Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-968/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-968/2023 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 12 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 80.000 manat pulun, 40.000 manat iddiaçıya dəyən ziyanın və 5000 manat cərimənin, cəmi 125.000 manat pulun və ödənilmiş 340 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi əsasında 2(002)-3098/2022 saylı mülki iş Qaradağ rayon Məhkəməsinin icraatına 11 oktyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 hazırkı işə Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb, hazırkı mülki işlə Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-3098/2022 saylı mülki işin birləşdirilməsi və Qaradağ Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin vəsatəti təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-968/2023 saylı mülki iş üzrə iddia tələbi Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2 (002)-3098/2022 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı mülki iş Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-3098/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiası üzrə 2(011)-968/2023 saylı mülki işlə; Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair 2(002)- 3098/2022 saylı mülki iş bi icraatda birləşdirilsinlər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-968/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-968/2023
26.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver