Məhkəmə qərarları › İş №2(011)-9108/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9108/2023

05.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9108/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək, X1 şəxsində Cavabdeh ilə bağladığı 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən icarəyə verdiyi “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı ** XV ***, seriya nömrəsi BB381613 və “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı ** UO ***, seriya nömrəsi BB370784 olan nəqliyyat vasitələrinin ödənilməmiş iki aylıq icarə haqqına görə 2600 (iki min altı yüz) manatın, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün iki nəqliyyat vasitəsinə dəymiş maddi zərərin ümumi məbləğinin, 1300 (bir min üç yüz) manatın 1%-i həcmində cərimə məbləği kimi 13 (on üç) manat, iyun ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 150 (bir yüz əlli) gün hesablamaqla, 13 (on üç) x150 (bir yüz əlli) = 1950 (bir min doqquz yüz əlli) manat və iyul ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 120 (bir yüz iyirmi) gün hesablamaqla, 13 (on üç) x 120 (bir yüz iyirmi) = 1560 (bir min beş yüz altımış) manat, ümumilikdə cərimə məbləği kimi, 1950 (bir min doqquz yüz əlli) + 1560 (bir min beş yüz altımış) = 3510 (üç min beş yüz on) manatın, - xx.xx.2023-cü il tarixli “Avtomobillərin təhvil təslim” aktına əsasən cavabdehin istifadəsində olduğu müddətdə DYP tərəfindən həmin nəqliyyat vasitələrinə yazılmış və onun tərəfindən cərimə məbləği kimi ödənilmiş 332 (üç yüz otuz iki) manatın, həmçinin, həmin akta əsasən nəqliyyat vasitələrində aşkarlanan nöqsanlara və təmir xərclərinə görə ödədiyi 799 (yeddi yüz doxsan doqquz) manatın, - 29 may 2023-cü il tarixli, “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən “Kasko sığortasına” görə ödədiyi və cavabdeh (icarəçi) tərəfindən mənimsənilmiş 900 (doqquz yüz) manatın, - həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin, 900 (doqquz yüz) manatın 2%-i həcmində cərimə kimi 18 (on səkkiz) manat, gecikdirilmiş günləri 170 (bir yüz yetmiş) gün hesablamaqla, ümumilikdə cərimə kimi 18 (on səkkiz) x 170 (bir yüz yetmiş) = 3060 (üç min altımış) manatın, -yəni, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə ona dəymiş maddi zərərin ümumi məbləğin, 2600+3510+332+799+900+3060 = 11201 (on bir min iki yüz bir) manatın, - habelə, dövlət rüsumu üçün ödədiyi 123 (bir yüz iyirmi üç) manatın və vəkilə ödədiyi 120 (bir yüz iyirmi) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” və “Elektron Məhkəmə” İnformasiya sistemindən elektron çıxarışlardan görünür ki, tərəflər olaraq İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və Cavabdeh (VÖEN: **********) hüquqi şəxslərdir, onlar arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, məhkəmə aidiyyəti qaydalarına əsasən, kommersiya məhkəmələrinə verilməli olduğu halda, ümumi məhkəməyə verildiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də iddia ərizəsi geri qaytrılmalıdır.. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,....Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 124 manat Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 124 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25, 26, 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “X1 şəxsində Cavabdeh ilə bağladığı 25 may 2023cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən icarəyə verdiyi “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı ** XV ***, seriya nömrəsi BB381613 və “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı ** UO ***, seriya nömrəsi BB370784 olan nəqliyyat vasitələrinin ödənilməmiş iki aylıq icarə haqqına görə 2600 (iki min altı yüz) manatın, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün iki nəqliyyat vasitəsinə dəymiş maddi zərərin ümumi məbləğinin, 1300 (bir min üç yüz) manatın 1%-i həcmində cərimə məbləği kimi 13 (on üç) manat, iyun ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 150 (bir yüz əlli) gün hesablamaqla, 13 (on üç) x150 (bir yüz əlli) = 1950 (bir min doqquz yüz əlli) manat və iyul ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 120 (bir yüz iyirmi) gün hesablamaqla, 13 (on üç) x 120 (bir yüz iyirmi) = 1560 (bir min beş yüz altımış) manat, ümumilikdə cərimə məbləği kimi, 1950 (bir min doqquz yüz əlli) + 1560 (bir min beş yüz altımış) = 3510 (üç min beş yüz on) manatın, - xx.xx.2023-cü il tarixli “Avtomobillərin təhvil təslim” aktına əsasən cavabdehin istifadəsində olduğu müddətdə DYP tərəfindən həmin nəqliyyat vasitələrinə yazılmış və onun tərəfindən cərimə məbləği kimi ödənilmiş 332 (üç yüz otuz iki) manatın, həmçinin, həmin akta əsasən nəqliyyat vasitələrində aşkarlanan nöqsanlara və təmir xərclərinə görə ödədiyi 799 (yeddi yüz doxsan doqquz) manatın, - 29 may 2023-cü il tarixli, “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən “Kasko sığortasına” görə ödədiyi və cavabdeh (icarəçi) tərəfindən mənimsənilmiş 900 (doqquz yüz) manatın, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin, 900 (doqquz yüz) manatın 2%-i həcmində cərimə kimi 18 (on səkkiz) manat, gecikdirilmiş günləri 170 (bir yüz yetmiş) gün hesablamaqla, ümumilikdə cərimə kimi 18 (on səkkiz) x 170 (bir yüz yetmiş) = 3060 (üç min altımış) manatın, -yəni, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə ona dəymiş maddi zərərin ümumi məbləğin, 2600+3510+332+799+900+3060 = 11201 (on bir min iki yüz bir) manatın, - habelə, dövlət rüsumu üçün ödədiyi 123 (bir yüz iyirmi üç) manatın və vəkilə ödədiyi 120 (bir yüz iyirmi) manatın cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar