Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-929/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M üə y yə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 m3 olan mənzil əldə etmişdir, xüsusi mülkiyyət hüququ ilə həmin mənzil onun mülkiyyətindədir. Cavabdehlərlə yanaşı iddiaçının da mülkiyyətində olan mənzilə girişçıxışı ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdikləri hər hansı bir ortaq əmlak yoxdur. Paylı mülkiyyətçilər və iddiaçı eyni yaşayış binasında ayrı-ayrı giriş çıxışları olan sahələrdən istifadə edirlər. Buna baxmayaraq, onların mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla iddiaçı mülkiyyətində olan əmlakdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. İddiaçı hesab edir ki, paylı mülkiyyətdə olan ona məxsus ünvan 1 ünvanında 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla, ümumi sahəsi 61,0 m3 olan mənzilin ayrılmasını tələb etməkdə haqlıdır. Çıxarışdan görünür ki, hər bir mülkiyyətçinin payı dəqiq müəyyən edilmiş, mərtəbələr və paylı mülkiyyətdə olan sahələr dəqiq qeyd edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla, ümumi sahəsi 61,0 m3 olan mənzilinin paylı mülkiyyətdən ayrılması, paylı mülkiyyət münasibətlərinə xitam verilməsi və mənzilin tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydə alınmasının üçüncü şəxs olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla, ümumi sahəsi 61,0 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1397.97 ha olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 402 nömrəli reyestr kitabının 37634 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərinin payı “İddiaçı İV mərtəbədən 2 otaq ( ü/s 61.0 kv.m)” “Cavabdeh2 oğlu İV mərtəbədən 2 otaq ( ü/s 61.0 kv.m)” və “Cavabdeh1 qalan hissə” kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1021 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397.97 kv.m metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 4-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61.0 kv.metr olan İddiaçı mənzilinin binanın digər mülkiyyətçilərindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1398 kv.m olaraq göstərilmişdir. İddiaçı digər cavabdehlərlə birlikdə göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1021 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, ünvan 2 ünvanında 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397.97 kv.m metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 4-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61.0 kv.metr olan İddiaçı mənzilinin binanın digər mülkiyyətçilərindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılması mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin iddiaçıya İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun naturada təcrid şəklində ayrılmalıdır (bölünməlidir). Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun naturada təcrid şəklində ayrılsın. Eyni zamanda 50 manat ekspertiza xərci İddiaçı tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-929/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-929/2024
24.07.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver