında, könüllü şəkildə əmək fəaliyyətinə xitam verilmiş, əmək münasibətləri qarşılıqlı razılıqla və qanunvericiliyin tələblərinə uyğun olaraq sonlandırılmışdır. Bununla yanaşı, iddiaçı müvafiq tələb üzrə məhkəməyə müraciət üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi nəzərə alınmaqla, iş üzrə digər halların araşdırılmasına və iddianın əsaslı olub-olmamasının qiymətləndirilməsinə zərurət yoxdur. Müvafiq plenum qərara əsaslanaraq bildirmək istəyirik ki, iddiaçının məhkəməyə müraciət üçün ötürmüş olduğu prosessual müddət üçün gətirmiş olduğu “bəhanə” heç də özünü doğrutmur. Belə ki iddiaçı ərizənin gecikməsinə səbəb kimi X7 Xidmətinə müraciət etdiyini, Orqan tərəfindən məsələnin araşdırıldığını, lakin cavab verilmədiyini, tərəfin isə bu cavabı gözlədiyini və buna görə iddia müddətini ötürdüyünü əsas gətirmişdir. Lakin qeyd etməliyik ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Bu səbəblə iddiaçının həmin orqandan Cavabdeh MMC ilə aralarında olan fərdi əmək mübahisəsini həll etməsi üçün cavab gözləməsi və məhkəməyə müraciət etməməsi üzrlü hesab edilə bilməz. Üstəlik, bildirmək istəyirik ki, iddiaçı X7 Xidmətinə müraciət etməklə yanaşı, eyni zamanda məhkəməyə də müraciət edə bilərdi. Buna görə də, X7 Xidmətinə müraciət edilməsi faktının məhkəməyə müraciət hüququnu məhdudlaşdırması və ya aradan qaldırması kimi təqdim edilməsi, habelə bu halın iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü üzrə qanunverici işçiyə pozulmuş hüquqlarının ona məlum olduğdan sonra 1 (bir) ay ərzində məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir, 294-cü maddənin 4- cü bəndində isə Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyi müəyyən edilmişdir. 294-cü maddənin 3-cü bəndində,Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür kimi müəyyən edilmişdir. Xatırlatmaq istəyirik ki, işçi əmək müqaviləsinə könüllü şəkildə xitam verdiyindən, son haqq-hesabın aparılmalı olduğu gün də məhz həmin tarixə təsadüf etmişdir və işçi bu barədə tam məlumatlı olmuşdur. Başqa sözlə, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün də məhz əmək münasibətlərinə xitam verildiyi tarixlə eyni gündür. Belə olan halda, xx.xx.2019-cu il tarixində pozulmuş olan hüququnun müdafiə müddəti qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixində bitmişdir. Hazırki işdə isə məhkəmənin nəzərinə çatdırmaq istəyərdik ki, tərəf nə şəxsiyyəti ilə bağlı halları əsas gətirmiş,nə də müvafiq normada nəzərdə tutulmuş müddətləri gözləmişdir. İddiaçı X1 pozulmasının aşkar edildiyi gündən 6 (altı) il 6 (altı) ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili tələb üzrə qanunvericilik əsasında müəyyən edilmiş iddia müddətinin keçməsi əsası ilə, iddianın rədd edilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, 2 aylıq əmək haqqı, son haqq hesab və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənişlər tələb edilir. O iddiaçı işdən çıxan dövrdə “Aqro İnvest və İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur, iddiaçının əmrini o özü verib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək və iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı əsassız iddia qaldırmaqla yanaşı iddia müddətini də ötürmüşdür. Sonda Vəkil iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 16 nömrəli, xx.xx.2019-cu il tarixli əmrlə, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş, bildiriş xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-H-8/285/2024 nömrəli məktubdan görünür ki, sizin Cavabdehndə əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələlərə aydınlıq gətirmək məqsədi ilə izahata ehtiyac olduğunu və əmək haqqı bank çıxarışının təqdim edilməsini nəzərə alaraq 7 (yeddi) iş günü ərzində (şəxsiyyət vəsiqəsi ilə) Xidmətin Quba- Xaçmaz regional şöbəsinə (Quba şəhəri, Fətəlixan küçəsi 84) və ya Sizə yaxın olan hər hansı DOST Mərkəzlərinin birinə dəvət olunursunuz. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi X3 tərəfindən X6 göndərilmiş məktubdan görünür ki, Tərəfinizdən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də təsisçilərin ümumi yığıncağı keçirilmiş və xx.xx.2019-cu il tarixli, 1 saylı Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Siz direktor vəzifəsindən azad edilmisiniz. Bununla əlaqədar şirkətin maliyyə təsərrüfat işləri barədə araşdırılma aparılmış və məlum olmuşdur ki, Sizin direktor olduğunuz xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixədək olan dövrə dair sənədlərlə, anbar və kassa qalıqları ilə və eyni zamanda şirkətə məxsus olan daşınar əmlaklaria bağlı bir sıra böyük nöqsanlar, qanun pozuntuları, mənimsəmə halları ilə bağlı ciddi nöqsanlar aşka edilmiş və bu barədə Sizə məlumat verilmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün sizə vaxt verilmiş və şirkətə məxsus olan əmlakların təhvil verilməsi tələb olunmuşdur. Lakin buna baxmayaraq Siz mənimsədiyiniz əmlakları geri qaytarmamış nəticədə tərəfimizdən məhkəmə orqanına iddia ərizəsi ilə müraciət olunmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2592/2019, xx.xx.2019-cu il tarixli, 2(027)-2592/2019 və xx.xx.2019-cu il tarixli 2(027)-2592/2019 saylı qərardadları ilə mənimsədiyiniz əmlakların "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Sizin əmək haqqı və son haqq hesabla əlaqədar müraciətinizə cavab olaraq bildiririk ki, sizin bu cəhdiniz əsassız varlanmaya cəhd kimi qiymətləndiririk. Belə ki, AR Mülki Məcəlləsinin 1091.1-ci və 1092.1-ci maddəslərinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə nəzərinizə çatdırırıq ki, sizə və arvadınız İddiaçı qarşı heç bir əmək pozuntusuna yol verilməmişdir. Odur ki, ərizənizdə qeyd etdiyiniz xüsusatların əsassız olmasını diqqətinizə çatdırırıq və barənizdə aidiyyəti üzrə məhkəmə qərar və aktlarının icra edilməsini tərəfinizdən tələb edirik. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/10/2025-00570 nömrəli xx.xx.2025-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ödənilməyən əmək haqqı və son haqq hesab tələbinə dair mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixdə verilmişdir. İş materiallarında olan X4 tərəfindən "xxxx" MMC-nin təsisçisi Elşən Abdullayevə və "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli son haqq-hesabın ödənilməsi barədə ərizədən görünür ki, qeyd edim ki, mənim "xxxx" MMC arasında imzalanmış olan əmək müqaviləsinə 2019-cu ilin aprel ayının 12-si xitam verilməsinə baxmayaraq bu günə kimi əmək haaqımı və eyni zamanda istifadə etmədiyim məzuniyyətlərin konpensasiyasını, son haqq-hesabımı ala bilməmişəm. Belə ki, 2019-cu ilin mart və aprel ayları üzrə əmək haqqı və eyni zamanda 2018-2019 cu illər üzrə istifadə etmədiyim əmək məzuniyyətimə görə konpensasiyanı, son haqq-hesabı almamışam. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Odur ki, bütün bunları nəzərə alaraq ödənilməmiş son haqq-hesabımın ödənilməsini təmin etmənizi Sizdən xahiş edirəm. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli 16 №-li Əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, xx.xx.2019-cu il tarixindən xitam verilmişdir. Tərəflər arasındakı mübahisə İddiaçı son haqq-hesabın ödənilməsi barədədir. İddiaçı, fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə, daha sonra xx.xx.2025-ci ildə mübahisə ilə bağlı olaraq Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, iddiaçı, ona ödənilməyən əmək haqqının, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə və eyni zamanda gecikdirməyə görə ödənişlərin ödənilməsini tələb edir, cavabdeh son haqq-hesabın ödənildiyini qeyd etməklə yanaşı iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Bununla belə, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir edir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən (xx.xx.2019-cu il-xx.xx.2025-ci il) xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iddiaçının müddətlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı, uzun müddət ərzində məhkəməyə müraciət etməməsini “X7 Xidmətinin araşdırılmasının nəticəsini gözlədiyi” ilə əlaqələndirsə də iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, lakin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu bilməsindən 5 ildən çox müddət sonra müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “ona ödənilməyən 2348 manat əmək haqqı, istifadə etmədiyim əmək məzuniyyətlərinə görə 1603 manat və eyni zamanda gecikdirlməyə görə isə 45786 manat olmaqla ümumilikdə 49737 manat pul vəsaitinin cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ona ödənilməyən 2348 manat əmək haqqı, istifadə etmədiyim əmək məzuniyyətlərinə görə 1603 manat və eyni zamanda gecikdirlməyə görə isə 45786 manat olmaqla ümumilikdə 49737 manat pul vəsaitinin cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7693/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7693/2025
22.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver