Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7759/2022 30.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehə mediasiya təklifini yolladığı vaxtdan yəni xx.xx.2022-ci il tarixindən, onun əmək haqqı və bütün digər növ qazanclarının, ümumi gəlirlərinin ¼ hissəsi alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2013-cü il doğum tarixli X3 adlı bir uşaqları var, tərəflər ailə qurduqdan sonra 2016-cı ildə iddiaçı qaynanası ilə yaranmış münaqişə nəticəsində valideynlərinə məxsus evə qayıtmışdır, uşağı ilə orada yaşayır, buna baxmayaraq, cavabdeh onunla və uşağı ilə ünsiyyətdə olmuşdur, o problemi həll edərək, yenidən ev alaraq, tezliklə birlikdə yaşayacaqlarını bildirmişdir, bir müddət əvvəl cavabdeh torpaq sahəsi almaq, sənədləşmə işlərinin aparılması məqsədilə iddiaçıdan etibarnamə almışdır, bu yaxınlarda iddiaçı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün “Asan xidmət” mərkəzinə müraciət etmiş, bu zaman iddiaçıya məlum olmuşdur ki, nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur, nikahın pozulmasından iddiaçının məlumatı olmamışdır, etibarnamə əsasında cavabdeh onun aliment istəmədiyini bildirmişdir, bu səbəbdən həmin vaxt qətnamə ilə aliment tutulmamışdır, Nizami rayon Məhkəməsinin 2(007)-2087/2017 saylı 05 iyun 2017-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, nikah pozulmuş, uşaq isə ananın himayəsində saxlanmışdır, iddiaçı mediasiya ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə təklif yollamışdır, bu səbəbdən alimentin həmin tarixdən tutulmasını istəyir, həmçinin xx.xx.2022-ci il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, onun üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi noyabr ayında baxılmamış saxlanmışdır. Sonda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2087/2017 saylı 05 iyun 2017-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 08 iyun 2012-ci il tarixdə bağlanmış və 635 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11 aprel 2013-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli MŞB/5-03202 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına 2 daşınar əmlak (avtomobil) qeydə alınmışdır, 18 saylı Vəkil bürosu və “Respublika Dəri-Zöhrəvi Mərkəzi” X5 hüquqsünas - vəkil vəzifəsində işləyir, aylıq əmək haqqı müvafiq olaraq 345 manat və 950 manatdır, vergi ödəyicisi kimi qeydə alınmış, fəaliyyətini müvəqqəti dayandırmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, rəsmi əmək müqaviləsi olması müəyyən deyildir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehə mediasiya təklifini yolladığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən sabit hər ay 200 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6490/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi (MPM-in 259.0.6-ci maddəsi) əsası ilə baxılmamış saxlanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 11 aprel 2013-cü il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2087/2017 saylı 05 iyun 2017-ci il tarixli Qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh anasının himayəsində saxlanmışdır, hazırda da onun himayəsindədir, tərəflər arasında uşağın saxlanması barədə razılıq – saziş yoxdur, iddia tələbi cavabdehdən uşağın saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, onun əmək haqqının ¼ hissəsində alimentin tutulması barədədir, iddiaçı eyni iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsi Xətai rayon Məhkəməsinin 2(011)-6490/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır, iddiaçı işləmir, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, cavabdeh işləyir, onun aylıq əmək haqqı – müntəzəm gəliri vardır, adına daşınar əmlaklar (iki nəqliyyat vasitəsi) qeydə alınmışdır. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən aliment tutulmasını istisna edən, habelə iddiaçının aliment almaq üçün xx.xx.2022-ci il tarixədək tədbirlər görməsinə baxmayaraq, cavabdehin aliment verməkdən boyun qaçırmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, uşağa görə cavabdehdən tutulmalı olan aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, əmlak vəziyyətini, hazırda işləməməsini, aliment ödəməli olan şəxsin aylıq qazancını, onun rəsmi iş yerinin və müntəzəm gəlirinin olmasını, peşəsini, əmlak vəziyyətini, habelə uşağın yaşını və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq, alimentin cavabdehin aylıq əmək haqqının (gəlirlərinin) ¼ hissəsi məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı, ilk dəfə eyni iddia tələbi (alimentin təyin edilməsi) ilə cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, həmin tələb üzrə iddia ərizəsi tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlandığından, iddiaçı isə qısa müddət ərzində - xx.xx.2022-ci il tarixdə yenidən eyni tələblə məhkəməyə müraciət etdiyindən və bu dövr ərzində (xx.xx.2022 xx.xx.2022) cavabdeh tərəfindən iddiaçıya aliment ödənilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, alimentin tutulma müddəti iddia ərizəsinin ilk dəfə məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə, iddia tələbinin “alimentin iddiaçının cavabdehə mediasiya təklifini yolladığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericilik, əvvəlki dövr üçün aliment tutulmasını, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin – cavabdehin onu verməkdən boyun qaçırması kimi hallardan asılı etmişdir ki, hazırki iş üzrə də buna dair sübutlar məhkəməyə təqdim edilməmiş və belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və ona görə də təmin edilməməlidir. Məhkəmə, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin ********* saylı qəbzinə münasibətdə isə qeyd edir ki, həmin qəbz, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsini sübut edən hal kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, məxaric qəbzi, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə AZ1154 saylı poçt vasitəsilə məktub ünvanlandığını təsdiq etsə də, iş materiallarına cavabdehə ünvanlanmış məktubun surəti əlavə edilməmişdir ki, bu da iddiaçının aliment almaq üçün cavabdehə müraciət etməsini və cavabdehin onu verməkdən boyun qaçırmasını sübut etməməklə, alimentin tutulması vaxtının xx.xx.2022ci il tarixdən başlanmasına əsas vermir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11 aprel 2013cü il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdehdən hər ay onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddiaçı aliment alınması barədə hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın qiyməti (bir il ərzində ödəniləcək alimentin təqribi məbləği) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 50 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun əmək haqqının və gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7759/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7759/2022
30.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver