Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-84/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiyanın), gecikdirilmiş faizin (ödəncin), mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiyanın), gecikdirilmiş faizin (ödəncin), mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 13 mart 2019-cu il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350,00 (üç yüz əlli) manat olmaqla, o, cəmiyyətə növbə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliklərini Cavabdehnə ötürdükdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2019-cu il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən 20 sentyabr 2019-cu il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ilə İddiaçı arasında 25 sentyabr 2019-cu il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350,00 (üç yüz) manat olmaqla, o, cəmiyyətə növbə rəisi vəzifəsinə işə qəbul olunmuş, bundan sonra 25 sentyabr 2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş 26 yanvar 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 600,00 (altı yüz) manata, 25 sentyabr 2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş 29 may 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 1.000,00 (bir min) manata və 25 sentyabr 2019-cu il tarixli "Əmək müqaviləsı"nə edilmiş oktyabr 2021-ci il tarixli dəyişikliklərinə əsasən iddiaçının əmək haqqısı 2.500,00 (iki min beş yüz) manata artırılmışdır. Cavabdeh MMC-nin 233/k saylı, 24 dekabr 2022-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 26 dekabr 2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa iddiaçının yuxarıda qeyd olunan cəmiyyətlərdə tutduğu vəzifəsi “Zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na uyğun olmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmişdir) vəzifələrdə işləyən şəxslərə aylıq əmək haqqıdan (vəzifə maaşından) əlavə zərərli işdə işdədiyi müddət ərzində qanunvericiliklə müəyyən edilmiş aylıq əlavə faiz məbləğləri verilməmişdir. Belə ki, Cavabdeh iddiaçının sonuncu iş günü yəni, dekabr 2022-ci il tarixdə 13 mart 2019-cu il tarixdən başlayaraq 26 dekabr 2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri (ödənci), istifadə edilməmiş məzuniyyət haqqını (kompensasiyanı) hesablamamış və həmin məbləğləri iddiaçıya ödəməmişdir. İddiaçının cavabdeh arasında olan əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən müsbət cavab verilməmiş, bundan sonra iddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı iddiaçının əmək mübahisəsinə baxmaq üçün mediator X2 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 01 fevral 2023-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdeh tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X4 tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi barədə MŞB/9/2023-00120 nömrəli, 01 fevral 2023-cü il tarixli Arayış verilmişdir. Cavabdeh hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla iddiaçının əmək qanunverici müəyyən edilmiş hüquqlarını pozmaqdadır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, İddiaçı "xxxx" MMC-də işlədiyi 13 mart 2019-20 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 13 mart 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı Cavabdeh MMC-də işlədiyi 25 sentyabr 2019-cu il -26 dekabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı Cavabdeh MMC-də işlədiyi 25 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının Cavabdeh MMC-də işlədiyi 25 sentyabr 2019-cu il-26 dekabr 2022-ci il dövrü ərzində ödənilməmiş 2758,44 manat əmək haqqının və əmək haqqının gecikdirilməsi üzrə hesablanmış 1990,35 manat və ödənilməmiş əmək haqqı üzrə hesablanmış 6713,85 manat ödəncin, həmçinin 2758,44 manat məbləğində əmək haqqının ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin, o cümlədən məzuniyyət və son haqq-hesab üzrə ödənilməli olan 2100,40 manatın və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin, həmçinin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 illik müddəası hazırkı mülki iş üzrə tətbiq edilə bilməz. 296-cı maddəsinin 1-ci və 2-ci hissəsi 1 aylıq və 3 aylıq müddətlərdən söhbət gedir, 3-cü hissə isə əmək hüquqlarının pozulmasının hansı vaxtdan yarandığını, müddətinin axımının başlanğıcını ifadə edir. Konkret olaraq göstərilir ki, işçinin əmək hüquqlarının pozulmasını bildiyi an, əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin surətinin işçiyə verildiyi andır. Həmin maddədinin 4-cü hissəsi isə pul tələbi ilə bağlı iddia müddətini ifadə edir. 4cü maddə 3-cü maddə nəzərə alınmaqla məhkəmə tərəfindən tətbiq oluna bilər. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, əmək kitabçası həmin tarixdə ona təqdim olunmuş, 2023-cü il yanvar ayında iddiaçı mediasiyaya, fevral ayında isə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində bildirmişdir ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi olduğundan, mübahisə üzrə tələbə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, Əmək Məcəlləsi ilə tənzimlənən 296.2-ci maddədə nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməlidir. İşin mübahisəsiz halıdır ki, iddia İddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçasının əsli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və son haqq-hesab üzrə ödənişin ödənilməsi təmin edilmişdir. Belə olan halda iddia müddətinin axımı 27 dekabr 2022-ci il tarixdən başlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə, yəni müddətinin axımının başlamasından 13 gün sonra mediasiyanın tətbiqi barədə təklif göndərmiş və xx.xx.2023-cü il tarixdə arayış almış və xx.xx.2023-cü il tarixdə, yəni arayışın alınmasından 25 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı hazırkı hüququnun pozulduğunu bildiyi xx.xx.2022-ci il tarixdən (mediasiya prosesinə sərf edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət çıxılmaqla) 38 gün keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işdən çıxdığı xx.xx.2022-ci il tarixində ona əmək müqaviləsinin xitamına dair bildiriş, əmək kitabçası, son haqq-hesab və s. verilmişdir və əgər işçi olaraq ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətin ödənilmədiyini hesab edirsə, əmrin surətini, əmək kitabçasını və son haqq-hesab aldığı vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış “25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 05 yanvar 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, 05 yanvar 2021-ci il tarixdən işçinin vəzifə maaşı 600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 25 sentyabr 2019-cu il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-də növbə rəisi vəzifəsində İddiaçı aylıq əmək haqqı 350 manat təşkil etmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-də növbə rəisi vəzifəsində İddiaçı aylıq əmək haqqı 600 manat təşkil etmişdir. İş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-də növbə rəisi vəzifəsində İddiaçı aylıq əmək haqqı 2500 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanladığı 29 noyabr 2022ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla Cavabdeh MMC arasında bağlanan əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən dəfələrlə pozulduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli 233 №-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, 3 saylı sex bölməsində növbə rəisi vəzifəsində işləyən İddiaçı Əli oğlu ilə bağlanılmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən işçinin xx.xx.2022-ci il tarixli ərizəsinə görə xx.xx.2022-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 73 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib Kənan Qəribova həvalə edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 26 dekabr 2022-ci il tarixli əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli İltizamın surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra həmin Cəmiyyətin kadrlar sahəsinin rəisi X3 tərəfindən əmək kitabçasının əsli və əmək müqaviləsinə xitam verilməsi barədə 26 dekabr 2022-ci il tarixli 233 saylı əmrin surəti İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 102/63 nömrəli 21 iyun 2022-ci il tarixli “İddiaçı ödənişsiz məzuniyyəti haqqında” Əmrin surətindən görünür ki, Cavabdeh MMC, 3 saylı sex bölməsində növbə rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021xx.xx.2022-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 39 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi, İddiaçı xx.xx.2022-ci il tarixindən işə başlaması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 30-M nömrəli 25 avqust 2022ci il tarixli “İstehsalatın dayandırılması və bununla bağlı işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması haqqında” Əmrin surətindən görünür ki, müəssisədə istehsalat 01 sentyabr 2022-ci il tarixindən etibarən 1 ay müddətinə dayandırılmış, inzibati heyət istisna olmaqla müəssisənin istehsalatına cəlb edilmiş və siyahısı bu əmrə əlavə işçilər 01 sentyabr 2022-ci il tarixindən etibarən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılması, ödənişsiz məzuniyyətə buraxılmış işçilərin işə çıxma günü 01 oktyabr 2022-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan İnam-2019” MMC tərəfindən verilmiş 30-M nömrəli 25 avqust 2022-ci il tarixli əmrə 1 №-li əlavədən görünür ki, xx.xx.2022-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılan işçilərin adları siyahısında 3 saylı sex üzrə növbə rəisi İddiaçı da qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 73 nömrəli 24 sentyabr 2022-ci il tarixli “İddiaçı əmək məzuniyyəti haqqında” Əmrin surətindən görünür ki, Cavabdeh MMC, 3 saylı sex bölməsində növbə rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2019xx.xx.2020-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 25 təqvim günü (əsas məzuniyyətin bir hissəsi) əmək məzuniyyəti verilmiş, İddiaçı xx.xx.2022-ci il tarixindən işə başlaması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, hazırki iş üzrə qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq, məhkəməyə iddia müddətinin tətbiqi barədə vəsatət göndərməklə, İddiaçı məhkəməyə müraciət etdiyi 27 fevral 2023-cü il tarixi nəzərə alaraq, 27 fevral 2022-ci tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Belə olan halda isə cavabdeh qeyd olunan iddia ərizəsi ilə bağlı özünə aid hissəsində son bir ili nəzərə çatdırmaq istəyir. Belə ki, İddiaçı iddia ərizəsində "xxxx" MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsini bağladığını, həmin əmək müqaviləsinə əsasən onun əmək haqqısı 350 manat olmaqla cəmiyyətdə növbə rəisi vəzifəsinə işə qəbul olunduğunu, "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMC-yə ötürdükdən sonra "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən iddiaçını tutduğu vəzifədən azad edildiyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir. Cavabdeh qeyd edir ki, "xxxx" MMC iddiaçı ilə əmək müqaviləsi bağladığı dövrdə ümumiyyətlə Cavabdeh MMC adında qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmayıbdır. Yəni 2019-cu il tarixində "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMC-yə keçirməmişdir. Cavabdeh MMC həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Digər tərəfdən iddiaçı qeyd edir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350 manat olmaqla, o, cəmiyyətə növbə rəisi vəzifəsinə qəbul olunmuş, bundan sonra xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə verilmiş, xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən əmək haqqısı 600 manata, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 1000 manata, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 2500 manata dəyişdirilmişdir. Cavabdeh MMC 233 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Cavabdeh MMC iddiaçının sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri, istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləğdə iddiaçıya ödənməmişdir. Cavabdeh bildirir ki, iddiaçı və cavabdeh xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və həmin əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 350 manat məbləğində müəyyən edilmiş və MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və tərəflərindən iddiaçıya işlədiyi müddətlərdə əmək haqqı tam olaraq ödənilmişdir. İddiaçının sonuncu iş günü xx.xx.2022ci il olaraq müəyyən edilmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, bildirmişdir ki, işəgötürən tərəfindən dəfələrlə əmək müqaviləsinin şərtləri pozulduğuna görə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əgər həqiqətən də iddiaçı hazırda hüquqlarının pozulmasını iddia edirdisə, o zaman vaxtında məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı son haqqı-hesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aldıqdan və işdən çıxdıqdan sonra belə bir iddia tələbi irəli sürmüşdür. İddiaçı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 233 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. Belə ki, hazırda iddia ərizəsi ilə bağlı son bir ili məhkəmənin nəzərinə çatdıraraq cavabdeh bildirir ki, iddiaçının xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 2500 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2022-ci ilin fevral ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 3084,75 (2500 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 177,97 manat + gecə saatı üçün 406,78 manat) manat məbləğində əmək haqqından DSMF-na 309,90 manat və İcbari Tibbi Sığortaya 61,69 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin fevral ayı üçün ümumilikdə 2713,16 manat məbləğində ödəniş edilmişdir. İddiaçı 2022ci ilin mart ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 3024 (2500 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 140 manat + gecə saatı üçün 384 manat) manat məbləğində əmək haqqından DSMF-na 303,52 manat və İcbari Tibbi Sığortaya 60,48 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin mart ayı üçün ümumilikdə 2660 manat məbləğində ödəniş edilmişdir. İddiaçı 2022-ci ilin aprel ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 2969,70 (2500 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 106,06 manat + gecə saatı üçün 363,64 manat) manat məbləğində əmək haqqından DSMF-na 297,82 manat və İcbari Tibbi Sığortaya 59,39 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin aprel ayı üçün ümumilikdə 2612,49 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ilin may ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 3021,58 (2500 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 176,26 manat + gecə saatı üçün 345,32 manat) manat məbləğində əmək haqqından DSMF-na 303,27 manat və İcbari Tibbi Sığortaya 60,43 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin may ayı üçün ümumilikdə 2657,88 manat məbləğində ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 2022-ci il üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəlindən və 2022-ci ilin fevral, mart, aprel və may ayları üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı yuxarıda adı çəkilən aylar üzrə vaxtlı-vaxtında işdə olmaqla, vəzifə üzrə öhdəliklərini yerinə yetirmiş və nəticədə iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə əmək haqqı ödənişləri edilmiş və eyni zamanda həmin aylarda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla iddiaçıya əlavə işlədiyi saatlar üçün də ödənişlər edilmişdir. Bundan sonra iddiaçı 2022-ci ilin iyun ayında əmək haqqısını alarkən həmin ayda işlədiyi və işləmədiyi günlər nəzərə alınmaqla, ona əmək haqqı ödənişi və həmin ayda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla əlavə işlədiyi saatlar üzrə ödənişlər edilmişdir. Məhkəməyə təqdim edilmiş 2022-ci ilin iyun ayı üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı iyun ayının 25, 26, 29, 30 tarixlərində heç bir üzrlü səbəb göstərmədən işə çıxmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi nəzərdə tutulmuşdir. Yəni işçi 4 gün işləyib, 2 gün istirahət edirdi. Belə ki, məhkəməyə təqdim edilmiş həmin iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı həmin iyun ayının 22-nə qədər 4 gün işləyib, 2 gün istirahətdə olmuş, lakin iyun ayının 23, 24, 25, 26 tarixlərində işləməli olduğu halda iddiaçı 23 və 24 tarixlərində işdə olmuş, lakin 25, 26 tarixlərində işdə olmamış, 27 və 28 tarixləri isə onun istirahət günü hesab edildiyindən istirahətdə olmuş, 29 və 30 tarixlərində isə yenidən işə çıxmamışdır. Əmək Məcəlləsinin 10-cu maddəsindən isə görünür ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməkdir. Göründüyü kimi iddiaçı üzrlü səbəb olmadan işə çıxmadığından həmin dövr üzrə əmək funksiyalarını icra etmədiyindən, ona əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada həmin günlər üzrə əmək haqqı ödənilməmişdir. İddiaçıya 2022-ci ilin iyul ayı üzrə ona görə ödəniş edilməmişdir ki, iddiaçı 2022-ci ilin iyun ayının 20-si tarixində ərzə ilə cavabdehə müraciət edərək, xx.xx.2022-ci il tarixindən onu ödənişsiz məzuniyyətə buraxmaqlarını xahiş etmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli 102/63 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 39 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilmişdir, iddiaçının işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərildiyi kimi iddiaçı xx.xx.2022-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olduğu üçün ona avqust ayında işlədiyi günlər nəzərə alınmaqla, əmək haqqı ödənişi və həmin ayda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla əlavə işlədiyi saatlar üzrə ödənişlər edilmişdir. İddiaçıya 2022-ci ilin sentyabr ayı üzrə ona görə ödəniş edilməmişdir ki, cavabdeh “istehsalatın dayandırılması və bununla bağlı işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması haqqında” xx.xx.2022-ci il tarixli 30-M nömrəli əmr qəbul etmiş və həmin əmrə əsasən MMC-nin təqsiri olmadan müəssisədə istehsalat xx.xx.2022-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılmış və inzibati heyət istisna olmaqla, müəssisənin istehsalatında cəlb olunmuş və siyahısı bu əmrə əlavə edilmiş işçilər (İddiaçı) xx.xx.2022-ci il tarixindən etibarən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar və ödənişsiz məzuniyyətə buraxılmış işçilərin işə çıxma günü xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsi 146-ci imperativ norma ilə qeyd edir ki, işəgötürənin təqsiri olmadan istehsalatın dayandırılması halı baş verdikdə işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Hazırda isə görünür ki, MMCnin təqsiri olmadan istehsalatın dayandırılması halı baş vermiş və nəticədə yuxarıda adıçəkilən əmrə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən etibarın 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Sonra iddiaçı sentyabr ayında ödənişsiz məzuniyyətdə olduğu vaxt xx.xx.2022-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixindən əmək məzuniyyətindən istifadə etməyinə icazə verilməsini xahiş etmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli 73 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 25 təqvim günü (əsas məzuniyyətin bir hissəsi) əmək məzuniyyəti verilmişdir və iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilmiş əmək məzuniyyətinə görə məzuniyyət haqqı 2022-ci ilin oktyabr ayında ödənilmişdir. Lakin iddiaçıya oktyabr ayının 28, 29, 30 tarixləri üçün əmək haqqı ödənişi edilməmişdir. Göstərilən hala səbəb iddiaçının həmin tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işdə olmaması idi, halbuki, iddiaçı xx.xx.2022-ci il tarixindən işə başlamalı idi. İddiaçıya 2022-ci ilin noyabr ayı üçün ümumilikdə hesablanmış 1000 manat məbləğində əmək haqqından DSMF-na 91 manat və İcbari Tibbi Sığortaya 20 manat məbləğində ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin noyabr ayı üçün ümumilikdə 889 manat məbləğində ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 2022-ci ilin noyabr ayı üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçıya 2022-ci ilin noyabr ayı üzrı ona görə tam məbləğdə əmək haqqı ödənilməmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən heç bir üzrlü səbəb göstərmədən işə çıxmamış, xx.xx.2022-ci il tarixində isə cavabdehə ərizə ilə müraciət edərək onunla bağlanan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçi işdən çıxma barədə ərizəsini işəgötürənə təqdim etdiyi gündən bir təqvim ayı bitdikdən sonra onun işə çıxmamaq kimi hüququ yaranır. Bu hal da ona dəlalət edir ki, işçi yazılı ərizəsini işəgötürənə təqdim etdikdən sonra bir təqvim ayında müddətində işə gəlməməlidir. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gene göstərmədiyi halda işdən azad olunması tarixi ilə bağlı işəgötürən tərəfindən rəsmi şəkildə xəbərdar edilir. İddiaçı işdən çıxma barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün MMC tərəfindən işdən azad olunması tarixi ilə bağlı rəsmi qaydada xəbərdar edilmiş, lakin iddiaçı bir təqvim ayı ərzində işə gəlməli olduğu halda gəlməmiş və iddiaçı ərizəsini təqdim etdiyi gündən bir təqvim ayı bitdikdən sonra MMC tərəfindən xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və iddiaçı ancaq həmin gün MMC-yə gələrək əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmri təhvil almış və iddiaçıya qanunvericiliyin tələblərinə uyğun şəkildə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanmaqla ödənilmişdir. Cavabdeh qeyd edir ki, iddiaçı əmək haqqının və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğində ödəncin ödənilməsi hissəsində iddia ərizəsi əsassız və qanunvericiliyin tələblərinə əsasən ziddir. Belə ki, yuxarıda qeyd edilən hallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər ay əmək haqqı ödənişləri edilmiş, eyni zamanda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla iddiaçıya ödənişlər edilmiş, əmək məzuniyyətinə çıxdığı halda məzuniyyətə görə iddiaçıya ödəniş edilmiş, iddiaçı üzrlü səbəblərdən işə gəlmədiyi hallardan başqa ona vaxtlı-vaxtında əmək haqqı ödənişi edilmiş, işçi ödənişsiz məzuniyyətə çıxdığı üçün ona qanunvericilikdə nəzərdə tutulan qaydada ödəniş edilməmiş, MMC-nin təqsiri olmadan istehsalatda dayandırma halları baş verdiyindən iddiaçı ödənişsiz məzuniyyətə göndərildiyindən ödəniş edilməmiş, iddiaçı MMC-dən işdən azad edilən zaman onunla son haqq-hesab aparılmış və MMC-nin iddiaçıya istifadə etmədiyi məzuniyyət əvəzi olaraq ödənilməmiş kompensasiya məbləği qalmamışdır. Eyni zamanda əmək haqqının və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğində ödəncin ödənilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırkı əmək mübahisəsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin ona ödənilməmiş əmək haqqı borcunun və istifadə etmədiyi məzuniyyətə görə kompensasiya borcunun olduğunu iddia edir. Cavabdeh MMC tərəfindən isə iddiaçıya heç bir borcunun olmadığı yuxarıda göstərilən dəlillərlə məhkəmənin nəzərinə çatdırılır və belə olan halda görünür ki, artıq tərəflər arasında fərdi əmək mübahisəsi yaranmış olur və Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə əsasən tərəflər arasında fərdi əmək mübahisəsi yarandığı təqdirdə ödənişin gecikdirilməsinə görə ödəncin verilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Bundan əlavə iddiaçının iddia tələbinin cavabdeh tərəfində ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsi ilə əlaqədar isə iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir. Ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9655 saylı, 16 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçının 25 sentyabr 2019-cu ildən 26 dekabr 2022-ci il tarixədək işlədiyi dövr ərzində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 05 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla ödənilməmiş (ələ alınacaq) əmək haqqı məbləği 656,26 manat məbləğində, ödənilməmiş məzuniyyət haqqı məbləği isə 0,00 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ödənilməli olan qalıq əmək haqqı, məzuniyyət haqqı, pul əvəzi (kompensasiya) və onların düzgün ödənilməməsinə görə hər günə hesablanmış cərimənin (hər gün üçün 1%) məbləği (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 05 iyul 2004-cü il tarixli qərarın tələbləri nəzərə alınmaqla) ümumilikdə 4542,66 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2019-cu il tarixindən – xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində ona ödənilməmiş ımək haqqı və istifadə etmədiyi məzuniyyətə görə ödənilməli pul əvəzinin (kompensasiyanın) məbləği ümumilikdə 656,26 manat məbləğində müəyyən edilmişdir. Ödəniməmiş əmək haqqı – 656,26 manat, ödənilməmiş məzuniyyət haqqı – 0,00 manat. İddiaçı mediasiyaya müraciət etdiyi tarix nəzərə alınaraq, onun Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ona ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə hesablama müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra bu məcəlləyə istiad olunacaq) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 2 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3 (4-1-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 135 (2-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 156 (1-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172 (5-ci hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296 (4-cü hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296 (5-ci hissə). Əmək Məcəlləsinin 3-cü maddəsi müəyyən edir ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, İşəgötürən isə — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını müəyyən edən həmin Məcəllənin 9-cu maddəsiə görə, işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququna malikdir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC və İddiaçı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 350 manat təşkil etmişdir. 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi 26 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər növbə rəisi vəzifəsində işləyən işçi İddiaçı vəzifə maaşının 600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi 29 may 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər növbə rəisi vəzifəsində işləyən işçi İddiaçı vəzifə maaşının 1000 manat məbləğində müəyyən edilməsi barədə, 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi 23 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən isə iddiaçının vəzifə maaşının 2500 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. 29 noyabr 2022-ci il tarixdə İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən dəfələrlə pozulduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdehin 24 dekabr 2022ci il tarixli 233 №-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən 3 saylı sex bölməsində növbə rəisi vəzifəsində işləyən İddiaçı Əli oğlu ilə bağlanılmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən işçinin xx.xx.2022-ci il tarixli ərizəsinə görə xx.xx.2022-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 73 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib Kənan Qəribova həvalə edilmişdir. 26 dekabr 2022-ci il tarixdə iddiaçı əmr ilə tanış olmuş və əmək kitabçasını cavabdehdən almışdır. Hazırda iddiaçı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiyanın), gecikdirilmiş faizin (ödəncin), mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh MMC-də işlədiyi 25 sentyabr 2019-cu il-26 dekabr 2022-ci il dövrü ərzində ödənilməmiş 2758,44 manat əmək haqqının və əmək haqqının gecikdirilməsi üzrə hesablanmış 1990,35 manat və ödənilməmiş əmək haqqı üzrə hesablanmış 6713,85 manat ödəncin, həmçinin 2758,44 manat məbləğində əmək haqqının ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin, o cümlədən məzuniyyət və son haqq-hesab üzrə ödənilməli olan 2100,40 manatın və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində ödəncin, həmçinin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9655 saylı, 16 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçının 25 sentyabr 2019-cu ildən 26 dekabr 2022-ci il tarixədək işlədiyi dövr ərzində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 05 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla ödənilməmiş (ələ alınacaq) əmək haqqı məbləği 656,26 manat məbləğində, ödənilməmiş məzuniyyət haqqı məbləği isə 0,00 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ödənilməli olan qalıq əmək haqqı, məzuniyyət haqqı, pul əvəzi (kompensasiya) və onların düzgün ödənilməməsinə görə hər günə hesablanmış cərimənin (hər gün üçün 1%) məbləği (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 05 iyul 2004-cü il tarixli qərarın tələbləri nəzərə alınmaqla) ümumilikdə 4542,66 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2019-cu il tarixindən – xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində ona ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə ödənilməli pul əvəzinin (kompensasiyanın) məbləği ümumilikdə 656,26 manat məbləğində müəyyən edilmişdir. Ödəniməmiş əmək haqqı – 656,26 manat, ödənilməmiş məzuniyyət haqqı – 0,00 manat. İddiaçı mediasiyaya müraciət etdiyi tarix nəzərə alınaraq, onun Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ona ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə hesablama müəyyən edilməmişdir. Məhkəmə iddia tələblərini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia tələbi üzrə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda 25 sentyabr 2019-cu il tarixdən işlədiyi dövrdə real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda, 25 sentyabr 2019-cu il tarixdən başlayaraq məhkəməyə müraciət etdiyi 20 fevral 2023-cü il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının 25 sentyabr 2019-cu ildən 26 dekabr 2022-ci il tarixədək işlədiyi dövr ərzində “ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödənilməli pul əvəzinin tutuması” hissəsində təmin edilməməlidir. Eyni zamanda iddia tələbi iddiaçının 25 sentyabr 2019-cu ildən 26 dekabr 2022-ci il tarixədək işlədiyi dövr ərzində “ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödənilməli pul əvəzinin tutuması” hissəsində də təmin edilməməlidir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9655 saylı, 16 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mediasiyaya müraciət etdiyi tarix nəzərə alınaraq, onun Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ona ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə hesablama müəyyən edilməmişdir. Beləliklə, hazırkı iddia tələblərinin “ödənilməmiş əmək haqqının və əmək haqqının (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin ödənilməsi” hissəsində iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürdüyündən, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 aprel 2024-cü il tarixli rəyi ilə iddiaçıya cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə borcun olmadığı müəyyən edildiyindən təmin edilməməlidir. Bununla yanaşı iddia tələbləri “mənəvi ziyanın ödənilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiyanın), gecikdirilmiş faizin (ödəncin), mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətin əvəzinin (kompensasiyanın), gecikdirilmiş faizin (ödəncin), mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-84/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-84/2024
10.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver