Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8852/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mediasiya barışıq sazişinin şərtlərinə uyğun olaraq alimentin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə onun üçün nəzərdə tutulan forma və tələblərə riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır. Mövcud ərizədən görünür ki, iddiaçı cavabdehlə aralarında mediasiya sessiyasında bağlanmış barışıq sazişi üzrə hər ay verilməli olan alimentin məhkəmə qaydasında tutulmasını xahiş edir. İddiaçı ərizəsini “iddia ərizəsi” deyil “ərizə” adı altında versə də, özünü iddiaçı, Cavabdeh isə cavabdeh qismində qeyd etmişdir və ərizəsini xüsusi icraat deyil, iddia icraatı qaydasında vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Qanunvericinin tələbindən görünür ki, mediasiyada barışıq sazişi bağlamıış tərəfin hüququ var ki digər tərəflə mediasiya sessiyasında arasında bağlanmış barışıq sazişininin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsin. Göründüyü kimi, İddiaçı ərizəsini düzgün tərtib etmədən onu iddia ərizəsinin tələblərinə uyğun iddia icraatında vermişdir. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Xüsusi icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi ərizə ilə, iddia icraatı qaydasında isə məhkəməyə müraciətin prosessual forması kimi iddia ərizəsi ilə müraciət göstərilmişdir. Tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hazırkı, ərizə və ona əlavə edilmiş sənədlər qüvvədə olan MPM-nin 30-cu fəslinin tələblərinə riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır. Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “mediasiya barışıq sazişinin şərtlərinə uyğun olaraq alimentin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8852/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8852/2024
01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver