Məhkəmə qərarları › İş №2(011)-7709/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(011)-7709/2021

01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(011)-7709/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Bakı şəhəri Mətbuat prospekti 24 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı “borc tələbi”nə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 744 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 550 manat borcu qalmışdır. İş üzrə Borclu 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1.020 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 930 manat borcu qalmışdır. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 744 manat dəyərində məişət avadanlığı almışdır. Borclu 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1020 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun hazırda cəmi 1.480 manat borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxx 1975-ci ildə Quba rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 45 saylı mənzilində qeydiyyatda olan Borclu 1.480 (min dörd yüz səksən) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1.500 (min beş yüz) manat pul vəsaiti Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar