Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7939/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı aliment tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə birgə nigahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla hər ay umumi olaraq 510 manat olmaqla sabit pul məbləğində aliment pulunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5039/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosessində alimentə dair barışıq sazişi bağlanmış, cavabdeh birgə nikahdan doğulan uşaqlara hər ay 1-dən 10una qədər tarixləri arasında 400 manat alimenti ödəməyi öz öhdəsinə götürüb. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh barışıq sazişinin şərtlərinə uyğun olaraq alimenti ödəməkdən imtina edir. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında alimentin hər ay cəmi 400 manat məbləğində ödənilməsi ilə bağlı razılıq əldə ediblər. Belə olan halda, iddiaçı hazırda olduğu kimi alimentin təyin edilməsi barədə iddia ərizəsi ilə deyil, mediasiyada bağlanmış barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında ayrıca ərizə ilə və ya alimentin miqdarının artırılması barədə ümumi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. AR MPM-nin 355-23.1-ci maddəsinə əsaəsn “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə ümumi icraat qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməli və iddiaçıya cavabdeh tərəfindən barışıq sazişinin şrtləri pozulduğu halda onun təsdiqi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya alimentin miqdarının artırılması baradə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-7939/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7939/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver