Məhkəmə qərarları › İş №2(011)-955/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-955/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-955/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 iddiaçının qızıdır. Artıq 20 ildən çoxdur ki xarici ölkədə yaşayır. İddiaçının artıq işləmək qabiliyyəti yoxdur və maddi köməyə ehtiyacı var. Qeydiyyatda olduğu mənzildə tək yaşayır. Heç kimdən köməyi yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh iddiaçının övladıdır. Hazırkı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən aliment tələbi olduğundan aliment tələb edənin olduğu yer üzrə verilmişdir. Məhkəmə cavabdehin İsveçdə olduğunu nəzərə alaraq məhkəməyə təqdim olunan ünvanına rəsmi bildiriş göndərmiş, məhkəməyə məlum olan votsap sosial şəbəkəsində cavabdehin istifadəsində olan nömrəyə iddia ilə bağlı məlumat vermişdir. Cavabdeh məhkəmə tərəfindən həyata keçirilmiş tədbirlərin heç birinə cavab verməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı 540.30 manat təqaüd alır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Ailə Məcəlləsinin müddəalarından irəli gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normasına əsaslanaraq belə hesab edir ki, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynin saxlanılması əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların borcudur. Lakin bunun əsas şərti olaraq qanunvericilik valideynin maddi yardıma ehtiyacı olmasını və əmək qabiliyyətinin olmamasını göstərmişdir. Bu halda aliment tələbi ilə müraciət edən iddiaçı tərəf özünün maddi yardıma ehtiyacının olması ilə bağlı mötəbər sübut təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı məhkəmə baxış iclasında iddiasının əsasını təşkil edən halı sübuta yetirə bilməmiş, məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarını araşdıraraq məhkəmə belə hesab edir ki, İddiaçı hər ay 540.30 manat təqaüd alması iş materialları ilə sübut olunmuşdur. Beləliklə, yuxarıda istinad olunan halların toplusu iddiaçının maddi yardıma ehtiyacı olması halını istisna edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı – cavabdeh X1 hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar