Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-81/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiya), gecikdirilmiş faizin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. "Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 13 mart 2019-cu il tarixdə “Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350,00 (üç yüz əlli) manat olmaqla cəmiyyətə poladəridən vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliklərini Cavabdehnə ötürdükdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1026/k saylı, 11 sentyabr 2019-cu il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 11 sentyabr 2019-cu il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Cavabdeh ilə İddiaçı arasında 18 sentyabr 2019-cu il tarixdə “Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350,00 (üç yüz əlli) manat olmaqla cəmiyyətə poladəridən vəzifəsinə işə qəbul olunmuş, bundan sonra 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi”nə edilmiş 26 yanvar 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 550,00 (beş yüz əlli) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 29 may 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 800,00 (səkkiz yüz) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 25 oktyabr 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.200,00 (bir min iki yüz) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 30 mart 2022-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.400,00 (bir min dörd yüz) manata və 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi”nə edilmiş 04 oktyabr 2022-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.350,00 (bir min üç yüz əlli) manata dəyişdirilmişdir. Cavabdeh 236/k saylı, 24 dekabr 2022-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən 26 dekabr 2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Bundan başqa qeyd edirik ki, iddiaçının yuxarıda qeyd olunan cəmiyyətlərdə tutduğu vəzifə zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na uyğun olmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmişdir). Belə vəzifələrdə işləyən şəxslərə aylıq əmək haqqıdan (vəzifə maaşından) əlavə zərərli işdə işdədiyi müddət ərzində qanunvericiliklə müəyyən edilmiş aylıq əlavə faiz məbləğləri verilməmişdir.
4. Cavabdeh iddiaçının sonuncu iş günü, yəni 26 dekabr 2022-ci il tarixdə 13 mart 2019-cü il tarixdən başlayaraq 26 dekabr 2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri, istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləğləri iddiaçıya ödəməmişdir.
İddiaçının tələbi:
5. İddiaçı "SEN İnşaat” MMC-də işlədiyi 13 mart 2019-cu il - 11 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 13 mart 2019-cu il tarixdən 11 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı “İnam-2019" MMC-də işlədiyi 18 sentyabr 2019-cu il- 26 dekabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı “İnam-2019" MMC-də işlədiyi 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin habelə, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000,00 (bir min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200,00 (iki yüz) manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. xx.xx.2023-cü il tarixində İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı "SEN İnşaat” MMC-də işlədiyi 13 mart 2019-cu il - 11 sentybr 2019-cu il iş dövrü ərzində ona ödənilməmiş 138,58 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 2078,97 manat ödəncin, ödənilməmiş 147,75 manat (vergi və digər ödənişlər xaric) son haqq-hesabın, həmçinin 138,58 manat məbləğində əmək haqqının və 147,75 manat son haqq-hesabın ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 18 sentyabr 2019-cu il - 26 dekabr 2022ci il iş dövrü ərzində ona ödənilməmiş 3553,66 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 10731,74 manat ödəncin, ödənilməmiş 528,14 manat məzuniyyət haqqının və onun gecikdirilməsinə görə hesablanmış 2151,93 manat məbləğində ödəncin, həmçinin 3553,66 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 (iki yüz) manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
7. 28 mart 2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edlməmiş məzuniyyətin əvəzi olaraq kompensasiya məbləğinin, mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin 22 fevral 2022-ci il tarixindən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. 19 aprel 2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edlməmiş məzuniyyətin əvəzi olaraq kompensasiya məbləğinin, mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək hazırki iş üzrə iddia müddətini tətbiq edərək İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, istifadə edlməmiş məzuniyyətin əvəzi olaraq kompensasiya məbləğinin, mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
10. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 öz izahatında qeyd etmişdir ki, ekspertiza rəyində ziddiyyətlər mövcuddur, rəy həqiqəti əks etdirmir. Təqdim edilmiş sənədlər sonrakı tarixə tərtib edilmiş sənədlərdir ki, cavabdeh tərəfindən ekspertizaya təqdim edilmişdir, bu sənədlər də düzgün hesablanmaya maneə olmuşdur. Ekspertiza rəyinin təsviri hissəsində göstərilir ki, iyun 2022ci ildə 11 tam iş günü, iyul 2022-ci ildə 20 tam iş günü, avqust 2022-ci ildə 11 tam iş günü, dekabr 2022-ci ildə 2 tam iş günü işdə olmamışdır. Dekabr ayında 2022-ci ildə 5 nəfər komissiya üzvünün tərtib etdiyi və rəhbərliyin təsdiq etdiyi akta əsasən (14 iş günü üçün) işdə olmamışdır. İş materiallarında olan İnam-2019 MMC-nin 28 saylı 31 iyul 2020-ci il tarixli əmrinə əsasən işçilər 01-31 avqust 2020-ci il üçün ödənişsiz məzuniyyətə buraxılmışdır. Eyni zamanda İnam-2019 MMC-nin 30M saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən ƏM-nin 146.1ci maddəsinə əsasən müəssisədə istehsalat dayandırılmış və işçilər 01-31 sentyabr 2022-ci il üçün ödənişsiz məzuniyyətə buraxılmışlar. Tərəflərindən məhkəməyə təqdim edilmiş aktlar işçilərin işdə olduğunu sübut edən sənədlərdir. Guya 01-31 sentyabr 2022-ci il tarixlərdə istehsalat dayandırılıb və işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır, lakin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə işdə olmuşdur, aktları nəzarətçi daha doğrusu tabelçi təsdiq etmişdir. Avqust 2022-ci ildə 11 tam iş günü işdə olmaması göstərilsə də 12 iş gününə dair aktlar vardır ki, burada bütün işçilərin imzası mövcuddur. Onlarda olan aktlar ən azından 11 gün iş günü işdə olmasını təsdiq edir. İkinci ekspertiza rəyi ilə razı deyildir, ilk ekspertiza rəyi ilə razıdır və ilk ekspertiza rəyi verildikdən sonra iddia tələbinə dəqiqləşmə etmiş və həmin iddia tələbini müdafiə edir. Təqdim etdiyi sənəddə işçilərin adları Cavabdeh MMC-nin işçiləri ilə eynidir. Artıq təcrübə belə formalaşıb ki, zavodlarda hər gün işçilər tərəfindən imza edilir, daha sonra əmək haqqının hesablanması üçün bu sənəd təqdim edilir. X10 icraatında olan iş üzrə də iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirmədən saxlasa da Ali Məhkəmə tərəfindən qətnamə ləğv edilmişdir. Ləğvin əsas səbəbi ondan ibarətdir ki, əmək haqqı tələbləri üzrə iddia müddəti 1 il təşkil edir. O, qeyd etmişdir ki, iddia müddətinin axımı işçinin işdən çıxdığı vaxtdan sonraya aid edilməlidir. Hüququn pozulduğu an ifadəsinə şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verilməlidir. Əmək münasibətlərində tələb etmə anı mövcud olmadığından qanunverici tələb etmə anını özü müəyyənləşdirir, belə ki, ƏM-nin 296.3-cü maddəsinə əsasən, tələb etmə anı hüququn pozulduğunun aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın və son haqqhesab sənədlərinin verildiyi gündür. Müqavilə münasibətlərində bu tənzimlənsə də burada tənzimlənmir. İlk ekspertiza rəyində qeyd edilmiş məbləğlə və həmin məbləğin iddiaçıya ödənilməsi ilə razıdır. "xxxx" MMC-nin hüquqi varisi məhz Cavabdeh MMC-dir, sorğular verilmiş və bunu təsdiq edən sənədlər də mülki iş materiallarına əlavə edilmişdir. Məhkəmədən iddia müddətinin tətbiq edilməməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş sənədlərin Cavabdeh MMC-yə məxsusluğunu təsdiq edən heç bir sübut yoxdur. Hazırki iddia tələbi ödənişlə bağlıdır, ödənişlərlə bağlı tələblərə də 1 illik iddia müddəti şamil olunur. Əgər işçiyə əmək haqqı və digər ödənişlər vaxtında verilmədisə və ya əskik verildisə, bunu mübahisələndirmək üçün işdən çıxma zamanını gözləmək və son haqqhesab zamanı bunu mübahisələndirmək düzgün deyildir. Artıq bu məsələ ilə bağlı iddia müddətinə kifayət qədər anlayış və şərhlər verilmişdir. Məhkəmədən ikinci ekspert rəyi əsas götürülərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X12 öz izahatında qeyd etmişdir ki, İddiaçı tanıyır, o özü də 2017-ci ildən 2023-cü ilin iyun ayının 12-sinə qədər Cavabdeh MMC-də işləmişdir. İddiaçı orada polad əridən vəzifəsində çalışmışdır. Gün ərzində standart 12 saat işləmişlər. Ödənişsiz məzuniyyətə buraxılma və ya istehsalatın dayandırılması halları heç vaxt olmamışdır. Hətta karantin və müharibə dövründə də onlar işdə olmuşlar. Vüqar işə gəlməsə belə, bu 1-2 gün ola bilər, çünki, işçi sayı çox azdır və hansısa işçinin işə gəlməməsi işə ciddi maneə olur. Vüqarla bütün növbələrdə birlikdə işləməsələr də, həftənin ən az 3-4 günü birlikdə olmuşlar. Vüqarın işdə olmasına əmindir ona görə ki, qanunauyğun olaraq polad əritmədə (“peç”də) 5 nəfər olmalıdır, hansısa bir işçinin yerində olmaması işin dayanmasına gətirib çıxara bilər. 12 saatlıq iş rejimi ilə 3 növbədə çalışmışlar. Sexin içərisində “peç”də işləyənləri mütləq şəkildə görürdü. Bir ayda 21 iş günü varsa, rahat şəkildə bunun 15-16 gününü Vüqarla qarşılaşa bilərdi, bunun tam deyilməsi mümkün deyil. Hər hansı xəstəlik olarsa, bundan mütləq xəbəri olardı. Vüqar çox pis formada yanıq xəsarətləri almışdı ki, həmin vaxt uzun müddət işə gəlməmişdir, təxmini 2022-ci il idi, ancaq qış ayları deyildi, ayın tarixini isə dəqiq xatırlamır. Hal-hazırda həmin müəssisədə işləmir, Cavabdeh MMC-yə qarşı işdə xəsarət aldığına görə, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə görə təzminat üçün iddia tələbi irəli sürmüşdür.
13. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X8 öz izahatında qeyd etmişdir ki, 2018-ci ildən 2023-cü ilin iyun ayına qədər Cavabdeh MMC-də işləmişdir. Ödənişsiz məzuniyyətə buraxılma və ya istehsalatın dayandırılması halları heç vaxt olmamışdır. 12 saatlıq iş rejimi üzrə saat 8-dən 8-ə qədər işləmişdir. Vüqarla iş növbələri fərqli olsa da onun uzun müddət işə gəlməməsi olmamışdır. Yaz-yay aylarında 2022-ci ildə yanıq xəsarətləri alan zaman Vüqar işə gəlməmişdir. Növbələri fərqli olsa da növbəni təhvil verən zaman Vüqarı görürdü. 21-22 iş gününün 14 gününü növbələri təhvil-təslim edərkən Vüqarı görmüşdür. Onun müəssisədə işlədiyi dövr ərzində ödənişsiz məzuniyyət olmamışdır, əmək haqqının ödənilməsində gecikmə olsa da heç vaxt əmək haqqının ödənilməməsi olmamışdır. Əmək haqqlarını hər ayın 10-15-i almışlar. Məzuniyyət ərizəsinə imza çəksə də o müddətdə də işləmişdir və maaşını almışdır. (bir dəfə 2019-cu ildə, bir dəfə də 2022-ci ilin oktyabr ayında.) Oktyabr ayında hamıya məzuniyyətlə bağlı imza çəkilmə təklif edilsə də hamı bununla razılaşmamış, imza çəkənlər də, çəkməyənlər də olmuşdu. Oktyabr ayının olması dəqiq yadındadır. 2019-cu ildə də eyni hal olmuşdur. İmza çəkmək üçün kadrlar şöbəsinə getmişdirlər. O, sexin içərisində işləmiş və “Peç”dən onlara metal verilir, onlar isə süzülmə ilə məşğul olurlar. Cəmi bir dəfə 2023-cü ilin mart ayında maaşı əskik verilmiş, bununla bağlı şikayətini də bildirmişdir. Hal-hazırda Cavabdeh MMC-yə qarşı məhkəmədə heç bir iddia tələbi irəli sürməmişdir. Müəssisənin fəaliyyət göstərib göstərməməsi ilə bağlı heç bir məlumatı yoxdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. İş materiallarına əlavə edilmiş İddiaçı Sosial Arayışına əsasən, 18 sentyabr 2019cu il tarixli “Əmək müqaviləsi”nə edilmiş 26 yanvar 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 550,00 (beş yüz əlli) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 29 may 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 800,00 (səkkiz yüz) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 25 oktyabr 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.200,00 (bir min iki yüz) manata, 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi"nə edilmiş 30 mart 2022-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.400,00 (bir min dörd yüz) manata və 18 sentyabr 2019-cu il tarixli “Əmək müqaviləsi”nə edilmiş 04 oktyabr 2022-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.350,00 (bir min üç yüz əlli) manata dəyişdirilmişdir.
15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2023 tarixli əməliyyat dövrlərini əhatə edən plastik kart əməliyyatları üzrə hesabdan çıxarış.
16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-xx.xx.2022 tarixli əməliyyat dövrlərini əhatə edən xx.xx.2022-ci il tarixli hesabdan çıxarış.
17. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2023-00117 nömrəli xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci dövlət hesabına ödənilmişdir.
18. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 11/19 №-li əmrə əsasən, İddiaçı 3 saylı sex üzrə (əritmə sahəsi) poladəridənin vəzifə təlimatları ilə tanış olmuş və surətini almışdır.
19. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanmış ərizəyə əsasən onu xx.xx.2019-cu il tarixdən poladəridən vəzifəsinə işə qəbul etməsini xahiş etmişdir.
20. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 45/19 №-li əmək müqaviləsinə (kontrakt) əsasən, işəgötürən X1 Vüqar Əli oğunu 3 saylı sex üzrə poladəridən vəzifəsinə qəbul etmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış, işçi xx.xx.2019-cu il tarixdən işə başlamışdır. İşçiyə hər ay 350 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Əlavə məzuniyyətin müddəti 21 təqvim günüdür.
21. 05 yanvar 2021-ci il tarixli xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə (kontraktına) dəyişiklik edilməsi barədə müqaviləyə əsasən, Cavabdeh MMC-nin direktoru X5 digər tərəfdən müəssisədə poladəridən vəzifəsində işləyən İddiaçı 05 yanvar 2021-ci il tarixdən işçinin vəzifə maaşının 550 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişdirlər.
22. İddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-nin direktoru Aslanov Rasimə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixindən əmək məzuniyyəti verilməsini xahiş etmişdir.
23. Cavabdeh MMC-nin direktoru Aslanov Rasim tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, N 30/M nömrəli əmrə əsasən, İddiaçı verilmiş 27 təqvim günü olan məzuniyyətin xx.xx.2021-ci il tarixinədək uzaldılması qərara alınmışdır.
24. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin direktoru X4 ərizə ilə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin şərtləri işəgötürən tərəfindən dəfələrlə pozulduğundan əmək müqavilsinə xitam verilməsini xahiş etmişdir.
25. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, 24 noyabr 2022-ci il tarixli ərizəsində göstərilmiş xahişin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun həll edilməsinin təmin olacağını bildirmişdirlər.
26. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlara əsasən heç bir məlumat vermədən müəssisəsin ərazisini tərk etmiş işçilər sırasında İddiaçı da adı vardır.
27. Cavabdeh MMC tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli, 236 №-li əmrə əsasən, İddiaçı ilə bağlanmış 18 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən 26 dekabr 2022-ci il tarixindən xitam verilməsi və bununla əlaqədar olaraq müvafiq məlumatların elektron informasiya sistemində qeydiyyata alınmasının təmin edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin və əmək kitabçasının 26 dekbar 2022-c il tarixində İddiaçı rəsmi qaydada verilməsinin təmin edilməsi və İddiaçı istifadə etmədiyi 27 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi hesablanmaqla, son haqq-hesabın onun sonuncu iş günündə ödənilməsinin təmin edilməsi ilə bağlı əmr vermişdir.
28. "xxxx" ASC tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı **********0944-21096 nömrəli hesabına 912,37 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
29. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı 2022-ci il üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən çıxarış cədvəlinə əsasən, hesablanmış son haqq hesab 1026,71 manat, əmək haqqından tutulma DSMF-na 93,80 manat, icbari tibbi sığortaya görə tutulma 20,53 manat, cəmi ödənilməmiş məbləğ 912,38 manat məbləğindədir.
30. Cavabdeh MMC tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli, 30-M №-li əmrə əsasən, müəssisədə istehsalatın 01 sentyabr 2022-ci il tarixdən etibarən 1 ay müddətinə dayandırılması, inzibati heyət istisna olmaqla müəssisənin istehsalatına cəlb edilmiş və siyahısı bu əmrə əlavə edilmiş işçilər 01 sentyabr 2022-ci il tarixindən etibarən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılması və ödənişsiz məzuniyyətə buraxılmış işçilərin işə çıxma günü 01 oktyabr 2022-ci il tarixi müəyyən edilməsi əmr edilmişdir.
31. xx.xx.2022-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılan işçilərin adlı siyahısında 3 saylı sex üzrə İddiaçı da adı qeyd edilmişdir.
32. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində əmək məzuniyyətindən istifadə etməyinə icazə verilməsini xahiş etmişdir.
33. Cavabdeh MMC-in direktoru Rasim Aslanov tərəfindən verilmiş 15 oktyabr 2022-ci il tarixli, 144-M №-li əmrə əsasən, Cavabdeh MMC-nin 3 saylı sexdə poladəridən vəzifəsində işləyən İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 21 təqvim günü əsas, 6 təqvim günü əmək şəraitinə görə əlavə məzuniyyədən ibarət olmaqla cəmi 27 təqvim günü əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2022-ci il tarixindən işə başlaması əmr edilmişdir.
34. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı 2019-2020-ci il illər üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən çıxarış.
35. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı 2021-ci il il üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən çıxarış.
36. İddiaçı məxsus əmək kitabçasına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də “Poladəridən” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 68-2-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də 3 saylı sexdə poladəridən vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-2-ci maddəsinin a) bəndinə əsasən (işçinin ərizəsinə əsasən) əmək müqaviləsinə xitam verilmişdir.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 9/4181 nömrəli məhkəmə-mühasibat ekspertizası rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı 13 mart 2019-cu il- 11 sentyabr 2019-cu il tarixədək "SEN İnşaat” MMCdə və 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-də poladəridən vəzifəsində işlədiyi müddətdə əmək haqqının, son haqq-hesabin və məzuniyyət haqqlarının hesablanması üzrə əlavə hesablanmalı olan ümumi məbləğ 18782,63 manat olmaqla, 3672,24 manat əmək haqqı, 10984,67 manat ödənilməmiş əmək haqq üzrə cərimə, 1826,04 manat əmək haqqının ödənilməsinin gecikməsi üzrə cərimə, 2299,68 manat məzuniyyət və son haqq-hesab üzrə ödəmələr təşkil etdiyi müəyyən edilmişdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 9/10084 nömrəli məhkəmə-mühasibat ekspertizası rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı 19 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-də Pəladəridən vəzifəsində işlədiyi müddətdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 5 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla), əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesab üzrə əlavə olaraq ödənilməli məbləğ 4217,10 manat məbləğində müəyyən edilir o cümlədən: xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə -- 3.589,56 manat; xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə ----627,54 manat; Ekspert qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 9/4181 saylı ilkin ekspert rəyi ilə hazırki rəy arasında olan fərqlər onunla izah olunur ki, hazırki təyin edilmiş ekspertiza ilə ekspert qarşısında qoyulmuş suallar fərqli olmaqla yanaşı, 142 vərəqədən ibarət tədqiqat obyektləri iş materiallarına əlavə edilmişdir ki, hesablamalar zamanı qeyd edilən əlavə sənədlər nəzərə alınmışdır.
39. 31 iyul 2020-ci il tarixli, 28 №-li əmrə əsasən, 01 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin 3 saylı sexində istehsalat fəaliyyəti dayandırılmış və bununla əlaqədar olaraq işçilər qrup və bununla əlaqədar olaraq işçilər qrup halında onların hər birinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamaq şərti ilə 01 avqust 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılması və əmrin şəxsi heyətə elan olunması əmr edilmişdir. Öz hesabına buraxılmış 3 saylı sexin işçilərinin siyahısında İddiaçı da adı qeyd edilmişdır.
40. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlara əsasən, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikasının Konstitusiyası: 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
42. İnsan hüquqlarının və X7 haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
135. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 290.2. 2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.
49. H. Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli Qərarı.
50. R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli Qərarı.
51. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı.
52. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
53. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, proses iştirakçılarının izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.
54. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. (§44)
55. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir. (§44)
56. İddiaçı "SEN İnşaat” MMC-də işlədiyi 13 mart 2019-cu il - 11 sentyabr 2019-cu il iş dövrü ərzində ona ödənilməmiş 138,58 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 2078,97 manat ödəncin, ödənilməmiş 147,75 manat (vergi və digər ödənişlər xaric) son haqq-hesabın, həmçinin 138,58 manat məbləğində əmək haqqının və 147,75 manat son haqq-hesabın ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 18 sentyabr 2019-cu il - 26 dekabr 2022-ci il iş dövrü ərzində ona ödənilməmiş 3553,66 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 10731,74 manat ödəncin, ödənilməmiş 528,14 manat məzuniyyət haqqının və onun gecikdirilməsinə görə hesablanmış 2151,93 manat məbləğində ödəncin, həmçinin 3553,66 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 (iki yüz) manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbi bir neçə hissədən ibarətdir.
57. Məhkəmə iddia tələbinin “İddiaçı "SEN İnşaat” MMC-də işlədiyi 13 mart 2019-cu il - 11 sentybr 2019-cu il iş dövrü ərzində ona ödənilməmiş 138,58 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 2078,97 manat ödəncin, ödənilməmiş 147,75 manat (vergi və digər ödənişlər xaric) son haqq-hesabın, həmçinin 138,58 manat məbləğində əmək haqqının və 147,75 manat son haqq-hesabın ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 18 sentyabr 2019-cu il - 26 dekabr 2022-ci il iş dövrü ərzində ona ödənilməmiş 3553,66 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 10731,74 manat ödəncin, ödənilməmiş 528,14 manat məzuniyyət haqqının və onun gecikdirilməsinə görə hesablanmış 2151,93 manat məbləğində ödəncin, həmçinin 3553,66 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.
58. Məhkəmə eyni zamanda qeyd edir ki, 28 mart 2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 və xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Vəkil “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə yerləşdirdikləri ərizələrdə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdirlər. (§7, §9)
59. Məhkəmə hesab edir ki, iddiaçı real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda məhkməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə iddia tələbi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə hesablanmalıdır.
60. Məhkəmə qeyd edir ki, AR ƏM-nin 296-cı maddəsinə əsasən fərdi mübahisələr zamanı mübahisələrin həllinə iddia müddəti tətbiq edilir. AR MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir və 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki qanunvericiliyin məzmununundan da göründüyü kimi, mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. (§44, §43)
61. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin bir çox Plenum qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (§47, §49, §50 və s.).
62. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (§47).
63. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (Case of Stagno v. Belgium xx/xx/2009).
64. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyayaqarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. (Case of Mıragall Escolano and others v. Spaın xx/xx/2000)
65. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iki ekspertiza keçirilmiş, məhkəmə sonuncu ekspertizanın rəyini işi hallarına daha uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 9/10084 nömrəli məhkəmə-mühasibat ekspertizası rəyi ilə xx.xx.2023-cü il tarixli, 9/4181 saylı ilkin ekspert rəyi arasında olan fərqlər onunla izah olunur ki, sonuncu təyin edilmiş ekspertiza ilə ekspert qarşısında qoyulmuş suallar fərqli olmaqla yanaşı, 142 vərəqədən ibarət tədqiqat obyektləri iş materiallarına əlavə edilmişdir ki, hesablamalar zamanı bütün mülki iş materiallarına əalvə edilmiş səənədlər nəzərə alınmışdır. (§37, §38)
66. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 9/10084 nömrəli məhkəmə-mühasibat ekspertizası rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı 19 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-də Poladəridən vəzifəsində işlədiyi müddətdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 5 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla), əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesab üzrə əlavə olaraq ödənilməli məbləğ 4217,10 manat məbləğində müəyyən edilir o cümlədən: xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə - 3.589,56 manat; xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə - 627,54 manat təşkil edir. (§38)
67. İddiaçı tərəf cavabdeh tərəfin təqdim edilmış tabel uçot vərəqlərini, MMC tərəfindən tərtib edilmiş “Akt” məlumatlarını və sairəni mübahisələndirsə də rəsmi yazılı sənədləri şahid ifadələri ilə təkzib edildiyini iddia etmişdir. (§10) Lakin şahidlərlə iddiaçının fərqli növbələrdə işlədiyi, müəyyən aktlara imza atdıqlarını etiraf etmələri, şahidlərdən birinin cavabdehlə məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. (§12, §13)
68. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsinə iddia müddəti tətbiq edilməli və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə 627,54 manat məbləğində pul cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır.
69. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.mənəvi zərər qeyri-əmlak zərəri olmaqla Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
71. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. (§48)
72. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
73. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
74. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.(§52)
75. Lakin məhkəmə araşdırması zamanı cavabdehin hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin iddiaçının mənəvi sarsıntı, iztirab keçirməsinə səbəb olması ilə bağlı hər hansı səbəbli əlaqə müəyyən edilməmiş, iddiaçı tərəf bu məsələlərə aydınlıq gətirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edir.
76. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq 627,54 manat məbləğində pul cavabdeh “İnam-2019" MMC-dənİddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə 100 manat və 150 manat olmaqla cəmi 250 manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
79. Məhkəmə qeyd edir ki , 50 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
80. Məhkəmə iddia tələbinin hüquqi yardıma çəkilmiş 200 (iki yüz) manat xərcin cavabdeh “İnam-2019" MMC-dən İddiaçı xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflər arasında mütənasib bölünməlidir. Bu səbəbdən hüquqi yardıma çəkilmiş 200 (iki yüz) manat xərc iddiaçının özünə aid edilməlidir.
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə 627,54 (altı yüz iyirmi yeddi) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.
3. 50 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.
4. Hüquqi yardım üçün çəkilmiş 200 (iki yüz) manat xərc iddiaçının özünə aid edilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat və 150 manat olmaqla cəmi 250 manat Cavabdeh MMC-dən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
7. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin.
8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova