Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7932/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndna övladları xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşəna çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq 235 manat sabit pul məbləğində yeddi ayın, ümumilikdə (1645 manat) alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tələbi barədədir, tərəflər arasında xx.xx.2024-cü il tarixindən hər ayın 15-dək iddiaçıya cavabdeh tərəfindən 235 manat aliment ödənilməsi barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi (bənd 3) vardır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi olduğundan və iddiaçı alimentin könüllü ödənilməsi barədə tələblə ilk olaraq cavabdehə, bunun nəticəsindən asılı olaraq isə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqi ilə məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı saziş ilə şərtləşdirilmiş alimentin təyin edilməsi ilə iddia ərizəsi ilə birbaşa ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxılması da mümkün deyildir. Buna görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişinin cavabdeh tərəfindən könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması hallarında barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, göstərilənlərə əsasən iddiaçıya hazırkı tələblə əvvəlcə cavabdehə, onun nəticəsindən asılı olaraq isə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişin və ya onun müvafiq bəndinin təsdiq edilməsi barədə ərizə ilə məhz özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva İş № 2(011)-7932/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 13:00-da qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7932/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7932/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver