Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-886/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillərə dair ipotekaya xitam verilməsi və həmin mənzillərin daşınmaz əmlakın dövlət reyestrində ipoteka olması ilə bağlı qeydlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, evA-da yerləşən 40 və 41 nömrəli mənzillər 11 saylı Təmir Tikinti İdarəsi ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxx 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin kredit 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən ödənilmədiyi səbəbindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-10/2013 saylı xx xxxxxx 2013-cü il tarixli icra sənədinə əsasən kredit üzrə 304.913,63 manat qalıq borc iddiaçıya məxsus ipoteka predmeti olan əmlaka yönəldilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi xx xxx 2010-cu il tarixli 28 saylı kredi müqaviləsi üzrə tələbkara olan bütün borcunu tam olaraq ödəmişdir. İpotekaya səbəb olan kredit borcu kredit götürən tərəfindən tam olaraq ödənildikdən sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillərin girovdan azad edilməsini və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı indiyə qədər hər hansı münasibət bildirməmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı Sadiq qızı və borclu 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış xx xxx 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının iddia tələbinin əsasını kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərin icra olunması təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış xx xxx 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillər ipoteka ilə yüklü edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(002)-10/2013 saylı qətnaməsi ilə tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 saylı mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən 304.913,66 manat məbləğində borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən xx xxx 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə tələbkara olan borc tam şəkildə ödənilmişdir. İş materiallarında olan icra işinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclu İddiaçı göndərilmişdir. 11 saylı Təmir Tikinti İdarəsi xx xxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələbkara olan borcunu tam ödəmiş, xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək mənzillərlə bağlı icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi xx xxxxxxxx 2020-ci il tarixdə hərrac mərkəzinə müraciət edərək, əmlakların satılmasını sifariş etmiş, “xxxx” MMC Hərrac Mərkəzi tərəfindən xx xxxxxxx 2020-ci il tarixə evlərin satılması ilə bağlı hərrac təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(002)- 10/2013 saylı icra vərəqəsinə əsasən borclu X4 tərəfindən xx xxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixdə 54.914 manat ödənişin həyata keçirildiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda sadalananlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı iş üzrə 11 saylı Təmir Tikinti İdarəsi ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx xxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, öz borcunu ödəmişdir. Onun bank qarşısında hər hansı borc öhdəliyi qalmamışdır. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka dair ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı əmlakların mülkiyyətçisi olan İddiaçı Sadiq qızı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə məktub göndərilmişdir. Lakin həmin məktub cavabdeh təşkilat tərəfindən icra edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, hazırkı iş üzrə 11 saylı Təmir Tikinti İdarəsi bank qarşısında öz öhdəliyini tam şəkildə icra etmiş, İddiaçı məxsus əmlakların ipoteka yüklülüyündə qalmasının zəruriliyi aradan qalxmışdır. İddiaçıya məxsus olan əmlakların ipoteka yüklülüyündən azad edilməsinə cavabdehlər tərəfindən törədilmiş maneələr onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmiş və onun konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ləğv prosesində olan Cavabdeh1 ASC ilə 11 saylı Təmir Tikinti İdarəsinin arasında bağlanmış xx xxx 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməli və həmin əmlaklar ipoteka yüklülüyündən azad edilməli, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka verən İddiaçı və borcalan 11 saylı Təmir Tikinti İdarəsinin arasında bağlanmış xx xxx 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilsin. Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillər ipoteka yüklülüyündən azad edilsin, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-886/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-886/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver