Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8140/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “cehiz əşylarının mənzildən çıxarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı Zəngilan rayonundan məcburi köçkün düşümüşdür. O, ünvan 2, 50 saylı fərdi yaşayış evində (bundan sonra – Fərdi yaşayış evi) məskunlaşmışdır, Fərdi Yaşayış evində 2002-ci ildən tarixdən iddiaçı yaşayır.
2. Cavabdeh iddiaçının keçmiş gəlini, X3 arvadı olmuş, Bəhruz Əsgərovla xx.xx.2022-ci il tarixdə nikaha daxil olduqdan sonra Fərdi yaşayış eviə gəlin köçmüş və 2024-cü ilin yay aylarınadək orada yaşamışdır. Cavabdehlə Bəhruz Əsgərovun nikahı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1105/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin yaşayış yeri hazırda ünvan 1 ünvanıdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehə məxsus olan 1 ədəd “Elit” sandıq çarpayı, 1 ədəd “Elit” dolab, 1 ədəd “Elit” tumba, 1 ədəd “Elit” vitrin 2 qapılı, 1 ədəd “Elit” kamod, 1 ədəd “Əntiqə” masa, 8 ədəd “Araz” stul, 1 ədəd tək adamlıq çarpayı, mətbəx mebeli və mətbəx divanı, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, kondisioner, 1 ədəd televizor, DVD player, 1 ədəd qaz sobası, aspirator, 1 ədəd elektrikli soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən maşın, 1 ədəd mixer, “Eurolux” markalı blender dəsti, 1 ədəd blender, 1 ədəd ütü, 1 ədəd ütüaltlığı, 1 ədəd tozsoran, 1 ədəd sərinkeş, 1 ədəd bürünc çilçıraq, 3 ədəd çilçıraq, bürünc divar saatı, yataq otağı üçün ikili pərdə, qonaq otağı üçün iki pəncərəlik ikili pərdə, mətbəx pərdəsi, pərdə, 1 ədəd ağ rəngli Təbriz xalçası, 1 ədəd rəngli Təbriz xalçası, qəhvəyi rəngli Kaşmir xalça, balaca Təbriz xalçası, 2 ədəd balaca xalça, ümumi dəyəri 1 ədəd dəvə yunundan taxt döşəyi, 1 ədəd dəvə yunundan taxt yorğanı, 2 ədəd dəvə yunundan tək adamlıq yorğan, 2 ədəd bamboo tək adamlıq döşək, 6 ədəd bamboo balış, bamboo taxt balışı, 4 ədəd dördkünc taxt üçün balaca balış, taxt üstlüyü, süd rəngli taxt adyalı nazik, 2 ədəd qalın taxt ədyalı (yaşıl, boz), 2 ədəd tək adamlıq qalın ədyal (qəhvəyi), 2 ədəd tək adamlıq nazik ədyal (göy), 3 ədəd taxt pasteli, 2 ədəd tək pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd bədən dəsmalı, çay dəsmalları, skater, skater su keçirməyən, aksesuar skater əldə toxunma qaşlı, hamam xalatı, Qranit qazan dəsti, Tefal qazan dəsti, çuqun qazan dəsti, 3 ədəd çuqun dərin qablar, 3 ədəd plastik dərin qablar, bıçaq dəsti, 2 ədəd süzgəc, 7 ədəd ədviyyat qabı, qabyığan, 1 ədəd moyka, krant, 1 ədəd qaşıq dəsti, gündəlik işlətmək üçün 60 parça qab dəsti, çörək qabı (taxta böyük), 2 ədəd çörək qabı (balaca), asılqanlı qara qaşıq dəsti, 1 ədəd kartof-soğan qabı, 1 ədəd çaşka dəsti, mürəbbə qabı, 2 ədəd xrustal qapaqlı ayaqqabı qəndqabı, polsilən, 1 ədəd ayaqqabı yığılan, 1 ədəd çaydan, 1 ədəd çaynik, 2 ədəd gecə işığı, 3 ədəd zibilqabı, hamam üçün sabunqabı dəsti, xırda mətbəx ləvazimatları, ləpəqabı (hündür qızılı), şirniyyat qabı (ayaqsız qızılı), 2 ədəd kağız dəsmal qabı, 1 ədəd şüşə şirniyyat qabı (ayaqlı), Meduza güldan, 2 ədəd Meduza meyvəqabı, 2 ədəd Meduza konfetqabı, xrustal meyvəqabı, 2 ədəd xrustal konfetqabı, Meduza dolça, 6 su, 6 araq rumkası, 6 ədəd rəngarəng rumka dəsti, çəmçəli xrustal dəsti, yemək servis dəsti, çay servis dəsti, 12 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal şirə stəkanı, 2 ədəd xrustal ayaqlı qəndqabı, eləcə də geyim əşyaları olan uzun balonka palto, qısa balonka gödəkcə, cins gödəkcə, qara gödəkcə, 2 ədəd pencək, vetrovka, 5-6 ədəd köynək, şalvarlar, 7-8 ədəd don, uzunboğaz ayaqqabı, 7-8 cüt idman ayaqqabısı, 2-3 cüt makasin ayaqqabı, 3 cüt sabo, 6-7 ədəd çanta, aksessuarlar, saatlar və eynəklərdən ibarət əşyaların ünvan 2 ünvanında yerləşən 50 saylı evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun gəlini olmuşdur. X1 ilə Cavabdeh xx.xx.2022-ci ildə nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından övladları yoxdur. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(073)- 1105/2024 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Cavabdeh ona məxsus olan Fərdi yaşayış evinə gəlin gəlmişdir. Cavabdehə məxsus əmlaklar Fərdi yaşayış evindədir. Dəfələrlə cehiz əşyalarının mənzildən çıxarılmasını cavabdehdən tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır.
b. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
9. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələb təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. Məhkəmə qeyd edir ki, cavabdehin özünə məxsus cehiz və geyim əşyalarını, məişət avadanlıqlarını götürməməsi və həmin əşyaların Fərdi yaşayış evidə saxlanılması iddiaçının mülkiyət hüquqlarının pozulmasına səbəb olur və həmin əşyaların uzun müddətə Fərdi yaşayış evidə qalması iddiaçını qeyri-müəyyən müddətə məsuliyyət yükü altında saxlayır. Çünki istər konstitusiyon müddəalar, istərsə də digər qanunvericilik müddəaları mülkiyyətçiyə öz əmlakından istədiyi kimi istifadə etmək, sahiblik etmək, həmin əmlakdan digər şəxslərin istifadəsinə yol verməmək, habelə bu hüquqlarını həyata keçirməkdən ötrü əmlakının müqəddəratını həll etmək imkanını tanıyır. Mülkiyyətə qanunsuz müdaxilə, yaxud onun sahibinin digər hüquqlarının həyata keçirilməsinə istənilən maneənin yaradılması isə qanunla qadağan hüquq pozuntusudur. Odur ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının Fərdi yaşayış evindən çıxarılmasını tələb etmək haqlıdır.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları - olan 1 ədəd “Elit” sandıq çarpayı, 1 ədəd “Elit” dolab, 1 ədəd “Elit” tumba, 1 ədəd “Elit” vitrin 2 qapılı, 1 ədəd “Elit” kamod, 1 ədəd “Əntiqə” masa, 8 ədəd “Araz” stul, 1 ədəd tək adamlıq çarpayı, mətbəx mebeli və mətbəx divanı, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, kondisioner, 1 ədəd televizor, DVD player, 1 ədəd qaz sobası, aspirator, 1 ədəd elektrikli soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən maşın, 1 ədəd mixer, “Eurolux” markalı blender dəsti, 1 ədəd blender, 1 ədəd ütü, 1 ədəd ütüaltlığı, 1 ədəd tozsoran, 1 ədəd sərinkeş, 1 ədəd bürünc çilçıraq, 3 ədəd çilçıraq, bürünc divar saatı, yataq otağı üçün ikili pərdə, qonaq otağı üçün iki pəncərəlik ikili pərdə, mətbəx pərdəsi, pərdə, 1 ədəd ağ rəngli Təbriz xalçası, 1 ədəd rəngli Təbriz xalçası, qəhvəyi rəngli Kaşmir xalça, balaca Təbriz xalçası, 2 ədəd balaca xalça, ümumi dəyəri 1 ədəd dəvə yunundan taxt döşəyi, 1 ədəd dəvə yunundan taxt yorğanı, 2 ədəd dəvə yunundan tək adamlıq yorğan, 2 ədəd bamboo tək adamlıq döşək, 6 ədəd bamboo balış, bamboo taxt balışı, 4 ədəd dördkünc taxt üçün balaca balış, taxt üstlüyü, süd rəngli taxt adyalı nazik, 2 ədəd qalın taxt ədyalı (yaşıl, boz), 2 ədəd tək adamlıq qalın ədyal (qəhvəyi), 2 ədəd tək adamlıq nazik ədyal (göy), 3 ədəd taxt pasteli, 2 ədəd tək pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd bədən dəsmalı, çay dəsmalları, skater, skater su keçirməyən, aksesuar skater əldə toxunma qaşlı, hamam xalatı, Qranit qazan dəsti, Tefal qazan dəsti, çuqun qazan dəsti, 3 ədəd çuqun dərin qablar, 3 ədəd plastik dərin qablar, bıçaq dəsti, 2 ədəd süzgəc, 7 ədəd ədviyyat qabı, qabyığan, 1 ədəd moyka, krant, 1 ədəd qaşıq dəsti, gündəlik işlətmək üçün 60 parça qab dəsti, çörək qabı (taxta böyük), 2 ədəd çörək qabı (balaca), asılqanlı qara qaşıq dəsti, 1 ədəd kartof-soğan qabı, 1 ədəd çaşka dəsti, mürəbbə qabı, 2 ədəd xrustal qapaqlı ayaqqabı qəndqabı, polsilən, 1 ədəd ayaqqabı yığılan, 1 ədəd çaydan, 1 ədəd çaynik, 2 ədəd gecə işığı, 3 ədəd zibilqabı, hamam üçün sabunqabı dəsti, xırda mətbəx ləvazimatları, ləpəqabı (hündür qızılı), şirniyyat qabı (ayaqsız qızılı), 2 ədəd kağız dəsmal qabı, 1 ədəd şüşə şirniyyat qabı (ayaqlı), Meduza güldan, 2 ədəd Meduza meyvəqabı, 2 ədəd Meduza konfetqabı, xrustal meyvəqabı, 2 ədəd xrustal konfetqabı, Meduza dolça, 6 su, 6 araq rumkası, 6 ədəd rəngarəng rumka dəsti, çəmçəli xrustal dəsti, yemək servis dəsti, çay servis dəsti, 12 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal şirə stəkanı, 2 ədəd xrustal ayaqlı qəndqabı, eləcə də geyim əşyaları olan uzun balonka palto, qısa balonka gödəkcə, cins gödəkcə, qara gödəkcə, 2 ədəd pencək, vetrovka, 5-6 ədəd köynək, şalvarlar, 7-8 ədəd don, uzunboğaz ayaqqabı, 7-8 cüt idman ayaqqabısı, 2-3 cüt makasin ayaqqabı, 3 cüt sabo, 6-7 ədəd çanta, aksessuarlar, saatlar və eynəklərdən ibarət əşyaları – İddiaçı sahibliyində olan ünvan 2, 50 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı