Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8246/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında 30 aprel 2011-ci il tarixdə 603 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamış, birgə nikahdan bir övladı – xx.xx.2012-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdeh ilə ailə həyatı qurduqları gündən maliyyə tərəfi baxımından, bir ailə başçısı kimi evin maddi ehtiyaclarını imkan daxilində ödəməyə çalışsa da, ailədə sıxıntılarının olmasına baxmayaraq, zamanla ailəyə qarşı laqeydsiz yanaşmağa başlamışdır. Cavabdehin rəsmi dövlə iş yeri olmasına baxmayaraq, onlar bir ailə üzvü kimi, nə iddiaçı, nə də azyaşlı qızı cavabdehin aylıq əmək haqqını görmüşdür. Cavabdeh evə baxmır, övladının maddi tələbatını ödəmir. Şəxs aldığı məvaciblə, ailə həyatı qurduqları gündən bir müddət sonra, kənarda qadınlarla görüşür. Aldığı məvacibi həmin xanımlara xərcləyir. Yəni evə gec saatlarında sərxoş halda gəlməsi, telefonda açıq aşkar iddiaçıya xəyanət etməsi ilə fəxr etməsi, iddiaçını alçaldıcı hərəkətləri ilə övladının gözü qarşısında dözülməz bir həddə çatdırması azmış kimi, övladının maddi tələbatını belə ödəmir. İllərdir cavabdeh ilə bir ailədə yaşayış bütün baş verənlərə dözüb yaşamaq, ən azından maliyyə cəhətdən mümkün deyildir. Səbəbi cavabdehin övladının necə yaşaması ilə maraqlanmaması, onun təlim tərbiyəsi ilə məşğul olmamasıdır. İddiaçı özü işləmədiyindən övladının saxlanmasında çətinlik çəkir. Azyaşlı qız övladının illər keçdikcə böyüməsi, onun maddi təlabatının artmasını, atası tərəfindən heç bir maddi köməklik görmədiyi üçün, hətta azyaşlı övladının bu ilin yeni tədris ili üçün, atasına yaxınlaşıb, məktəbə qədər hazırlıq bazarlığını xahiş etdikdə, atası ona heç bir maddi köməklik göstərə bilməyəcəyini bildirdikdə, övladının maddi rifahını düşünüb tədris ilinin başlanmasına son ay qalmış, fərqli-fərqli məkanlarda günəmuzd işləyib, gündəlik aldığı pul vəsaitini toplayıb, övladının məktəbə hazırlıq tedarükünü özüm almışdır. Ata olan şəxs övladı ilə heç maraqlanmamışdır, bu gün də maraqlanmamaqda davam edir. Bu səbəbdən də, iddiaçı, Cavabdeh ilə birgə rasmi nikahda olmamasına baxmayaraq, azyaşlı övladının maddi rifahını təmin etmədiyini nəzərə alıb, məcburiyyət qarşısında qalaraq, aliment pulunun ödənilməsi tələbi ilə məhkəmə müraciət etməli olmuşdur. İddiaçı prosedur olaraq, ərizə ilə Mediasiya Şurasına müraciət etmiş, Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/6-01873 nömrəli, 01 oktyabr 2024-cü il tarixli müvafiq arayış almışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahından dünyaya gələn xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 664683 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Həsənova (Nəhmətova) Samirə İbrahim qızı arasında 30 aprel 2011-ci il tarixdə nikah bağlanmış və 603 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 011297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17 avqust 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, eyni zamanda iddia təmin edilməli və Cavabdeh 17 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni 07 oktyabr 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 17 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Cavabdeh 60 manat mediasiya xərci İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8246/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8246/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver