Məhkəmə qərarları › İş №2(011)-7937/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7937/2025

10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7937/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2025-ci il tarixdən hesablanmaqla iddiaçının hamiləliyi dövründə, həmçinin uşaq doğulduqdan sonra onun 3 yaşına çatanadək cavabdehdən iddiaçının saxlanılması üçün aylıq 300,00 (üç yüz) manat məbləğində alimentin, 50, 00 (əlli) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə dəqiqləşmə verərək, alimentin 28 avqust 2025-ci il tarixindən tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 26 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə nikahlarından 09 may 2014-cü il təvəllüdlü X2 və 28 mart 2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyi, onların xərclərini qarşılamadığı üçün onun aylıq gəlirlərindən alimentin tutulmasına zərurət yaranmışdır. Xətai rayon məhkəməsinin müvafiq qərarı ilə ondan uşaqların saxlanılması cavabdehdən alimentin tutulması qərara alınmışdır. Hazırda iddiaçı hamilədir. Cavabdeh ailəsi, övladları qarşısında maddi öhdəliklərini yerinə yetirmədiyi üçün hamiləliklə bağlı yaranmış xərclərimin də cavabdehdən tutulmasına zərurət yaranmışdır. Hamiləliyi həkim tərəfindən verilmiş Ginekoloji USM kağızına əsasən təsdiq edilir. Hamiləliklə əlaqədar əlavə tibbi və s. zəruri xərcləri yaranmışdır. Cavabdehin rəsmi iş yeri və müntəzəm aylıq gəliri vardır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 383057 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh və Əliyeva (Babaşova) Səma Mətləb qızı arasında 26 aprel 2008-ci il tarixdə 347 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan “X6 Mərkəzi”-nin həkimi Nəsrəddin Əmirov tərəfindən verilmiş Ginekolji USM-dən görünür ki, İddiaçı uşaqlıq boşluğunda 5 mm ölçüdə döl kisəsi ( 4 həftəlik hamiləliyə uyğun) izlənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2900/2024 saylı 14 mart 2024/cü il tarixli qətnaməsinə əsasən, 28 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına “Elektron məhkəmə informasiya” sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir və 3000 manat sabit əmək haqqı alır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1-ci maddəyə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı hazırda hamilə olduğundan və ailə qanunvericiliyinə əsasən ərin ərvadın hamiləlik dövrü və uşağın 3 yaşına çatanadək ona maddi yardım göstərmək vəzifəsi olduğundan, Cavabdeh 28 avqust 2025-ci il tarixdən başlayaraq iddiaçının hamiləliyi dövrü ərzində və uşaq 3 yaşına çatanadək 300 manat məbləğində pul vəsaiti tutularaq hər ay İddiaçı Mətləq qızına ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: mediasiya təşkilatına ödənilmiş 50 manat; Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh mediasiya təşkilatına ödənilmiş 50 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı aliment tələbi ilə bağlı iddialara münasibətdə dövlət rüsumundan azad edildiyindən 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 28 avqust 2025-ci il tarixindən başlayaraq İddiaçı hamiləliyi dövründə, həmçinin uşaq doğulduqdan sonra onun 3 yaşına çatanadək saxlanılması üçün aylıq 300 (üç yüz) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia təmin edildiyindən Cavabdeh mediasiya təşkilatına ödənilmiş 50 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar