Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-809/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. O mərhum anası X4 ilə babası X3 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında anası vəfat edənə qədər, özü isə otuz beş ildən yuxarı bu günə qədər yaşamışlar. Cavabdeh dayısıdır və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanından onu qanunsuz və özbaşına olaraq mənzildən qeydiyyatdan çıxarmaq istəyir. Cavabdeh hər dəfə qeydiyyatda olduğu evdə onu döyür, üstünə hücum çəkir, xəsarət yetirir və ona əl qaldırır. Dayısı olduğuna görə o polis orqanlarına şikayət etməmişdir. Lakin Cavabdeh ünvan 1 ünvanına nalayiq söyüşlər söyərək, üstünə hücum çəkmiş, onu evdən zor gücünə küçəyə ev paltarında qovaraq, qapını yeganə yaşadığı və onun da payının olduğu mənzilin qapısını bağlı saxlayaraq evə buraxmır. Ona məxsus bütün əmlakları, paltarları, sənədləri, əşyaları, vəsaiti mübahisəli mənzildədir.
2. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin, 103 saylı mənzil mərhum babası X3 məxsus olubdur. Həmin mənzildə mərhum babası X.A.Cahangirov, nənəsi F.Ə Cahangirova, anası X4 və dayısı Cavabdeh adları olmuşdur. O da X1 qızı olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin, 103 saylı mənzildə 35 ildən yuxarı qeydiyyatdadır və istifadə etmişdir və yeganə yaşadığı mənzilidir.
3. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzildən cavabdeh X5 məni qanunsuz olaraq zor gücünə döyməklə bayıra qoyubdur. Həmin mənzildə daimi qeydiyyatda olduğundan həmin mənzilə köçürülməyi və mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən özbaşına və qanunsuz qoyulan maneələrin aradan qaldırılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir.
İddiaçının tələbi:
4. İddia tələbinin təmin edilib, qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin, 103 saylı mənzilinə köçürülməyi, mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehlərin etirazı:
5. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, dekabrın ayından etibarən mülki işin araşdırılması davam edir. İddiaçı bayırda saxlanılır və cavabdeh üzərinə müvəqqəti təminat tədiri ilə məhdudiyyət qoyulmuş əşyaları dəyər-dəyməzə oğurlayub satır. Bununla bağlı polisə müraciət etmişdirlər və orada araşdırma davam edir. O həmçinin öz izahatında bildirmişdir ki, cavabdeh mənzilin qapısını dəyişib iddiaçını bayırda saxlayır. Bu kimi maneələr yaradır və bu səbəbdən iddia ilə məhkəməyə müraciət etmişlər və həmçinin cavabdeh iddiaçıya məxsus sənədlərin də əsillərini götürüb. Bakı şəhəri, General Şıxlinski küçəsi 40№-li yaşayış evinin 103 saylı mənzildə iddiaçının anasının payının açıq saxlanılması ilə bağlı sənəd də tərəflərindən təqdim edilmişdir. O cavabdehin məhkəmədə iddiaçının yaşayış yerinin başqa olması və Solmaz xanımın övladı olmaması ilə bağlı müxtəlif bəhanələr gətirdiyini, lakin iddiaçının Solmaz xanımın övladı olması ilə bağlı sənədləri məhkəməyə təqdim etdiklərini bildirmişdirlər. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixli məhkmə hazırlıq iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı onun bacısının qızı deyildir, bacısı onun xalası olmuşdur. X8 heç vaxt övladı olmamışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçının onunla eyni evdə qalması mümkün deyildir. Cavabdehə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan mülki işə baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi.
9. XV-ЖГ №475561 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı atası X9, anası X2r.
10. xx.xx.1978-ci il tarixli, №177145 saylı order.
11. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, General Şıxlinski küçəsi 40№-li yaşayış evinin 103 saylı mənzili X3 verilmişdir.
12. AZ-İ № 276992 saylı “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X7 xx.xx.2008-ci il tarixdə ölmüşdür.
13. AZ-İİ № 425899 saylı “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
14. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 46 saylı arayışa əsasən İddiaçı Bakı şəhəri, General Şıxlinski küçəsi 40 saylı evin 103 saylı mənzilində yaşayır.
15. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 09 saylı arayışa əsasən İddiaçı Bakı şəhəri, General Şıxlinski küçəsi 40 saylı evin 103 saylı mənzilində qeydiyyatdadır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubu. 17.İ-ЖГ № 263185 nömrəli “Övladlığa götürmə haqqında” Şəhadətnamə.
18. Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
19. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdu. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
23. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
29. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§25) Mülki iş materiallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının ana babasından miras qalmışdır. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən miras əmlakı bir hissədə cavabdehin adına qeydiyyata alınmış, bir hissədə isə açıq saxlanmışdır.(§8) XV-ЖГ №475561 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı atası X9, anası X2r. (§9) İddiaçının anası xx.xx.2022-ci il tarixində vəfat etmişdir, (§13) iddiaçı həmin ünvanda yaşayır və anasının vərəsəsi kimi miras əmlakını faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (§26) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı anasının qanun üzrə vərəsəsi olması, mübahisəli ev olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında yerləşən ümumi sahəsi 59.28 kv/m olan mənzildə yaşaması, faktiki sahibliyi həyata keçirib onu idarə etməsi, onun həmin əmlaka mülkiyyət hüququna gözləntisinin olması səbəbindən müvafiq iş üzrə subyektiv hüququ mövcuddur.
30. Məhkəmə mülki iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, Masıyeva İddiaçı Solmaz Xıdır qızı tərəfindən övladlığa götürülmüşdür və X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Mülki materiallarını araşdıran zaman X1 açıq saxlanılmış miras payının qəbulundan imtinası aşkar edilməmişdir. Belə ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.
31. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
32. Məhkəmə 1983-cü ildə anadan olmuş iddiaçının uşaqlıqda həmin mənzildə yaşamasını, mənzildən istifadə hüququna cavabdehin zor tətbiq etməklə maneə etməsi hallarını da nəzərə alaraq qeyd edir ki, iddiaçının həm mülkiyyətə gözlənti hüququ, həm də 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsinə əsasən həmin mənzilə istifadə hüququ mövcuddur.
33. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. Göründüyü kimi, iddiaçının mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş vermiş və iddiaçı altı aydan qısa bir müddətdə məsələni məhkəmədə mübahisələndirmişdir.
34. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§23)
35. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ (mülkiyyətə gözlənti hüququ) üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Həmçinin, cavabdeh tərəfin izahatlarından da görünür ki, o iddiaçının gələcəkdə mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr törədə bilər. (§7) Belə ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunaraq mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, mənzilə köçürülməli və mənzilin giriş qapısına və otaqdakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılmalıdır.
36. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında yerləşən mənzilə köçürülməli və mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılmalıdır .
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında yerləşən mənzilə köçürülsün və mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələr aradan qaldırılsın.
3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova