Məhkəmə qərarları › İş №2(011)-7939/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7939/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7939/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1008/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq, iddiaçının aylıq qazanc və gəliri olan əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4638/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən aliment məbləği indeksasiya olunaraq 0,667 misli həddində aliment təyin olunmuşdur. Həmin ildə minimum əməkhaqqı 345 manat təşkil edirdi və məhkəmə qətnaməsi ilə 220 manat aliment yox, ölkə üzrə müəyyən olunmuş 246 manat sabit pul məbləğində aliment indeksasiya olunmuşdur. Alimentin indeksasiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına ziddir. Odur ki, 220:345=0.637 misli təşkil edir və 0.637*400=254,8 manat, ümumilikdə 509,6 manat aliment təyin olunmalıdır. Lakin hər ay 533,6 manat aliment tutulur. Bundan əlavə aliment məbləğinin artıq olması ciddi maddi çətinliklər yaradır. Hal-hazırda Saatlı Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyirəm. Aylıq qazanc və gəliri cəmi 412 manatdır. Aliment məbləği əməkhaqqından 122 manat artıqdır və məcbur olub hər ay 122 manat borc alıb alimentə ödəyir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsni xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması barədə iddiası üzrə mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1652 nömrəli aktla “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 ( dörd yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, 51 manat məbləğində dövlət rüsumunun yarısı 25,50 (iyiimi beş manat əlli qəpik) manat və mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manatın yarısı 25 (iyirmi beş) manat olmaqla cəmi 50,50 (əlli manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması müddətinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1008/2025 saylı qətnaməsi ilə iddiaçının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı alimentin artırılması tələbi barədə ilkin, cavabdehin iddiaçıya qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1008/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4638/2023 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.667 misli miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin edilməsi ilə bağlı məhkəmə prosesləri olmuş, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.667 misli miqdarında alimentin tutulması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı hazırki iddia ərizəsində alimentin azaldılması ilə bağlı tələbini əmək haqqının az olması, daha əvvəl təyin edilmiş alimentin indeksasiyasının düzgün aparılmaması ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, alimentin indeksasiyası onun məbləğinin azaldılması üçün əsas ola bilməz. Digər tərəfdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(011)-1008/2025 saylı qətnaməsi qəbul edildiyi vaxtdan bu günədək İddiaçı “alimentin azaldılması” tələbi ilə bağlı iddiasının hüquqi və faktiki əsasları dəyişməmiş, eyni zamanda tərəflərin ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Göründüyü kimi, iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1008/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, iddiaçının aylıq qazanc və gəliri olan əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1008/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, iddiaçının aylıq qazanc və gəliri olan əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar