Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7832/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi və fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi, hazırda yaşadığı binadakı haqq etmədiyi rüsvayçılıqdan və qonşular arasındakı utanc hisslərindən qurtula bilməsi, bu ağır psixoloji durumdan çıxa bilməsi və yenidən həyata sevinclə baxa bilməsi üçün cavabdehdən 25000 manat məbləğində pulun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Xətai Rayon Məhkəməsində artıq yekunlaşmaqda olan e-2(011 )-5417/2021 saylı iş üzrə boşanma prosesində olduğu, müvəqqəti yaşadığı və atasının tam mülkiyyəti olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, bina 20, 1A68 saylı mənzildə yaşamayan və həmin mənzilin mülkiyyətinə heç bir aidiyyatı olmayan keçmiş həyat yoldaşı Cavabdeh, cari 2021-ci ilin 31 iyul, 02 avqust və 03 avqust tarixlərində, üç gün ardıcıl olaraq onun ünvanına gəlmiş və onu qonşular arasında rüsvay edən, şərəf və ləyaqətini alçaldan biyabırçı söyüşlər söyüb təhqir etməklə, onu və evini yandırmaqla hədələyən qanunazidd təhdidlər etməklə onu dərin psixoloji sarsıntıya məruz qoymuşdur. Bu da azmış kimi, 36-cı polis bəlməsinin 3 nəfər əməkdaşı yanında üzərinə hücum çəkib köynəyini cırmış və onu fiziki zorakılığa məruz qoymuşdur. Ona yetirilən fiziki xəsarət barədə Məhkəmə Tibbi Ekspertizasının Xətai rayon şöbəsinin həkiminin rəyi də vardır. Bu dediklərinin sübatları, iddia ərizəsinə əlavə olunan CD diskdə açıq aydın şəkildə video, səs və şəkillərdən də görünür. Dediklərinin hamısı yaşadığı ünvandakı giriş qapısının ağzında və binanın həyətində, bir çox qonşunun gözü qabağında və günün işiqlı vaxtı törədilmişdir. Vüsalənin onun şərəf və layaqətini, qonşular içindəki hörmətini və ehtiramını, bir azərbaycanlı mentalitetli və bir müsəlman olan kişinin, keçmiş yoldaşı da olsa, bir qadın tərəfindən haqsız və ədalətsiz şəkildə bu cür küçə şöyüşləri ilə söyülməsi və üstünə hücum çəkərək fiziki zorakılıq göstərilməsi, onun bu həyətdə normal bir insan kimi başıdik gəzməsini mümkünsüz etmişdir. Cavabdeh Vüsalənin söydüyü olmazın küçə söyüşləri o qədər əxlaqsız sözlərdir ki, binada və həyətdə yaşayan bir neçə qonşu sonradan onu görərkən çox ciddi şəkildə narazılıqlarını bildirmiş və bu cür biabırçılıqlar olduğu üçün evlərindəki qadın-qız-gəlinlərdən ayıb olduğu üçün həmin həyətdən köçüb getməsini sərt şəkildə tələb etmişlər. Bir çox qonşuların o yoldan keçərkən barmaqla göstərib aralarında sakitcə dedi-qodu etmələri, bəzi qonşuların isə gözgözə gəlməmək üçün hətta onunla birlikdə liftə minmək istəməmələri onun həmin həyətdə artıq başıdik, şən və firavan yaşamasını mümkünsüz bir hala gətirmişdir. Mənəvi və fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün hesab edir ki, bu ağır psixoloji durumdan çıxa bilməsi və yenidən həyata sevinclə baxa bilməsi üçün Cavabdeh 25.000 manat məbləğində pul kompensasiyası ödəməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, verilmiş iddianı qanunsuz və əsassız hesab edirlər. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə 06.09.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 05.05.2012-ci il təvəllüdlü X1 və 05.06.2020-ci il təvəllüdlü X2 onun himayəsində qalması, birgə nikahdan doğulan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat məbləğində alimentin cavabdehdən tutulması, birgə nikahdan doğulan 05.06.2020-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər hər ay 300 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən iş üzrə məhkəmə prosesləri getdiyi müddətdə onun övladları X8 və X9 ilə ünsiyyətdə olan maneələrin aradan qaldırılmasını və onlarla ünsiyyətdə olmağına, yay tətillərini də nəzərə alaraq onlarla hər həftədə 3 dəfə birbaşa görüşməyinə şərait yaradılmasının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5417/2021 nömrəli, 13.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan verdiyi şikayət təmin rdilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(011)-5417/2021 saylı qərardadı ləğv edilmiş, ərizə qismən təmin edilməklə, İddiaçı övladları - 05.05.2012-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək, 05.06.2020-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günləri saat 11:00-dan saat 12:00- dək ünsiyyətdəolmaları müəyyən edilmişdir. Qərardad dərhal icraya yönəldilmişdir. 30.07.2021 -ci il tarixində İddiaçı yaşadıqları yerə yaxın ərazidə yerləşən X7 05.05.2012-ci il təvəllüdlü X5 zorla Cavabdeh əlindən alaraq aparmışdır. Bununla əlaqədar, Xətai Rayon İcra və Probasiya şöbəsinə müraciət edilmiş, qızı - Sara Yusubovanın cavabdeh İddiaçı tərəfindən aparıldığı və hazırki tarixədək qaytarılmadığı bildirilmişdir. Lakin, Cavabdeh bununla bağlı heç bir nəticə əldə etməyərək, qızı - Sara Yusubovanı cavabdeh İddiaçı geri ala bilməmişdir. Bundan sonra Cavabdeh İddiaçıla birgə yaşadığı ünvan 1 ünvanına yollanmış, qızının geri qaytarılmasını tələb etmişdir. Ramin X6ytarmaqdan imtina etmiş və Cavabdeh provokasiyaya çəkmişdir. Bundan sonra Bakı səhəri Xətai Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirləri barədə ərizə ilə müraciət edilmiş və 2(011)-5417/2021 nömrəli, 04.08.2021-ci il tarixli qərardadla X10 Yusubovaya geri qaytarılması qərara alınmışdır. Xətai Rayon İcra Şöbəsinin əməkdaşlarının tələbi ilə İddiaçı Sara Yusubovanı anasına qaytarmağa məcbur olmuşdur. Bununla da İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş halları absurd hesab edərək qeyd edir ki, bu qisas almaqdan başqa bir sev deyil. Cavabdeh yerində olan istənilən ana öz övladını geri qaytarmaqdan ötrü hər bir şey edərdi. Cavabdeh yalnız öz övladını geri qaytarmaq üçün birgə yaşadıqları həmin mənzilə getmiş və gərgin psixo-emosional vəziyyətdə Sara Yusubovanı tələb etmişdir. Bu vəziyyətdə İddiaçı hansı formada mənəvi ziyana məruz qalması halları hələ də onlara aydın deyil. Belə bir sual yaranır ki, İddiaçı hansı mənəvi iztirablar və sarsıntılar keçirmişdir. Bunun əksinə olaraq həmin vaxt yaxınlarda doğuş həyata keçirmiş və uşağa süd vermə vəziyyətində olan ananın uşağını əlindən alaraq aparmaq özlüyündə anaya vurulmuş mənəvi ziyan kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbin heç bir əsası yoxdur, cəfəngiyyat və absurd fikirləri yer almış iddia ərizəsi heç bir hüquqi məntiqə və düşüncəyə sığmır. Bundan əlavə iddiaçı tərəfindən 25,000 manat məbləğdə pul tələb edilməklə mənəvi iztirabları sağaldacağı özlüyündə məntiqsizdir. Onun hərəkətləri nəticəsində öz övladları və yenicə doğuşdan çıxmış arvadı mənəvi iztirablar çəkmişdir və bu uşaqlarda çox mənfi psixoloji fəsadlar törətmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə etiraza münasibətini bildirərək göstərmişdir ki, cavabdehin vəkili Vəkil bilərəkdən öz etirazında yalan məlumatlar yazaraq məhkəməni aldatmaq və verəcəyi doğru qərarlardan yayındırmaq istəyir. Belə ki, etirazda yazılıb ki, guya o, 30.07.2021-ci il tarixdə X4 uşaqları zorla götürüb aparmışdır. Bu hadisə 30 iyulda deyil, 31.07.2021 tarixdə saat 14:30 radələrində olmuşdur və zaman dəqiqiliyi məsələsi çox önəmli məqamdır. Belə ki, Xətai Rayon Məhkəməsinin e-2(011)-5417/2021 (S/N 020) saylı 22.07.2021 tarixli qərardadına görə onun övladları - 05.05.2012-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə siinləri saat 11:00- dan saat 18:00-dək, 05.06.2020-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə sünləri saat ll:00-dan saat 12:00-dək ünsiyyətdə olmaları müəyyən edilsin cümləsi yazılmışdır. Məhz 31.07.2021 tarixi həftənin şənbə günü idi və uşaqları ilə qanuni görüş saatları olmalı idi. Lakin Cavabdeh məhkəmə qərardadını saymazdan gəlib uşaqları ona göstərilən 11:00-da təqdim etməmiş və o, yalnız 14:30 radələrində uşaqları Modern əyləncədə görə bilmişdiir. Oraya gəldikdə öncə sakit və təmkinli tərzdə cavabdehə demişdir ki, bugünkü qanuni vaxtından 3-4 saat kəsdiyi üçün, böyük uşağı eyni 3-4 saat gec qaytarmaq fikrindədir. Lakin cavabdeh bu sözünə istehza ilə yanaşaraq bunları demişdir: “Nə 3-4 saat, nə qərardad zad, gör heç 18:00 qədər sənə uşaq vermək fikrim var ki, hələ bir əlavə də vaxtın olsun?! Davay 15 dəqiqə burda mənim yanımda uşaqlarınla oyna, mənim işim var çıxıb gedirəm uşaqlarla”. Bundan sonra məhkəmə qərardadının qanuni qüvvədə olma müddəti ərzində uşaqlarının ikisini də götürüb yaxınlıqdakı evinə getmişdir. Bu hadisə, cavabdehin gəlib qapısında törətdiyi qanunsuz və biabırçı hərəkətlərə bir qoruyucu istinad pərdəsi də heç ola bilməzdi. Həmin tarixə artıq 44 gün idi ki, uşaqlarını görə bilmirdi. Moderndən uşaqlarla getdikdən sonra heç yarım saat keçməmiş, cavabdeh uşaqlara görə qapıya gələndə isə, kiçik qızını körpə olduğu üçün, heç qanuni bir saatını onunla keçirməmiş anasına qaytarmışdır. Böyük qızı isə evdə ona bildirdi ki, anasının qəsdən yaratdığı maneələrə görə onunla səhər tezdən görüşə bilmədiyi üçün daha çox vaxt keçirmək istəyir. Nəticədə 31.07.2021 tarixdən 18.08.2021 tarixədək, 19 gün ərzində böyük qızı Sara öz könüllü istəyi ilə onunla qalmışdır. Xətai məhkəməsinin 04.08.2021 tarixli qərardadı ilə Saranın ondan alınaraq anasına qaytarılması qərarı icra üçün Xətai İcra Şöbəsinə göndərilmiş, 16.08.2021-ci il tarixdə icra məmuru qapıya gəlib, səhəri günü Xətai Rayon İcra şöbəsinə gəlməsi üçün könüllülük kağızı imzalatdırmışdır. 17.08.2021 tarixdə Sara ilə birlikdə Xətai İcra Şöbəsinə gəlmiş, 18.08.2021 tarixdə Xətai Rayon məhkəməsində öncədən təyin olunmuş baxış iclas Sara ilə birlikdə gəlmiş, iclasda Sara hakimin qarşısında öz fikrini bildirmiş və yenə də anası ilə deyil, məhz onunla yaşamaq istədiyini qətiyyətlə söyləmişdir. Buna baxmayaraq, hakim uşağı anasına təhvil verməyi məsləhət görmüş və o da, uşağı təhvil vermişdir. Həmin günün axşamı cavabdeh uşaqların ikisini də naməlum istiqamətdə qaçırtmış və növbəti iclasa gəlməyərək vəkilinin vasitəsilə, bütün məhkəmə prosesləri bitənədək Xətai Rayon Məhkəməsinin e-2(011)-5417/2021 saylı 22.07.2021 tarixli uşaqlarla şənbə görüşməsi barədə qanuni qərardadını icra etmək fikrində olmadığını məhkəməyə çatdırmışdır. Bu hadisələrdən sonra qərardadı qərəzli icra etmədiyinə görə cavabdeh barəsində 30.08.2021 tarixli axtarış qərarı verilmiş və Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Nəticə etibarilə artıq 2 aydır ki uşaqlarını görə bilir. Cavabdeh, böyük qızı Saranı məktəbinə gedib dərlərini oxumağa, sinif yoldaşları ilə ünsiyyət qurmağa da qoymur və uşağı bilik və fiziki inkişaf cəhətdən geri salır. Sadalananları nəzərə alaraq, məhkəmədən cavabdehin vəkilinin, mənəvi zərərin ödənilməsi barədə iddiaya qarşı yazdığı etiraz ərizəsi qanunsuz və əsassız sayılmasınıvə rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib təmin edilməsini xahiş edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 46-cı maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23, 1096-cı maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 06.09.2011-ci il tarixdə nikah bağlanmış, tərəflərin bu nikahdan 05.05.2012-ci il təvəllüdlü X8 və 05.06.2020-ci il təvəllüdlü X9 anadan olmuşdur. Hazırda iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Tərəflər ayrı yaşayır və uşaqlar analarının yanındadır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5417/2021 saylı, 22.07.2021-ci il tarixli qırardadı ilə İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, onun övladları 05.05.2012-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək, 05.06.2020-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 12:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Bu zəmində tərəflər arasında yaranmış mübahisənin nəticəsində iddiaçı 05.05.2012-ci il təvəllüdlü X5 öz evinə aparmışdır. Göstərilən zaman kəsiyində cavabdeh bir neçə dəfə iddiaçının yaşadığı ünvana gedərək uşqağın ona qaytarılmasını tələb etmiş, tərəflər arasında bu səbəbdən mübahisələr olmuş, lakin heç bir nəticə əldə olunmadığından hüquq mühafizə orqanlarına, eyni zamanda məhkəməyə müraciət etmişdir. Bakı Səhəri Xətai Rayon Məhkəməsinin uşağın anaya qaytarılması barədə 2(011)- 5417/2021 saylı, 04.08.2021-ci il tarixli qərardadı qəbul edildikdən sonra Yusubov İddiaçı Saranı anası Cavabdeh qaytarmışdır. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X3 25.08.2021-ci il tarixli qərarından görünür ki, icra sənədinə əsasən tələbkar İddiaçı hər həftənin şənbə günləri uşaqları Sara və Zara ilə görüşüb ünsiyyətdə olması, lakin, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Yusubova Süleyman qızının yaşadığı yeri müəyyən etməyin mümkün olmaması əsas gətirilərək, borclu barəsində axtarış elan edilmişdir. Xətai RPİ-nin 36-cı PB-nin İddiaçı ünvanlanmış 25.08.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 157 (döymə) maddəsinin tərkibi yarandığından barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin 36-cı PB-nə təqdim edilmişdir. Qəbul edilmiş qərar iddiaçıya göndərilməklə, qərardan şikayət etmək hüququ izah olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmiş, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999cu il tarixli Qərarında göstərilir ki, “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.” Məhkəmə hesab edir ki, bu şərtlərin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddiası təmin edilir. Bundan əlavə Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən Qərarında daha sonra məhkəmələrə tövsiyyə olunmuşdur ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair işlərə baxılarkən məhkəmələrin aydınlaşdırmalı olduğu halların sırası da müəyyən edilmişdir və burada birinci sıra yayılan məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi göstərilmişdir. Qanunverici bunu Mülki Məcəllənin 23-cü maddəsinin məntiqindən çıxış edərək bu şəkildə nəzərdə tutmuşdur. Belə ki, Mülkin Məcəllənin 23-cü maddəsinin adından və məzmunundan da göründüyü kimi bu maddəyə əsaslanaraq qaldırılan iddia hər hansı doğru olan və ya doğru olmayan informasiya haqqında deyil, yalnız şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən informasiyalara aiddir. Yəni vətəndaş və ya hüquqi şəxs haqqında həqiqətə uyğun olmayan informasiya şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələmirsə, Mülki Məcəllənin 23-cü maddəsinin daxilində iddia predmeti ola bilməz. Bu halda həmin maddə üzrə iddiaçının xeyrinə məhkəmə qərarı çıxarıla bilməz. Beləliklə, iş üçün aydınlaşdırılması tələb olunan əsas məsələ yayılan informasiyanın iddiaçı tərəfin şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi halının müəyyən edilməsidir, yəni iddiaçı tərəf sübut etməlidir ki, iddia ərizəsində göstərilən informasiyalar onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin normasına görə informasiyanın həqiqətə uyğun olub-olmadığını sübut etmək vəzifəsi məlumatı yaymış şəxsə, yəni cavabdehə aiddir. Qalan bütün halları, o cümlədən yayılmış məlumatın şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələməsinin sübutu iddiaçıya aiddir. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə araşdırmaları zamanı iddia ərizəsindən, iddiaçı tərəfindən təqdim olunmuş, CD diskindən götürülmüş materiallardan İddiaçı iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması müəyyən edilməmişdir. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7832/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7832/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver