Məhkəmə qərarları › İş №2(011)-779/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-779/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-779/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin 50%-nin uşaqların adına açılacaq bank hesablarına köçürülməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin 50%-nin uşaqların adına açılacaq bank hesablarına köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehə ödənilən aliment məbləğinin 50%-nin xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlarına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan qızları - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X13 dünyaya gəlmişlər. Xətai rayon Məhkəməsinin 2(011)-5104/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü i! təvəllüdlü X9 atalarının yanında qalmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçılə Klimenko (Morozova) İrına Oleqovnaya arasında xx.xx.2011-cı il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) 1714 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və 04,10.2013-cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı Aleksandrovıçdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş, lakin, cavabdeh onunla danışıqlara başlamış, uşaqları da götürərək, Bakıya köçüb gələcəyini, ailəni bərpa edəcəyini bildirmişdir. Cavabdehə inanaraq, kassasiya şikayətindən imtina etmiş və Azərbaycan Respublikası Ali Məkəməsinin 2(102)-3849/2020 saylı, xx.xx.2020-ci il iarixli qərarı ilə imtinası qəbul edilərək, işin kassasiya intansiyasında icraatına xitam verilmişdir. Hətta qızlarının Bakıya gələcəyini və burada yaşayacaqlarını nəzərə alaraq, cavabdehlə razılaşdırdıqdan sonra xx.xx.2020-ci il tarixdə X12 üçün “xxxx” Ümumitəhsil Müəssisəsi MMC ilə və xx.xx.2020-ci il tarixdə X10 üçün “X4” ilə təhsil müqavilələri bağlamışdır. Bununla yanaşı cavabdehin və qızlarının Moskvadan Bakıya İstanbul şəhərindən tranzit olaraq gəlmələri üçün xx.xx.2020-ci il tarixinə 6 ədəd aviabilet almış və 2100 manat pul xərcləmişdir. Uçuşa bir gün qalmış isə cavabdeh ona anlaşılmayan bir yazı yazaraq, gəlməyəcəklərini bildirmişdir. Özü Bank VTB ASC-də yüksək vəzifədə işləyir və yüksək əmək haqqı alır. Tərəfindən aliment qisminda cavabdehin hesabına 2020-ci ilin mart ayından 2020-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 37.547,88 manat pul vasaiti ödənilmişdir. Qızlarının həyat şəraiti nəzərə alınarsa bu vəsait kifayət qədər böyük vəsaitdir. Belə ki, uşaqlar Bakıdan fərqli olaraq anaları tərəfindən ödənişsiz təhsil müəssisələrinə yerləşdirilmişlər. İddiaçının əmək haqqısı və əmək haqqısına əlavələr nəzərə alınarsa, cavabdeh hər uşağa görə hal-hazırda 3000 manat, cəmi 6000 manat, gələcəkdə qətnamə üzrə borclar bitdikdən sonra hər uşağa görə 1500 manat, cəmi 3000 manat aliment alır və alacaqdır. Bu məbləğ isə yaşayış minimumundan 10 dəfə artıqdır. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hesab edir ki, tərəfindən ödənilən alment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Halbuki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinin tələbinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu səbəbdən də hesab edir ki, cavabdehə ödənilən aliment məbləğinin 50 faizi uşaqların adına açılmış bank hesabına köçürülməlidir. Bu uşaqların mənafeyi baxımından da əlverişlidir. Belə ki, cavabdeh vəziyyətdən sui-istifadə edə bilməyəcək və uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğlərdən istifadə edə biləcəklər. Həmin dövrə qədər isə uşaqların bank hesablarında külli miqdarda pul yığılacaqdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki. iddia əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçı, öz tələbini işin mahiyyətinə aid olmayan dəlillərlə sübut etməyə çalışmışdır. Bundan başqa, iddiaçı aralarında olmuş "nikahın pozulmasına dair" məhkəmə mübahisəsində məhkəmə tərəfindən araşdırılmış və artıq hüquqi qiymət verilmiş işin hallarını göstərməyə və onlardan istifadə etməyə çalışmışdır. Buna baxmayaraq iddiaçının absurd dəlillərinə dair münasibətini bildirmək və onların əsassız olmasını sübut etməyi çalışacaq. İddiaçının, öz tələbinin əsasını təşkil edən dəlili ondan ibarət olmuşdur ki, cavabdeh onunla danışıqlara başlamış, uşaqları da götürüb Bakıya gələcəyini bildirmiş, iddiaçı cavabdehə inanaraq, kassasiya şıkayətindən ımuna etmişdir. İddianın bu əsasının aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsinə heç bir əlaqəsi yoxdur. Lakin bununla bağlı bildirmək istəyir ki, iddiaçı ilə danışıqlara başlamamış, əksinə iddiaçı ondan barışmağı xahiş etmiş, ailənin bərpasını və birlikdə Bakıda yaşamalarını təklif etmişdir. İddiaçının bu təklifini qəbul etmiş, uşaqlarla Bakıya gələcəklərinə razılıq vermişdir. Lakin, 04 oktyabr tarixində düşmən ermənilər tərəfindən Gəncə şəhərinin dinc əhaliyə ballistiк raket atması və nəticədə çoxlu sayda dinc əhalinin ölməsi və yaralanması səbəbindən, Bakıya gəlməkdən imtina etmişdir. Lakin, iddiaçı bunu cavabdehin onu aldatması kimi qəbul etmiş və nəticədə tərəflərin münasibəti korlanmışdır. İddiaçının, digər dəlili odur ki, tərəfindən hər uşağa görə ödanilən 1500 manat aliment Azərbaycanda olan yaşayış minimumundan 10 dəfə artıqdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçının Moskva şəhərində yaşayış xərclərini Azərbaycanda olan yaşayış minimumu ilə müqayisə etməsi böyük səhvdir. Belə ki, 2 azyaşlı uşağın Moskva şəhərində 1ay ərzində normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən yaşamaları üçün minimum olaraq 196500 rubl (4372 manat) xərc çəkilir. Bu xərcin bir qismi iddiaçının ödədiyi aliment hesabına, digər qismi isə onun gəlirləri hesabına həyata keçirilir. Artıq məbləğdə xərclənən vəsaitlər tərəfindən ödənilir. İddiaçı tələb edir ki, Moskva şəhərində yaşayan 2 azyaşlı uşağa xərclənən vəsaitin məbləği 1500 manata endirilsin. Bu isə məbləğin 3 üç dəfə azalması, nəticə etibarı ilə uşaqların müəyyən məhrumetmələrə səbəb olması deməkdir. Belə kı, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valıdeynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarına əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub- olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Beləliklə müəyyən olunur ki, iddiaçı qəbul ediləcək qətnamənin gələcəkdə 2 azyaşlı uşaqğın tam və hərtərəfli inkişafına mənfi təsir etməyəcəyini sübut edə bilməmişdir. Buna görə də hesab edir kı, iddia ərizəsində göstərilən dəlillər əsassızdır, işin mahiyyətinə aid deyil və qanunvericiliyə ziddir, bu səbəbə görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğunb izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5104/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Aleksandrovıçin Cavabdeh qarşı nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yanında qalması barədə ilkin iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı qarşı birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yanında qalmaları, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (gəlirinin) 1/3 hissəsində alimentin tutulması barədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfındən verilmiş apelyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin qismən təmin ediməlsi, İddiaçılə Klimenko (Morozova) irına Oleqovnaya arasında xx.xx.2011-cı il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) 1714 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və 04,10.2013-cü il təvəllüdlü X13 analarının yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı Aleksandrovıçdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin əməkdaşı İddiaçı əmək haqqından tutularaq Cavabdeh hesabına ödənilmiş aliment məbləğləri haqqında məlumatın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək haqqından cəmi 37.547,88 manat məbləğində aliment tutularaq cavabdehin hesabına ödənilmişdir. Qeyd etmək lazımdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5-cı maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.9-cu bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı “Bank VTB (Azərbaycan)” ASCdə yüksək vəzifə tutmaqla, yüksək əmək haqqı almasını, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 valideynləri arasında nikahın pozulmasına qədər həyat səviyyəsinin kifayət qədər yüksək olmasını və hazırda da, tutulan aliment məbləğinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etdiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı tutulacaq alimentin cəmi 20 faizinin, yəni uşaqların hər biri üçün 10 faiz olmaqla, onların adlarına açılacaq bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin cəmi 20 (iyirmi) faizi, yəni xx.xx.2012-ci il təvəllüdlü X3 adına 10 (on) faizi və xx.xx.2013-cü il təvəllüdlü X6 adına 10 (on) faizi olmaqla, onların adlarına açılan bank hesablarına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar