Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-914/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Aydin qızının Cavabdeh (Maraqlı şəxs qismində cəlb etdiyi) qarşı bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh Eləşn oğlu qardaşı oğlu, onun qanuni nümayəndələri olan Qanuni nümayəndə1 qardaşının keçmiş həyat yoldaşı, Qanuni nümayəndə2 isə qardaşıdır. Onlar uzun müddət ailəli olmuşlar, birgə nikahlarından 2 uşaqları olmuşdur. Qardaşı uşaqlarından biri artıq yetkinlik yaşına çatmış qızları Selcan, digəri isə hazırda cavabdeh olan, yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü oğulları Cavidandır. Cavabdehin ata-anası (qanuni nümayəndələri) arasında olan nikah Xətai rayon Məhkəməsinin 2(011)- 1589/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh anasının yanında saxlanılmışdır. Cavabdeh tərəflə birlikdə uzun illər valideynlərinə məxsus olmuş, lakin hazırda vərəsəlik qaydasında qardaşı ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 9 saylı evin 3 otaqlı, 1 saylı mənzilində (qeydiyyatda olduqları) yaşamışlar. Onlarla münasibətləri çox yaxşı olmuş, maddi cəhətdən həmişə onlara köməklik etmiş, qayğılarını çəkmişdir. O ailə qurmamış, uzun illər yaşadığı həmin mənzilləri miras əmlak kimi valideynlərindən qalmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin ünvanda yerləşən mənzilin yarısı onun, digər yarısı qardaşı Elşənin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəf validenlərindən qalmış həmin mənzildə (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 9, mənzil 1-də) əvvəlcə anası ilə birlikdə, anası vəfat etdikdən sonra isə uzun müddət uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh tərəflə münasibətləri çox yaxşı olmuş, bir-birilərinə can deyib, can eşitmişlər. Qardaşının ailəsinə daim maddi və mənəvi cəhətdən köməklik etmiş, ömrü boyu qazancını onlara sərf etmişdir. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 onunla çox mehriban münasibət yaratmış, inanı qazanmışdır. O də qardaşının ailəsini, möhkəmlətmək, uşaqlarının gələcəkdə əzabəziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarımı, o cümlədən mənzillərimi, torpaq sahəsi ilə birlikdə bağ evimi də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də hazırda mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evimi) Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008-ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. Cavidan yetkinlik yaşına çatmadığından həmin müqaviləni onun adından qanuni nümayəndələri olan ata-anası (Elşən və Vəfa) imzalamışlar. Bu Müqavilə əsasında cavabdeh tərəf bağ sahəsinə dair Cavidanın adına Çıxarış da almışlar. Həmin vaxtdan xeyli müddət sonra da, yəni 2023-cü ilin sonunadək cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 onunla münasibətləri çox yaxşı olmuşdur. Hazırda cavabdeh tərəfdən olan Vəfa onun inamını o dərəcədə qazanmışdı ki, hətta ehtiyatında olan 10 min ABŞ dolları məbləğində pulunu qardaşı Elşənin məlumatı olmadan saxlamaq üçün ona vermişdim. Lakin Vəfa onun icazəsi olmadan həmin pulla faktiki olaraq özü üçün avtomaşın almışdır (anasının adına rəsmiləşdirmişdir). Həmin məbləğlə (17 min manatla əlaqədar) ona qarşı ayrıca iddia tələbi olacaqdır. Keçən il, yəni 2023-cü ilin ilin sonlarında ona məlum olmuşdur ki, Vəfa qardaşı ilə mübahisə edərək yaşadıqları evdən uşaqları ilə birlikdə çıxıb getmişdir. Bundan başqa xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzillərindən birini qardaşı Elşənin qızı Selcana, digər mənzildə olan payımı isə hazırda cavabdeh olan Cavidana vəsiyyət etmişdir. Onların ona qarşı haqsız hərəkətlər etdiyinə əmin olduqdan sonra həmin vəsiyyətnamələri də ləğv etdirmişdir.
2. Cavabdeh Cavidana bağışladığı həmin bağ sahəsindən bir neçə il müddətində, yəni anası Vəfa qardaşı Elşəndən ayrıldıqları ilin sonlarınadək birlkdə istifadə etmişlər. Bu müddətdə bağın bütün kommunal xidmətlərə görə haqqını da o ödəmişdir, həmin bağa da o baxmışdır. Hal-hazırda da belə davam edir. Cavabdeh Cavidanın qanuni nümayəndələri (ata-anası) olan Vəfa Elşəndən boşandıqdan (Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən) bir müddət sonra Qanuni nümayəndə1 ona sifariş göndərmişdir ki, Cavidana bağışladığı həmin bağını satmaq istəyir, ona görə də bağda olan əşyalarını oradan çıxarsın. O onunla razılaşmadıqda Cavidanın qanuni nümayəndəsi kimi ona qarşı həmin bağ sahəsindən və orada olan bağ evindən ev əşyaları ilə birlikdə çıxarılmağı barədə Sabunçu rayon məhkəməsində iddia qaldırmışdır. İddia ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyindən baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilmişdir. Hazırda həmin mülki iş Xəzər rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin icraatındadır (2(003)-3981/2024 saylı mülki iş). Vəfanın qardaşı Elşəndən boşanmasından sonra isə başa düşmüşdür ki, cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 onu aldatmış, inamını qazanmış, onun məqsədi əvvəlcədən onu aldatmaq və ona aid əmlaklarını mənimsəmək olmuşdur. Onun niyyəti isə yaxın qohumluğuna görə qardaşının ailəsinin möhkəmlətmək, uşaqlarını mənzil və bağ evi ilə təmin etmək olmuşdur. Cavabdeh tərəfin (əsasən də qanuni nümayəndə olan Vəfanın) məqsədi onun var-dövlətini, mənzillərini və bağ evini ələ keçirmək olmuşdur. O Vəfanın qardaşı Elşənlə boşanmasından sonra Cavidana bağışladığı əmlakımı geri qaytarmalarını onlardan tələb etsə də, qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 bundan qəti surətdə imtina etmişdir. Əksinə, həmin bağ sahəsindən çıxarılmağı barədə ona qarşı iddia qaldırmışdır.
3. Bağışlamadan imtina barədə bildirişi cavabdeh X2 (qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1) xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmiş və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən bildiriş alınmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdehlə aralarında olan bağışlama müqaviləsindən imtina etməyi qəbul edilməli, həmin müqavilənin hüquqi nəticələri ləğv edilərək mülkiyyət hüququ bərpa olunmalıdır.
İddiaçının tələbi:
4. Onunla xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızı və Qanuni nümayəndə2) arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635"B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinamın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh X1 qarşı "bağ sahəsini bağışlamaqdan imtina edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi" tələbinə dair iddia tələbini irəli sürmüşdür. İddiaçı bağ sahəsini bağışlamaqdan imtina edilməsi barədə tələbini Azərbaycan Respublikası Mülki məcəlləsinin 673.-673.4-cü maddələrin tələbləri ilə əsaslandırmışdır. Aşağıda istinad etdiyi hallara və rəhbər tutduğu maddi hüquq normaların tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmir edilməsi məhkəmə qaydasında rədd edilməlidir. İddiaçının göstərdiyi iddia ərizəsində göstərildiyi kimi hədiyyə alan (cavabdeh) Cavabdeh iddiaçı ilə qohumluq (bibisi) münasibətlərindədir, məhz qohum olduğuna (qardaşı oğlu) görə iddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi bağ sahəsini 2020-ci il tarixdə qardaşı oğluna bağışlamışdır.Bağışlamanın motivində məhz qeyd edilən qohumluq münasibətlər durmuşdur.Cavabdeh ilə iddiaçı hazırda da qohumluq münasibətlərindədir. Cavabdehin qanuni nümayəndəsi kimi bildirir ki, 2000-ci il tarixdən 2024-cü ilin aprel ayınadək cavabdehin qardaşı Qanuni nümayəndə2 ilə rəsmi nikahda olmuşam, həmin nikahdan Selcan və Cavabdeh adlı uşaqları anadan olmuşdur. 2024-cü il tarixdə iddiaçının qardaşı ilə olan nikah münasibətləri məhkəmə qayadaında pozulmuşdur, nikah dövründə ailə olaraq Xətai rayonu Xudu Məmmədov küç.ev 9,mənzil 1-də yaşamışlar,cavabdeh is uzun illərdir ki, Bakı şəhəri Nizami Rayonun ərazisində olan mənzilində yaşamışdır və hazırda da yaşayır. Keçmiş əri Qanuni nümayəndə2 vəfat etmiş valideynlərini istisna etsələr özü,əri Elşən və onunla birgə rəsmi nikahdan anadan olmuş uşaqlarla birlikdə vahid ailə olaraq yaşamışlar. Cavabdeh heç zaman ailənin üzvü olmamışdır, cavabdehlə bir ailə təsərrüfatında yaşamamışlar, cavbdehin qardaşı Elşən Hüseynzadə ilə nikah münasibətlərinin pozulmasının səbəbləri və məhkəmə qaydasında pozulması dəlillərin birgə rəsmi nikahdan anadan olan Cavidan və Selcan adlı uşaqlarına o cümlədən də cavabdeh İddiaçı heç bir aidiyyatı yoxdur. Nikahları pozulandan sonra bir mənzildə yaşamaqlarının mümkünsüzlüyünü nəzərə alaraq keçmiş əri Elşənə və onun bacısı hazırda cavabdeh İddiaçı təklif etmişdir ki, onlar bacı-qardaş sözügedən bağ sahəsindən və cavabdehin mülkiyyətində olan mənzildən istifadə etməklə birgə yaşasınlar, o iki uşağı ilə birlikdə yaşadığı mənzildə yaşamaqda davam etsin, bacı-qardaş hər ikisi bir mənalı olaraq təklifindən imtina etmişdir,hazırda üçünün xüsusi ilə də ayrı-ayrı cinsdən olan uşaqlarla bir darısqal otaqda yaşamağın çətin,mümkünsüz olmasını hesab edərək cavabdehə qarşı bağ sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Hədiyyəni oğlu Cavidan hədiyyə verən bibisinə və onun yaxın qohumu (eyni zamanda özünün atası) olan qardaşına və digər yaxın qohumuna qarşı ümumiyyətlə cinayət törətməmişdir. Qanuni nümayəndəsi olduğu Cavabdeh hədiyyəni qəbul etmə anında və hazırda da az yaşı həddi büluğa çatmamış şəxs hesab edilir, bu səbəbdən onun özərinə ailə münasibətlərindən irəli gələn vəzifələr qoyula bilməz, Cavidanın hədiyyə alan kimi onun valideynləri onun və atası Qanuni nümayəndə2 arasında eləcədə onun cavabeh Susan Hüseynovla baş vermiş münasibətlərə hər hansı bir aidiyyatı yoxdur, böyüklər arasında baş vermiş hüquq münasibətlərinə görə azyaşlı Cavabdehlik daşıya bilməz. Faktiki hallarla əlaqədar iddiaçının qeyd etdiyi faktiki halları eləcə də hazırki etirazında istinad etdiyi halları nəzərə alaraq, həmçinin bağışlamaqdan imtina ilə əlaqədar mülki və ailə qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, hədiyyə verən İddiaçı ilə Cavabdeh arasında ailə hüquq münasibətləri deyil qohumluq münasibətləri mövcud olmuşdur və hazırda da var, yəqin ki, həddi büluğa çatandan sonra qohumluq münasibətlərini özü canlı olaraq davam etdirər. Digər tərəfdən hədiyyə alan Cavabdeh bibisi İddiaçı yaxın qohumlarına qarşı ağır və xüsusi ilə ağır cinayət törətməmişdir.Hədiyyə alanın anası olaraq onun keşmiş əri ilə və keçmiş baldızı ilə hazırda mövcud olan münasibətlər hüquqi nəticəyə səbəb olmayan münasibətlərdir ki, bu da qanunvericiliyin tələblərinə cavab verən bağışlama müqaviləsinin pozulmasına əsas ola bilməz. Beləliklə hədiyyə alan yəni Cavabdeh İddiaçı ailə üzvü olmamışdır, bağışlama müqaviləsi bağlanarkən hədiyyə verənə münasibətdə bağışlamanın predmeti ilə bağlı hansı hərəkətlər edəcəyi və etməyəcəyi haqda hər hansı öhdəlik götürməmişdir və nəhayət hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçıya qarşı ağır və xüsusilə ağır cinayət törətməmişdir. Mübahisənin bu halı və yuxarıda göstərdiyi digər hallar baxımından hesab edir ki, bağışlamadan imtina barədə iddiaçının iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. xx.xx.2024-cü il tarixdə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 iddianın etiraf edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia tələbində xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızı və Qanuni nümayəndə2) ilə onun arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635"B" sayh bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququmun bərpa olunması barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi ilə əlaqədar olaraq Cavabdeh Eəşn oğlunun qanuni nümayəndəsi atası kimi bildirir ki, iddia tələbini tam qəbul edir. Belə ki, İddiaçı doğma bacısıdır və iddia ərizəsndə qeyd olunduğu kimi həqiqətən də o, daim onların ailəsinin qayğısına qalmış, ailəyə maddi və mənəvi cəhətdən dayaq olmuşdur. Həm də bacısı Susan həmişə ailələrinin möhkəmliyinə, maddi cəhətdən təmin olunmasına çalışmışdır. Ona görə də bacısı gələcəkdə də ailələrinin, o cümlədən uşaqlarının (oğlu Cavidanın və qızı Selcanın) çətinlik çəkməməsi üçün də çalışmışdır. O, hazırda mübahisə predmeti olan bağ sahəsini oğlu Cavidana bağışlamış, 2 otaqlı mənzilini isə qızı Selcana, ata evindən olan payını (1/2 hissə) oğlu Cavidana vəsiyyət etmişdir. Oğlu Cavidanın digər qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 da bacısı Susanla münasibətləri daim yaxşı olmuş, bir-birinə etibar etmişlər. Hətta onun xəbəri olmadan bacısı Susan ehtiyatda saxladığı 10 min ABŞ dolları məbləğində pulunu saxlamaq üçün Vəfaya vermiş, lakin o, əmanətə xəyanət edərək həmin pulu mənimsəmişdir. 2023-cü ilin sonlarından Vəfa onunla münasibətlərini pozmağa başlamış və uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxtlarda da Vəfa boşanmaq üçün məhkəməyə müraciət etmişdir. 2024-cü ilin aprel ayında isə nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavidan anasının yanında qalmışdır. Boşanmadan sonra Vəfa bacısından hazırda mübahisə predmeti olan bağ sahəsini satmaq məqsədilə boşaltmağı tələb etmişdir. Vəfa məqsədinə nail olmadıqda isə bacısına qarşı "ev əşyaları ilə birlikdə həmin bağ sahəsindən çıxarılması barədə tələblə məhkəmədə iddia qaldırmışdır (Xəzər rayon məhkəməsində). Beləliklə, həqiqətən də iddiaçı olan bacısı İddiaçı ailələrinin möhkəmliyini, uşaqlarının gələcəkdə maddi cəhətdən çətinlik çəkməmələri üçün hazırda mübahisə predmeti olan bağ sahəsini 12 yaşlı oğlu Cavidana bağışlamışdır. Vəfa isə onunla boşandıqdan sonra isə oğlunun qanuni nümayəndəsi kimi hüquqlarından sui-istifadə etməyə başlamışdır. Qeyd olunanlara əsasən bir daha bildirir ki, İddiaçı iddia tələbini tam etiraf edir və belə hesab edirəm ki, iddia tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməlidir. Ona görə də xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh qanuni nümyəndəsi atası kimi ona qarşı olan iddia tələbini etiraf etdiyimi nəzərə alaraq İddiaçı Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızına və Qanuni nümayəndə2 qarşı olan iddia tələblərinin (xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndəlri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) ilə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0.08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-2-1151 nömrəli reyestrə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinamın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2025-ci il tarixdə təqdim edilmiş etiraza əlavə ünvanlayaraq iddia tələbi hüquqi cəhətdən əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O ünvanlanmış suala cavab olaraq iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci və 673.3-cü maddəsinin təşkil etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) onların ailə olaraq birlikdə yaşadıqlarını, cavabdehin iddiaçının qardaşı uşağı olduğunu, yaxın qohum olduqlarını bildirmişdir. O qeyd etmişdir ki, 2020-ci ildə bağışlanma olan zaman bir yerdə yaxın qohum olmuşlar. O münasibətlərin pozulmasının kökündə 2023-cü ilin dekabr ayında tərəflər arasında nikahın pozulması olduğunu bildirmişdir. Cavabdeh həmçinin bibisini saymamış, bibi dəfələrlə onla görüşmək istəmiş, lakin o imtina etmişdir. Daha sonra cavabdehin qanuni nümayəndəsi iddiaçıya sifariş vermişdir ki, bağ evini satır bu səbəbdən iddiaçının həmin bağ evindən əşyalarını çıxarmasını tələb etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, iddia tələbi qohumluq, ailə münasibətləri üzərində qurulub, lakin onlar ailə olmayıblar belə ki, iddiaçı ilə cavabdeh və onun qanuni nümayəndəsi ilə son 21-22 ildə ayrı-ayrı məkanlarda yaşayıblar. Ailə kimi qanunvericilkdə nəzərdə tutulmuş heç bir əlaqə mövcud olmayıbl. O cavabdehin qanuni nümayəndələrinin boşandığını, bu boşanma uşaqların hüquqlarına zidd istifadə oluna bilməyəciyini qeyd etmişdir. O iddianın mahiyyətində qərəz olduğunu bildirmişdir. O iddia ərizəsinin əsassız olduğunu bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 öz izahatında bildirmişdir ki, 2002-ci ilədək bacısı ilə birlikdə yaşayıblar, onlar 2000-ci ildə nikaha daxil olublar. Daha sonra bacısı anası ilə birlikdə kirayəyə çıxmış, lakin kommunal xərclərin ödənilməsində bacısı iştirak etmiş, həmin mənzilin kommunal xərclərini ödəmişdir. Bacısı müxtəlif vaxtlarda 1-2-3 ay cavabdehin qanuni nümayəndələrinin birlikdə yaşadığı evdə, bağ evində birlikdə yaşamışlar. O ailəsinin möhkəmliyi üçün iddiaçının çox dəstək göstərdiyini bildirmişdir. O oğlunun təsir altında qərar qəbul edə biləcəyini qeyd etmişdir. O qeyd edilən əmlakın qızına bağışlanması barədə təkliflə bağlı qeyd etmişdir ki, qızı da Qanuni nümayəndə1 tərəfindən çıxış edir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 öz izahatında qeyd etmişdir ki, o təşəbbüs göstərmiş, əmisi oğlunu çağırmış və onla söhbət etmişdir. O onların həmişə Xudu Məmmədov ev 9 mənzil 1 ünvanında yaşadıqlarını, boşandıqdan sonra qarşı tərəf qapını bağlamış, qıfılı dəyişmişlər və o həmin evdən əşyalarını belə götürə bilməmişdir. İddiaçının əmisi oğlu anasıgilin qonşusu olduğundan onunla əlaqə saxlamışdır. O təklif etmişdir ki, o uşaqlarla Xudu Məmmədov küçəsində yaşasın boşandığı həyat yoldaşı isə bağ evində və ya Qara Qarayevdə yerləşən mənzildə yaşasın və ya onların bağa köçməsini təklif etmiş, lakin buna etiraz etmişlər. Bu səbəbdən o da məcbur qaldığı üçün məhkəməyə mürciət etmişdir. 2023-cü ilədək kommunal xərcləri özünün ödədiyini bildirmişdir. O oğlunun əməliyyatı üçün hər kəsin eyni zamanda iddiaçının da köməklik göstərdiyini bildirmişdir.
12. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
14. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evini Cavabdeh bağışlamışdır və müqaviləni Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1589/2024 saylı qətnaməsinə əsasən Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında xx.xx.2000-ci il tarixdə 1794 saylı akt qeydinə əsasən Səadət Sarayı tərəfindən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh saxlanılması və tərbiyə edilməsi üçün anası Qanuni nümayəndə1 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Qanuni nümayəndə2 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, Qanuni nümayəndə1 ödənilməsi qət edilmişdir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4555/2024 saylı qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə1 cavabdeh İddiaçı qarşı "bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma" tələbinə dair 2(008)-4555/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. xx.xx.2024-cü il tarixli “Bağışlamadan imtina edilməsi barədə” bildiriş.
19. A3 №347929 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı atası Aydın Hüseynqulu oğludur.
20. ЖГ- №412479 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən Qanuni nümayəndə2 atası Aydın Hüseynqulu oğludur.
21. SER TSE-01 №040818 saylı arayış.
22. AZ-İ № 491246 saylı “Nikah pozulması haqqında” Şəhadətnamə.
23. AZ-İİ № 111161 saylı “Doğum haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh atası Qanuni nümayəndə2, anası isə Qanuni nümayəndə1dır.
24. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
27. 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
29. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
32. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. (§26)
33. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . (§26)
34. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
35. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1. vacib əhəmiyyətli yanılma, 2. aldatma, 3. təhdid edilmə (hədələnmə).
36. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən aldadılmış, qardaşı ilə ailə münasibətlərinin davam edəcəyini, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyini zənn etmiş və özünə məxsus bağ evini qardaşı oğlu Cavabdeh bağışlamışdır.
37. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). (§26)
39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
40. Məhkəmə qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
41. Məhkəmə araşdırması zamanı Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 iddianın etiraf edilməsi barədə ərizə daxil olmuş, məhkəmədə verdiyi izahda da o iddia tələbini qəbul etdiyini qeyd etmişdir. Məhkəmə tərəfin etirafını Cavabdeh maraqları kontekstində mötəbər hesab etmir. Belə ki, MM-in 36.2-cimaddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Belə bir razılıq mülki iş materiallarına əlavə edilməmişdir.
42. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak iddiaçının qardaşı oğuna bağışlanmış, iddiaçı tərəf qardaşı ilə digər cavabdehin nikah münasibətlərinə xitam verilməsini, münasibətlərin pisləşməsini qeyd etsə də, əmlakın bağışlandığı Cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, şəxsən onun tərəfindən iddiaçıya qarşı hər hansı kobud hərəkət və ya hərəkətsizlik edilməsini sübuta yetirə bilməmişdir.
43. Konstitusiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixl Plenum Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. (§28)
44. Məhkəmə hesab edir ki, əmlakın bağışlandığı Cavabdeh yetkinlik yaşına çatmayan olmasını nəzərə alaraq məhkəmə ilk növbədə uşağın ən üstün marağı konsepsiyasından çıxış edərək, ata-anası və bibisi arasında olan mübahisənin onun maraqlarının, mülkiyyət hüquqlarının pozmasına şərait yaratmamalıdır.
45. Məhkəmə qeyd edilənlərə, işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova