Məhkəmə qərarları › İş №2(011)-906/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-906/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-906/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-si Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E 200 D” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulliyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabeh Cavabdeh xx.xx.2018-ci il tarixdə “Mercedes Benz E 200 D” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 11-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır zərər, Mehtiyev Ceyhun Nurəddin oğlunun sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1627 manat, X1 vurulmuş az ağır zərərə görə 1500 manat Mehtiyev Ceyhun Nurəddin sağlamlığına vurulmuş az ağır zərərə görə 1500 manat, cəmi 4627 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ İstintaq və Təhqiqat Şöbəsindən ünvanlarına xx.xx.22018-ci il tarixli ittiham aktı daxil olmuş, həmin ittiham aktına əsasən Cavabdeh AR CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. BDYPİ İstintaq və Təhqiqat Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 005-28311-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz E 200 D” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. Bununla da onun avtomobili idarə etmək hüququ olmamışdır. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2021-ci il tarixli AS- SHTD-21/1196 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, 4627 manat sığorta ödənişi məbləğinin və 66.27 manat dövlət rüsumunun, cəmi 4693.27 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin baxış iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN BisTi-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsi "xxxx" ASCyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 005-28311-1218 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən Arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2018ci il tarixdə Bakı-Quba yolunun 11-ci km-də “Mercedes Benz E220” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saat 22:30-da yol nəqliyyat hadisəsi törətmiş və toqquşma nəticəsində “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır zərər, Mehtiyev Ceyhun Nurəddin oğlunun sağlamlığına az ağır zərər dəymişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan sığorta aktının surətindən müəyyən olunur ki, “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün müəyyən edilmiş cəmi xərclərin məbləği 1627 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2019-cu tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Salamov Rövşən Abdulla oğluna sığorta aktına əsasən “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün nəğd 1627 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Mehtiyev Ceyhun Nurəddin oğluna sığorta aktına əsasən 1500 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Usubov Cavid Cəbrayıl oğluna sığorta aktına əsasən 1652 manat pul ödənilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" icbari sığorta tərəfindən sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2739 nömrəli 07 iyun 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş, 27 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1477 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Mülki Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı- Quba yolunun 11-ci km-də “Mercedes Benz E220” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saat 22:30-da yol nəqliyyat hadisəsi törətmiş və toqquşma nəticəsində “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır zərər, Mehtiyev Ceyhun Nurəddin oğlunun sağlamlığına az ağır zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC-si tərəfindən ümumilikdə 4627 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2739 nömrəli 07 iyun 2022-ci il tarixli rəyi ilə “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1477 manat müəyyən edilmişdir. BDYPİ İstintaq və Təhqiqat Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 005-28311-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkəti subroqasiya hüququndan istifadə edərək, Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi əsaslı olduğundan təmin edilməli və ondan “Daewoo BS” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1627 manat, X1 vurulmuş az ağır zərərə görə 1500 manat, Mehtiyev Ceyhun Nurəddin sağlamlığına vurulmuş az ağır zərərə görə 1500 manat və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 66.27 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4627 manat sığorta ödənişi məbləği və iddiaçı tərəfindən ödənilmiş 66.27 manat dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar