Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-961/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc öhdəliyinə xitam verilməsi və vurulmuş mənəvi ziyana görə pul tələbi”-nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı İddiaçı ilə cavabdeh, ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında iddiaçıya əsassız olaraq hesablanmış 9216.51 (doqquz min iki yüz on altı manat 51 qəpik) manat əsas borc, 2549 76 (iki min beş yüz qırx doqquz manat, 76 qəpik) manat faiz borcu, ümumilikdə 11766.27 (on bır min yeddi yüz altmış altı manat, 27 qəpik) manat borc öhdəliyinə xitam verilməsi, vurulmuş mənəvi ziyan hesabına cavabdeh - ləğv prosesində olan Cavabdeh ASC-nin ləğv edicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 100.000 (yüz min) manat pulun alınıb İddiaçı ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh, ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 120 (bir yüz iyirmi) ay müddətinə qaytarılmaq şərti ilə, 32.300 (otuz iki min üç yüz) manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı Cavabdeh ASC tərəfindən ona verilmiş və Bank “xxxx” ASC tərəfindən xidmət olunan 32.300 (otuz iki min üç yüz) AZN məbləğində ipoteka krediti üzrə borc tam şəkildə ödənilmişdir. Qeyd edilən kredit üzrə Bank “xxxx” ASC qarşısında onun heç öhdəliyi qalmamışdır. Bu barədə Bank “xxxx” ASC tərəfindən İddiaçı xx xxxxxx 2020-ci il tarixli MXD-2020/971 nömrəli arayış verilmişdir. İddiaçı ilə cavabdeh, ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 16 nömrəli evin 13 nömrəli mənzilinə dair iddiaçının ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsində baxılmış, ərizəsinə cavab olaraq bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 16, 13 saylı kooperativ mənzil (46.6 kv.m 4 yaşayış otağı, 23 5 kv.m köməkçi sahə) Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 2 nömrəli protokolu ilə verilmiş 28 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi kooperativ binalar üzrə xidmət sahəsinin xx.xx.2009-cu il tarixli 2328 və 2329 saylı arayışlarına əsasən X3 adına qeydiyyata alınmışdır və ona 12.11 2009-cu ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 7 saylı notariat kontorunun 13.12 2009-cu il tarixli 4Ə-3-429 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır və alıcıya mənzilin üzərində həbs və girov olmadığı haqqında 22.12 2009-cu ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı MKR-də olan borcun silinməsi və borc öhdəliyinin olmaması haqqında arayışın verilməsi barədə 29.11 2019-cu il tarixli müraciətinə baxılmış və müraciətlə əlaqədar, ləğv prosesində olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 120 (bir yüz iyirmi) ay müddətinə qaytarılmaq şərti ilə 32.300 (otuz iki min üç yüz) manat məbləğində ipoteka krediti verilmişdir. Həmin məktubda bildirilmişdir ki, ləğv prosesində olan Cavabdeh ASC tərəfindən bir sıra müştərilərdə vaxtilə ipoteka kreditləri rəsmiləşdirilərkən kreditin açılması proseduru düzgün aparılmadığından bankın ləğv edilməsi ilə bağlı ipoteka kreditləri üzrə portfelin “xxxx” Banka keçirilməsi zamanı Cavabdeh ASC üzrə öhdəliyinin silinməsi mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında 9216.51 (doqquz min iki yüz on altı manat 51 qəpik) manat əsas borc, 2549.76 (iki min beş yüz qırx doqquz manat, 76 qəpik) manat faiz borcu, ümumilikdə 11766,27 (on bir min yeddi yüz altmış altı manat. 27 qəpik) manat borc öhdəliyi mövcuddur. İddiaçı pozulmuş hüquqlarının bərpası və ləğv prosesində olan Cavabdeh ASC-də olan borcunun silinməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq edilir ki. İddiaçı Cavabdeh ASC tərəfindən ora verilmiş və Bank “xxxx” ASC tərəfindən xidmət olunan 32 300 (otuz iki min üç yüz) AZN məbləğində ipoteka krediti üzrə borc tam şəkildə ödənilmişdir. Qeyd edilən kredit üzrə Bank ‘‘xxxx’’ ASC qarşısında onun heç öhdəliyi qalmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh ASC-nin Kəpəz filialı ilə İddiaçı və X1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 nömrəli Kredit müqaviləsi üzrə iddiaçıya 120 (bir yüz iyirmi) ay müddətinə qaytarılmaq şərti ilə, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 16 nömrəli evin 13 nömrəli mənzilin alınması üçün, 32.300 (otuz iki min üç yüz) manat məbləğində ipoteka krediti verilmişdir. Bank “xxxx” ASC tərəfindən İddiaçı xx xxxxxx 2020-ci il tarixli MXD-2020/971 nömrəli arayışına əsasən xx.xx.2009-cu il tarixdə İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş və Bank “xxxx” ASC tərəfindən xidmət olunan 32.300 (otuz iki min üç yüz) AZN məbləğində ipoteka krediti üzrə borc tam şəkildə ödənilmişdir. Qeyd edilən kredit üzrə Bank “xxxx” ASC qarşısında onun heç öhdəliyi qalmamışdır. Ləğv prosesində olan Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ləğv prosesində olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 120 (bir yüz iyirmi) ay müddətinə qaytarılmaq şərti ilə 32.300 (otuz iki min üç yüz) manat məbləğində ipoteka krediti verilmişdir. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən bir sıra müştərilərdə vaxtilə ipoteka kreditləri rəsmiləşdirilərkən kreditin açılması proseduru düzgün aparılmadığından bankın ləğv edilməsi ilə bağlı ipoteka kreditləri üzrə portfelin “xxxx” Banka keçirilməsi zamanı Cavabdeh ASC üzrə öhdəliyinin silinməsi mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında 9216.51 (doqquz min iki yüz on altı manat 51 qəpik) manat əsas borc, 2549.76 (iki min beş yüz qırx doqquz manat, 76 qəpik) manat faiz borcu, ümumilikdə 11766,27 (on bir min yeddi yüz altmış altı manat. 27 qəpik) manat borc öhdəliyi mövcuddur. İddiaçı pozulmuş hüquqlarının bərpası və ləğv prosesində olan Cavabdeh ASC-də olan borcunun silinməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 16, 13 saylı kooperativ mənzil (46.6 kv.m 4 yaşayış otağı, 23 5 kv.m köməkçi sahə) Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 2 nömrəli protokolu ilə verilmiş 28 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi kooperativ binalar üzrə xidmət sahəsinin xx.xx.2009-cu il tarixli 2328 və 2329 saylı arayışlarına əsasən X3 adına qeydiyyata alınmışdır və ona 12.11 2009-cu ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 7 saylı notariat kontorunun 13.12 2009-cu il tarixli 4Ə-3-429 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır və alıcıya mənzilin üzərində həbs və girov olmadığı haqqında xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Yuxarıda göstərilən xüsusatları və istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iddia tələbini araşdıraraq hesab edir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərin icra edildiyi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə öz təsdiqini tapdığından iddia təmin edilərək, tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməlidir. Məhkəmə iddianın 100.000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X5 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 18 nömrəli kredit müqaviləsi üzrə 9216,51 (doqquz min iki yüz on altı manat əlli bir qəpik) manat əsas borc, 2549,76 (iki min beş yüz qırx doqquz manat yetmiş altı qəpik) faiz borcu, ümumilikdə 11766,27 (on bir yeddi yüz altmış altı manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyə xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-961/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-961/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver