Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-931/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan mənzilin ayrılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1 qarşı – ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397.97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61 kv metr olan mənzilimin paylı mülkiyyətdən ayrılması, paylı mülkiyyət münasibətlərinə xilam verilməsi və mənzilin tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydə alınmasının üçüncü şəxs olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik 1 Hüquqi Şəxsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanda 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397.97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61 kv metr olan mənzil əldə etmiş, xüsusi mülkiyyət hüququ ilə həmin mənzil mülkiyyətindədir. Cavabdehlərlə yanaşı iddiaçının da mülkiyyətində olan mənzilə giriş-çıxışın ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdiyi hər hansı bir ortaq əmlak yoxdur. Paylı mülkiyyətçilər və iddiaçı eyni yaşayış binasında ayrı-ayrı giriş çıxışları olan sahələrdən istifadə edir. Buna baxmayaraq mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla mülkiyyətində olan əmlakdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. Paylı mülkiyyətdə olan iddiaçıya məxsus olan ünvan 3 ünvanda 4 mərtəbədən ibarət yaşayış binasında 1-cü mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61 kv metr olan mənzilin ayrılmasını tələb etməkdə haqlıdır. Çıxarışdan da görünür ki, hər bir mülkiyyətçinin payı dəqiq müəyyən edilmiş, mərtəbələr və paylı mülkiyyətində olan sahələr dəqiq qeyd edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindəxx.xx.2017-ci il tarixdə, Cavabdeh3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il təvəllüdlü, Cavabdeh4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, Cavabdeh5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindəxx.xx.2018-ci il tarixdə, Cavabdeh7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, Cavabdeh8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, Cavabdeh9 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, Cavabdeh10 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, Cavabdeh11, Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı payı 1-ci mərtəbə, 3 otaq olmaqla 61,0 kv.m sahədən ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8540/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9892 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı payına düşən ünvan 4, ünvanında olan 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1397,97 kv.m 4 mərtəbədən ibarət yaşayış binasının 1-ci mərtəbəsində 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv.m olan mənzilin naturada ayrılmasının “X5” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik, 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1397,97 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Göründüyü kimi, ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzil İddiaçı payına uyğun olaraq naturada ayrılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 -ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzil İddiaçı payına uyğun olaraq naturada ayrılsın. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-931/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-931/2024
23.07.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver