Məhkəmə qərarları › İş №2(011)-886/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-886/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-886/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 250 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 04.05.2019-cu il tarixli, PAAl976624711 saylı sığorta müqaviləsinə əsasən “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 19.04.2020-ci il tarixdə “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Kia Ceed” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sanunçu RPİ DYPŞ tərəfindən tərtib olunmuş 13.07.2020-ci il tarixli, İXP3399147 saylı İnzibati xəta haqqında protokola əsasən Cavabdeh oğlıı AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi elektron arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam həcmdə müdafiə etdiyini göstərmiş, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə X3 arasında bağlanmış 04.05.2019-cu il tarixli, PAAl976624711 saylı sığorta müqaviləsinin surətindən görünür ki, “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.05.2019-cu il tarixdən 04.05.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. AB seriyalı, 997174 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Sabunçu RPİ DYPŞ-nin 13.07.2020-ci il tarixli, İXP3399147 saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 19.04.2020-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Kia Ceed” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq hadisə yerini tərk etmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. 05.08.2020-ci il tarixli hesablama aktının surətindən görünür ki, X2 məxsus olan “Kia Ceed” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 250 manat məbləğində pul vəsaiti tələb olunmuşdur. 19.08.2020-ci il tarixli, 20-04361/08/AA-3360/20 saylı sığorta aktının və 21.08.2020-c il tarixli, 103OPXO202340562 saylı ödəmə qəbzinin surətindən görünür ki, "xxxx" tərəfindən X2 250 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin ödəmək tələbi üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya o vaxt keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtorıəqliyyat vasitələrinin sahiblərinin mülki məsııliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı stirücü hadisə yerindətı yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbhğində subroqasiya hüququ yaranır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 04.05.2019-cu il tarixli, PAAl976624711 saylı sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuş “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək “Kia Ceed” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş maddi zərərə görə "xxxx" ASC tərəfindən 250 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 250 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yüksək təhlükə mənbəyi olan “Kia Forte” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar