Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-933/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı paylı mülkiyyət hüququnun ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ünvan 1 ünvanda 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 3-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 60 kv metr olan mənzil əldə etmiş, xüsusi mülkiyyət hüququ ila həmin mənzil onun mülkiyyətindədir.Cavabdehlərlə yanaşı iddiaçının da mülkiyyətində olan mənzilə giriş-çıxışı ayrı olmaqla digər paylı mülkiyyətçilərlə ümumi istifadə etdiyimiz hər hansı bir ortaq amlak yoxdur. Paylı mülkiyyətçilər və iddiaçı eyni yaşayış binasında ayrı-ayrı giriş çıxışları olan sahələrdən istifadə edirlər. Buna baxmayaraq mülkiyyət hüquqları birgə paylı mülkiyyət kimi dövlət qeydiyyatından keçmiş və digər payçıların iradəsindən asılı olmaqla mülkiyyətində olan əmlakıdan tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. Odur ki, iddiaçı hesab edir ki, paylı mülkiyyətdə olan ona məxsus olan ünvan 2 ünvanda 4 mərtəbədən ibarət yaşayış binasında 3-cü mərtəbəsində 2 otaq olmaqla ümumi sahəsi 60 kv metr olan mənzilin ayrılmasını tələb etməkdə haqlıdır. Çıxarışdan da görünür ki, hər bir mülkiyyətçinin payı dəqiq müəyyən edilmiş, mərtəblər va paylı mülkiyyətində olan sahələr dəqiq qeyd edilmişdir.
İddiaçının tələbi:
2. İddiaçı ünvan 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397.97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 3-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 60 kv metr olan mənzilin paylı mülkiyyətdən ayrılması, paylı mülkiyyət münasibətlərinə xitam verilməsi və mənzilin tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydə alınmasının üçünçü şəxs olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri | X3 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ünvan 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 2-ci mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ünvan 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 3-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 60,0 kv metr olan mənzilin iddiaçının payına uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə münasibəti:
5. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 8.Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” “Çıxarış”dan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 1.398 kv.metr olan, 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, həmin binanın müxtəlif mərtəbələrində yerləşən sahələrə dair cavabdehlərin də mülkiyyət hüququ tanınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/622 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumu sahəsinin 60,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci və 3-cü suallar üzrə: ünvan 5 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan Cavabdeh7 payına düşən ünvan 5 ünvanında olan 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1397,97 kv.m 4 mərtəbədən ibarət yaşayış binasının 1-ci mərtəbəsində 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv.m olan mənzilin naturada ayrılmasının "İnşaat Norma və Qaydaları" 2.08.01.89. un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin “Texniki Pasportu”.
11. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
13. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 124.1 İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 60.0 kv.metr olan 2 otaqlı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1398 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir.
17. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il Qərarında qeyd edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
18. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
19. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. (§13)
20. Məhkəmə araşdırması zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/622 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ümumu sahəsinin 60,0 kv.metr təşkil etdiyi və paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan Cavabdeh7 payına düşən ünvan 5 ünvanında olan 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1397,97 kv.m 4 mərtəbədən ibarət yaşayış binasının 1-ci mərtəbəsində 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv.m olan mənzilin naturada ayrılmasının "İnşaat Norma və Qaydaları" 2.08.01.89. un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. (§9)
21. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 60.0 kv.metr olan 2 otaqlı mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur.
22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 60.0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmalıdır.
Məhkəmə xərcləri:
24. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət nəfinə ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. İddia tələbi təmin edilsin.
2. ünvan 3 ünvanda 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 3-cü mərtəbədə 2 otaq olmaqla ümumi sahəsi 60,0 kv metr olan mənzil İddiaçı payına uyğun olaraq naturada ayrılsın.
3. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova