Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8613/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “övladlardan imtina və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “övladlardan imtina və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin aliment ödənilməsi haqqında e- 16(011)926/2025 saylı, xx.xx.2025 tarixli qərardadın icrasının dayandırılması və 15 iyul 2015-ci il təvəllüdlü X1, 11 iyul 2026-cı il təvəllüdlü X2 və 18 sentiyabr 2017-ci il təvəllüdlü X3 ataları olmaqdan, gələcəkdə varisi olmalarından, aliment ödəməkdən imtina edilməsi və adlarını qeyd etdiyi hər üç uşağın iddiaçının adından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini cavabdeh qismində cəlb etsə də, iddia ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı yönəlmiş tələbin nədən ibarət olması dəqiq qeyd edilməmişdir. Bununla yanaşı, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilməmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində də qeyd edilənlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvanı ünvan 1al rayonu, İnşaatçılar küçəsi 1 ünvanıdır. Ona görə iddia ərizəsinin mümkünlüyü məsələsi yoxlanılarkən cavabdehin rəsmi qeydə alındığı yer üzrə aidiyyət qaydalarına uyğun gəlmədiyindən iddia ərizəsinin icraatı mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə icra sənədi üzrə icra məmurunun hərəkətlərindən narazı olduğu təqdirdə iddiaçıya icra məmurunun olduğu yer üzrə məhkəməyə icra icraatı qaydasında şikayətlə müraciət etmək hüququnun olduğunu izah edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 149.2.3, 152.1.1, 152.1.3, 152.1.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “övladlardan imtina və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-8613/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8613/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver