Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8135/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı Kreditor MMC-nin Borclu qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1773 manat borc məbləği və 20 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmrin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, tərəflər arasında 07.03.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 11-ci maddəsinin 1-ci və 2-ci bəndilərnə görə müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir. Müqaviləni qeyd edilən bəndlərindən də göründüyü kimi kreditor məhkəməyə ərizə ilə müraciət etməzdən əvvəl borcluya mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı məlumat göndərməli, mübahisə bu yolla həll olunmadıqda məhkəməyə müraciət edə bilərdi. Lakin ərizəyə mübahisənin danışıq yolu ilə həll edilməsi üçün xəbərdarlıq məktubu əlavə edilsə də, onun borcluya nə göndərilməsi, nə də çatdırılması barədə sübutlar işə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, bu məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264, 268- ci maddəsini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC-nin Borclu qarşı “məhkəmə əmrinin çıxarılması barədə” ərizənin qəbulundan imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8135/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8135/2021
15.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver