Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8935/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsi Təşkilati İnspektor İdarəsinə qarşı sənədlərin təqdim edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsi Təşkilati İnspektor İdarəsinə qarşı qeyd etdiyi şəxslərin əməllərində cinayət tərkibinin olub- olmamaqları barədə ünvan 1 ünvanında yerəşən Bakı şəhər Baş Polis İdarəsi Təşkilatı İnspektoru İdarəsinin rəisi cənab Bəkir Sarıyevə iddia ərizəsində qeyd etdiyi şəxslərin əməllərində qanunsuz hərəkətlərin olub-olmamaqları barədə şikayət etməyinə baxmayaraq 22.11.2021-ci il tarixli 04015357M4221 nömrəli qərarı ləğv edib iddia ərizəsində qeyd etdiyi şəxslər X8, X4 və X1 əməllərində qanuna zidd hərəkətlərin olub-olmamaqları, polis haqqında qanunun Maddə 29.1 bəndini pozan X8 və Mirsultanov Mircavad adlı şəxslər, Polis andını pozub, polis adına ləkə gətirib, şikayət ərizəsini doğru və dəqiq araşdırmayan X6 Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümovun əməlini qərarda açıq və aydın ört-basdır etmişdir. Təkrar araşdırıb həmin şəxslər Vaqif Müslümov, Mirsultanov Mircavad və X3 məsuliyyətə cəlb edib, mənim 9 saat vaxtını alıb, onu Nərimanov Rayon Polis İdarəsində ictimaiyətin gözü qarşısında şərləyib, mütəşəkkil dəstə qabaqcadan əlbir olub, onun şərəf və ləyaqətini alçaldıb onun psixiki travma ilə üzləşdirən şəxslər barəsində qanuna uyğun tədbir görülməsi onun vətəndaş hüquqlarını pozmuşlar hətta o bu vəziyyətlə əlaqədar işdən qovulmuş, yuxarıda qeyd etdiyi 4 nəfər şəxs onu psixoloji travma ilə üzləşdirdiklərinə görə ona maddi və mənəvi 30.000 manat ziyanın az və ya çox olub-olmamağı ekpertizanın təyin edilməsi barədə, Azərbaycan Respublikasının Qanunlarına əsasən yenidən araşdırma aparıb, qanuna müvafiq qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri göstərilməli olduğu halda, iddiaçı iddia ərizəsində tələb kimi tərəfindən 4 nəfər şəxs onu psixoloji travma ilə üzləşdirdiklərinə görə ona maddi və mənəvi 30.000 manat ziyanın az və ya çox olub-olmamağı ekpertizanın təyin edilməsi barədə, Azərbaycan Respublikasının qanunlarına əsasən yenidən araşdırma aparıb, qanuna müvafiq qərar qəbul edilməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi qeyri-müəyyən olduğuna görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsi Təşkilati İnspektor İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8935/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8935/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver